Uşaq evində YANĞIN: 6 UŞAQ DİRİ-DİRİ YANDI
6-10-2017 09:58

Braziliyanın Minas Geris kəndində fəaliyyət göstərən uşaq evi yandırılıb.
Gecə saatlarında baş verən hadisə nəticəsində 6 uşaq yanaraq həlak olub. 40 nəfərdən çox uşaq ağır dərəcəli yanıq xəsarətləri alıb.
Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yaralılar isə kəndin yaxınlığındakı xəstəxanaya aparılıb.
Yanğının bilərək törədildiyi iddia edilir. Hadisəni törədənin kimliyini müəyyənləşdirmək istiqamətində işlər aparılır.