Axtarış

The search found 105785 results in 0.022 seconds.

Search results

  1. ​Türkiyə hərbçiləri Suriyanın İdlib əyalətinə daxil olmağa hazırdır

    Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri və hərbi texnikası Suriyanın İdlib əyalətinə daxil olmaq üçün sərhədə yerləşdirilib.
    “Report” Haberturk-ə istinadən xəbər verir ki, hərbçilər Qazaxıstanın paytaxtı Astana şəhərində üç təminatçı dövlətin – Türkiyə, İran və Rusiya arasında əldə edilən razılşamaya uyğun olaraq, əyalətə yerləşdiriləcək.
    Həmin ərazi 6-cı Astana görüşündə “münaqişəsiz” bölgə elan edilib.

    Muxalifet3 - 7-10-2017

  2. Müsavat başqanının müşavirinə polisdən XƏBƏRDARLIQ

    Dünən Müsavat başqanın müşaviri, Müsavat Məclisinin üzvü Ramazan Əliyev Polis Bölməsinə aparılıb.
     
    Müsavat Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Heybət Əmrahın “Basta” ya verdiyi məlumata görə, dünən Müsavat başqanın müşaviri, Müsavat Məclisinin üzvü Ramazan Əliyev Polis Bölməsinə aparılıb.
    Mitinq barədə sorğu-sual edilən Ramzan bəyə Milli Şuranın “Məhsul” stadionunda keçirəcəyi mitinqındə Xaçmaz rayonundan heç kimin iştirak etməyini istəmədiklərini bildiriblər.

    Muxalifet - 7-10-2017

  3. ​Əliyev Putinə zəng etdi – TƏBRİK ETDİ

    Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.
    Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Azərbaycan prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
    Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Muxalifet3 - 7-10-2017

  4. Tovuzda EV YANDI

    Tovuzda 2 otaqlı ev yanıb.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Düz Qırıqlı kəndində ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 45 kv.m sahədə yanıb.
    Yanğın söndürülüb.

    Muxalifet2 - 7-10-2017

  5. ​Polis məktəbi güllələmək niyyətində olan yeniyetməni saxladı

    Nyu-Yorkda polislər “İnstagram” səhifəsində Fiorello Laquardiya adına məktəbi güllələməklə hədələyən 17 yaşlı yeniyetməni saxlayıblar.Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, saxlanılan yeniyetmənin adı Bennet Linndir.
    Məlumata əsasən, Bennet Linn məktəbin qarşısında saxlanılıb. Axtarışlar zamanı yeniyetmənin evində və üzərində silah aşkar olunmayıb.

    Muxalifet3 - 7-10-2017

  6. İraqdan İran və Türkiyəyə “kürd çağırışı”

    İraq Xarici İşlər Nazirliyi Türkiyə və İrana müraciət edərək, İraq Kürd Muxtariyyəti ilə sərhədlərini bağlamasını istəyib. 
    Bunu jurnalistlərə açıqlamasında İraq XİN-in rəsmi nümayəndəsi Əhməd Məhcub söyləyib. Onun sözlərinə görə, Bağdad həmçinin hər iki ölkədən kürdlərlə ticarət əməliyyatlarını dayandırmasını da xahiş edib. 
    Qeyd edək ki, İraq Kürd Muxtariyyətində sentyabrın 25-də müstəqillik referendumu keçirilib. Referendumu heç bir ölkə tanımayıb.

    Muxalifet2 - 7-10-2017

  7. ​Ağdaşda "Mal bazarı"nda KÜTLƏVİ DAVA

    Ağdaş rayonundakı "Mal bazarı"nda kütləvi dava olub.
    Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, Ağdaş və Tərtər sakinləri arasında başlayan mübahisə davaya çevrilib. Nəticədə yüngül və ağır xəsarət alanlar olub.
    Başından ağır zərbə alaraq yaralanan Ağdaş rayonu, Mürsəl kənd sakini 1976-cı il təvəllüdlü Həmidov Bəhruz Əhmədiyyə oğlu təcili xəstəxanaya çatdırılıb. Onun başına tikiş qoyulub. Yaralının durumu stabilləşib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 7-10-2017

  8. ​Bakıda BELƏ OĞURLUQ GÖRÜLMƏDİ

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini qeyri-aşkar şəraitdə oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədəli Şəriflinin və İslam Səfərlinin xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Müşviq Axundov və Hüseyn Abbasov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb.

    Muxalifet2 - 7-10-2017

  9. Kamran Ağayev: “Almaniyaya nəticə dalınca gəlmişik”

    Futbol üzrə dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirmək üçün Almaniyaya yolanmış Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev gözlənilməz iddia ilə çıxış edib. 
    Azerisport.com xəbər verir ki, oyundan nə gözlədiyi barədə sualı K.Ağayev belə cavablandırıb: 
    “Mən bura qol buraxmağa gəlməmişəm. Nəticə dalınca gəlmişik. Alınacaq, ya yox – zaman göstərər. Bəli, Almaniya aşkar favoritdir və çoxları gözləyir ki, almanlar meydançada bizi vuracaqlar, lakin möcüzə də istisna deyil. Dəqiq bilirəm ki, onlara asan təslim olmayacağıq”. 

    Muxalifet2 - 7-10-2017

  10. Erməni diaspor liderinin öldürülmə anı – Video/23+

    Erməni biznesmen Arsen Papazyanın öldürülmə anının görüntüləri yayılıb. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, “İzvestiya” qəzetinin yaydığı görüntüdə killerin Papazyanı necə öldürməsi açıq-aşkar nümayiş olunub. 
    Qeyd edək ki, oktyabrın 5-də Moskvanın mərkəzində Voronej vilayətinin İctimai Palatasının üzvü və “Ani” erməni mədəni-xristian ictimai təşkilatının rəhbəri Arsen Papazyan öldürülüb. 

    Muxalifet2 - 7-10-2017

  11. Ərdoğan AÇIQLADI: “İDLİB HƏRƏKATI” BAŞLADI

    Prezident Ərdoğan: "Bu gün İdlibdə ciddi bir hərəkat var".
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti bu gün İdlibdə əməliyyatın başladığını bəyan edib.
    İdlibdə sabitlik bölgələri qurulması üçün sentyabrda Qazaxıstanın paytaxtı Astanada razılıq əldə olumuşdu. Anlaşmaya görə, Türkiyə şəhərin daxilini, Rusiya isə şəhər ətrafının təhlükəsizliyini təmin etməlidir. Bunun üçün Türkiyə ilkin olaraq İdlibə 500 əsgər göndərmə hazırlıqlarını tamamladı.

    Muxalifet - 7-10-2017

  12. Rusiyada etirazlar başladı: 80 şəhərdə mitinq keçirilir

    Rusiyada müxalif Aleksey Navalnıya dəstək aksiyaları başlayıb.
    Axar.az xəbər verir ki, aksiyaların 80 şəhərdə keçirilməsi nəzərdə tutulub. Artıq Ulan-Ude, Çita və Xabarovskda mitinqlər baş tutub. Xabarovsk şəhərində həmçinin Navalnının qərargahına polis basqın edib.
    Vladivostokda isə mitinq hələ də davam edir. Yakutsk və Permdə polis Navalnının qərargahının koordinatorları olan Anatoli Noqoviçın və Maksim Jilini həbs edib. Həbslər həmçinin Stavropol və Peterburqda da aparılıb.

    Muxalifet2 - 7-10-2017

  13. Fransada futbolçu və qardaşı güllələnərək qətlə yetirildi

    Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub
    Fransada “Qrini YS” futbol klubunun 28 yaşlı oyunçusu Muddi Silla və onun qardaşı 26 yaşlı Samba aldıqları güllə yarasından yerli xəstəxanada ölüblər.
    “Actualites” xəbər verir ki, qardaşlar oktyabrın 5-də güllələniblər. Onlar xəstəxanaya yerləşdiriliblər və orada ölüblər.
    Məlumata görə, Muddi Sillanın ölümü ilə əlaqədar “Qrini” komandasının iştirakı ilə keçirilən Fransa Kuboku uğrunda 5-ci mərhələnin iki oyunun tarixi dəyişdirilib . Oyunun tarixi barədə məlumatın veriləcəyi bildirilib.

    Muxalifet2 - 7-10-2017

  14. Tərtərdə məktəb direktorları yol qəzasına düşüb: iki nəfər ağır xəsarət alıb

    Tərtər rayonunda ağır yol qəzası baş verib.
    Hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
    Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına cıxıb. Nəticədə avtomobilin sürücüsü A.Xəlilov və sərnişini 1954-cü il təvvəlüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb.

    Muxalifet2 - 7-10-2017

  15. AŞ PA-da Azərbaycanla bağlı iki məsələ müzakirə olunacaq

    Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 8-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.
    Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev və Sahibə Qafarova daxildirlər.

    Muxalifet2 - 7-10-2017

  16. Cavaxetiya ermənilərini Rusiya qaldırır? – Separatçı Çaxalyandan açıqlama

    Xəbər verildiyi kimi, bu günlərdə Gürcüstanın ermənilərin sıx yaşadığı Cavaxetiya bölgəsinin Qumburdo kəndində bələdiyyə seçkiləri zəminində yerli sakinlərlə hakimiyyət arasında qarşıdurmalar olub, bölgəyə xüsusi təyinatlılar yeridilib. Deyilənlərə görə bu hadisələrin arxasında “hansısa qüvvələr” dayanır.
     

    Muxalifet - 7-10-2017

  17. Putinin adamının Qarabağ sözləri İrəvanı TƏŞVİŞƏ SALDI

    Kremlin ideoloqu kimi tanınan “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqin Ermənistan mediasına açıqlamasınında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişatında beş rayonun qaytarılması məsələsinin müzakirə olunacağını bildirdi.
    Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi mətbuatda “Lavrov planı” adlandırılan Rusiyanın planı üzrə həll edilmiş ola bilər.

    Muxalifet2 - 7-10-2017

  18. Putinin dostu olan silah baronu Ukraynada öldü

    Odessada ukraynalı silah baronu Boris Koqan qəflətən vəfat edib. 
    Bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Doğmaları Koqanı sonuncu dəfə oktyabrın 3-də görüb. Onun ölüm səbəbinin ürəyindəki problem olduğu vurğulanır. 
    Qeyd edək ki, Koqan “RT Logistika” şirkətinin rəhbəri olub. Bu şirkətin 51%-i Rusiyaya məxsusdur. O, həmçinin “Rostex” konsorsiumunun tərkibinə də daxil olub.
    Koqan Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı əsas adamlarından biri sayılırdı.

    Muxalifet2 - 7-10-2017

  19. ​Feysbukdan 1 milyard dollarlıq investisiya

    Feysbuk ABŞ-da böyük bir investisiya yatırmağı planlaşdırır.
    Xarici mediaya xəbər verir ki, bununla bağlı Virciniya qubernatoru Terri McAulife açıqlama verib.
    O, feysbukun Henriko əyalətində bir məlumat mərkəzi inşa etdirəcəyini bildirib. Şirkət pulun 750 milyon dollarını binanın tikintisi və infrasutrukturuna, 250 milyonunu isə günəş enerjisi panellərini qurmağa xərcləyəcək. Bu investisiya Virciniyanın texnologiya mərkəzinə çevirməsinin bir hissəsidir.
    Gülxar

    Muxalifet2 - 7-10-2017

  20. ​Milli Şura Bakıda mitinq keçirib - BŞİH-dən RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

    Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın keçirdiyi mitinqlə bağlı rəsmi məlumat yayıb.
    “Report”un xəbərinə görə, məlumatda deyilir: “Oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

    Muxalifet3 - 7-10-2017

Pages