Axtarış
The search found 105785 results in 0.054 seconds.
Search results
Baş nazirinin müavini yol qəzasında ÖLDÜ
Qırğızıstan Baş nazirinin müavini Temir Cumakadırov yol qəzası nəticəsində ölüb.
Trend-in məlumatına görə, onun olduğu avtomobil KamAZ-la toqquşub.
Qəza nəticəsində T.Cumakadırovun köməkçisi və sürücüsü də həlak oub.
Yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri aydınlaşdırılır.Muxalifet2 - 7-10-2017
Həmsədrlər Bakıya gəliblər
ATƏT-in Minsk qrupu həmsədrləri Bakıda səfərdədir. Muxalifət.az APA-ya istinadən xəbər verir ki, səfər ötən gecə başlayıb. Onların bu gün Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. Axşam saatlarında həmsədrlərin region səfəri başa çatacaq. Qeyd edək ki, həmsədrlər ötən gün Ermənistana səfər ediblər. Bir gün əvvəl isə ATƏT-in Minsk qrupunun amerikalı sədri Endryu Şofer "Dağlıq Qarabağ"da olub.
Muxalifet2 - 7-10-2017
Reklam SMS-ləri sizi də bezdirir? - Xilas olmağın yolları - VİDEO
Muxalifet.az bildirir ki, mobil operatorlardan gələn gərəksiz SMS-lərdən xilas olma yollarını "Belə belə işlər" öz "youtube" kanalında yerləşdirib. Geniş ictimaiyyətin marağını nəzərə alaraq, sözügedən videoni təqdim edirik.
Muxalifet3 - 7-10-2017
Nişanlısını qətlə yetirən şəxs haqda QƏRAR – ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Nəcəf Məcidovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, N. Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, apellyasiya şikayətində cəzasının azaldılmasını istəyib.Muxalifet3 - 7-10-2017
Yeni rəhbər Dağıstanda nazirləri İSTEFAYA GÖNDƏRDİ
Dağıstanın yeni rəhbəri Vladimir Vasilyev hökuməti istefaya göndərib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Dağıstan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb. Vasilyev hökumətlə bərabər Prezident Administrasiyasının rəhbərini də istefaya göndərilib.
Onun əmrinə əsasən, yeni hökumət formalaşana qədər hazırkı nazirlər öz vəzifələrinin icrasını davam etdirəcəklər.Muxalifet3 - 7-10-2017
10 nəfər birləşib sinif yoldaşını vəhşicəsinə döydü - MİNGƏÇEVİRDƏ
Mingəçevirdə orta məktəb şagirdi sinif yoldaşları tərəfindən döyülüb.
Muxalifet.az report.az-a istinadən bildirir ki, hadisə 13 saylı orta məktəbdə baş verib.
Belə ki, 10-a yaxın məktəbli sinif yoldaşları Murad Musayevi döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Baş, boğaz, qarın və qol nayihələrindən ağır xəsarətlər alan yaralı təcili xəstəxanaya çatdırılıb. Hazırda M.Musayevin müalicəsi davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.Muxalifet3 - 7-10-2017
“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetin apellyasiya şikayəti təmin edilməyib
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə, qanunsuz silah saxlama, narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Fikrət Əfəndiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.Muxalifet2 - 7-10-2017
Türkiyədə 14 əsgər FETÖ-çu çıxdı
Türkiyə ordusunda FETÖ-ya qarşı əməliyyat davam edir.
“Anadolu” agentliyi xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 43 əsgər FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.
Onlardan 14-nün “Bylock” gizli mesajlaşma proqramından istifadə sübut olunub və həbs edilib. Digərlər şübhəli əsgərlərin istintaq işləri davam edir.Muxalifet2 - 7-10-2017
“Beşiktaş”ın prezidenti azərbaycanlı SEVGİLİSİNİ EVDƏN QOVDU
Azərbaycan əsilli ukraynalı model Ülviyyə Alex “Beşiktaş” klubunun prezidenti, sevgilisi Fikrət Orman tərəfindən evdən qovulub.
Türkiyə KİV-i xəbər verir ki, model sevgilisinin onu tərk etməsini və evdən qovmasını həzm edə bilməyib. Sevgi acısı çəkən Ülviyyəni Müjdat Kavas təsəlli edib. Onlar saatlarla kafedə oturub söhbət ediblər, Kavas dostunu sakitləşdirməyə çalışıbMuxalifet2 - 7-10-2017
Bərzaninin son İRAQI PARÇALAMAQ PLANI: MKİ və Mossad HAZIRLADI
Türkiyə, İran və İraqın atdığı birgə addımlarla çətin duruma düşən Bərzani son addım olaraq məzhəb kartını dövriyyəyə buraxdı.
Müxalifət.az-ın məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb.
Bərzaninin son planını MKİ və Mossad Kəşfiyyat Xidməti hazırlayıb
Muxalifet - 7-10-2017
Qrin Karta müraciət prosesi başlayıb
ABŞ-da yaşamaq arzusunda olanlar üçün Qrin Kart (Diversity Visa) müraciət prosesinə artıq start verilib.
ABŞ-ın Azərbaycandakı səfirliyi müraciətin bütün prosesinin 6 əsas addımını təsvir edən faydalı infoqrafiki təqdim edib.
Qrin Karta müraciət üçün instaqramMuxalifet2 - 7-10-2017
Təcili yardım maşınında QORXUNC HADİSƏ: xəstə YANARAQ ÖLDÜ - ŞOK TƏFƏRRÜAT (FOTO)
Təcili yardım maşınında oksigen balonu partlaması nəticəsində xəstə yanaraq ölüb.
Hadisə Türkiyənin Burdur bölgəsində baş verib. 28 yaşlı İsmayıl Sarqın yuxarı tənəffüs yollarındakı narahatlığı səbəbindən əvvəlcə Yaşılova dövlət xəstəxasına yerləşdirilib. Orada ilkin yardım göstəriləndən sonra təcili yardım maşını ilə Burdur Dövlət Xəstəxanasına aparılıb.
Təcili yardım maşını hərəkətdə olarkən, qəfildən oksigen balonu partlayıb. Balon partlayan kimi yanğın başlayıb.Muxalifet2 - 7-10-2017
Prezident İlham Əliyev həmsədrləri QƏBUL ETDİ
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Endrü Şeferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.Muxalifet2 - 7-10-2017
“Kürdüstan”la SƏRHƏDLƏR BAĞLANIR: İRAQ TƏLƏB ETDİ
İraq Xarici İşlər Nazirliyi, Türkiyə və İrana rəsmi bir yazı göndərərək IKBY ilə sərhəd qapılarını bağlanmasını istədi.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq, Türkiyə və İrandan “Kürdüstan”la sərədlərin bağlanmasını rəsmən tələb edib.Muxalifet - 7-10-2017
“Qarabağ”da yeni oyunçular
Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə "Qarabağ” hazırlıqlarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, ağdamlılar gündə bir dəfə olmaqla klubun bazasında məşq edir.
Müxtəlif ölkələrin millilərinə dəvət alan 14 futbolçunun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.
Ağdam təmsilçisi oktyabrın 7-si, saat 16:30-da "Sumqayıt”la yoxlama oyunu keçirəcək.Muxalifet2 - 7-10-2017
Türkiyə Suriyada hərbi əməliyyatlara başlayacaq
Türkiyə Silahlı Qüvvələrinin Suriyada hərbi əməliyyatların aparılması üçün hazırlıqları başa çatıb.
Bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat verir.
Qeyd olunur ki, İdlib şəhərində əməliyyatlar yaxın günlərdə başlaya bilər.
Bu əməliyyatların "Azad Suriya Ordusu" ilə birgə aparılacağı bildirilir.Muxalifet2 - 7-10-2017
DÖVLƏTƏ MEYDAN OXUYAN MƏMURDAN YENİ PAYLAŞIMLAR – Separatizmə dəstəyini davam etdirir
İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirən Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev öz “sevgisinin” nümayişində qəti olduğunu bir daha təsdiqləyib.
Muxalifet2 - 7-10-2017
Azərbaycan dərsliyində BİABIRÇILIQ: "Böyük Ermənistan"
10-cu sinif “Tarix” dərsliyində Ermənistan xülyası olan xəritə yer alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalist Azər Kazımzadə feysbuk hesabında yazıb:Muxalifet2 - 7-10-2017
Suriyada İŞİD-in nüfuzlu sahə komandirləri MƏHV EDİLDİ
Rusiya Müdafiə Nazirliyi: Onlar uzun müddət İraqda gizlənib
Suriyada uzun müddət İraqda gizlənən İŞİD terror qruplaşmasının nüfuzlu sahə komandirləri məhv edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, onlar Şimali Qafqazdan olublar.Muxalifet2 - 7-10-2017
Pentaqonda S-400 “ZƏLZƏLƏSİ”
Türkiyənin ardından Səudiyyə Ərəbistanın da Rusiyadan S-400 hava müdafiə sistemi almaq qərarı ABŞ-da tam bir şok təsiri yaratdı.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pentaqonda Türkiyədən sonra Səudiyyə Ərəbistanın da Rusiyadan S-400 havadan müdafiə sistemlərini almaq qərarı böyük narahatlıq yaradıb.Muxalifet - 7-10-2017