Tillerson Çavuşoğlu ilə nədən danışıb... - ŞƏRH

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Reks Tillerson ilə telefon danışığı aparıb.
 
Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Görüşün detalları barədə hələlik açıqlama verilməyib.
Müxalifət.az olaraq qeyd edirik ki, Tillersonun təcili qaydada Çavuşoğluna zəng etməsi bu gün Suriyanın İdlib şəhərində keçirilən əməliyyatla bağlı olduğunu təhmin etmək olar. Çünki İdlib şəhəri  Suriyada olan bütün güclər üçün geosiyasi cəhətdən strateji önəm daşıyır. Ona görə ABŞ Rusiya ilə birgə keçirələcək əməliyyatın bütün təfsilatlarını öyrənmək istəyir. Buna qədər ABŞ da İdlib şəhərini kürd terrorçularını özündə etiva edən PKK/YPG –nin hərbi gücüylə ələ keçirmək istəyirdi. Ancaq bu məsələdə Türkiyəni oyundan kənar saxlamaq istəyən ABŞ nəticədə özü bu prosesdən “sıxışdırıldı”. Ona görə də ABŞ Suriyanı parçalamaq, yeni bir terror dövləti yaratmaq yollarını aramaqdadır. Tillersonun zəngi də məhz bu qara niyyətə xidmət edir.
Təbii ki, danışıq zamanı İraq “Kürdüstan”ı da yaddan çıxmayıb. Çünki ABŞ “Kürdüstan”ın region dövlətləri tərəfindən məngənədə sıxılmasından narahatdır və hər vəchlə bunun qarşısını almaq istəyir.
Müxalifət.az