Pentaqon təsdiqlədi: BAĞDADİ HƏLƏ DƏ YAŞAYIR
5-10-2017 23:45

Səs yazısı üzərində aparılan araşdırmalardan sonra bəlli oldu ki, İŞİD lideri Əbubəkr Bağdadi yaşayır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqonun Yaxın Şərq üzrə nümayəndəsi Erik Pahon deyib.
“ABŞ kəşfiyyat qurumları həmin səs yazısının Bağdadiyə aid olduğunu təsdiqlədi. Məntiqi olaraq bu səs yazısı Bağdadinin ən azı bu yaxın günlərə qədər yaşadığının göstəricisidir. Onun yerini hamıdan çox bilmək istəyirik”, - Pahon vurğulayıb.
Qeyd edək ki, Bağdadiyə aid olduğu ehtimal edilən 46 dəqiqəlik səs yazısında regionda baş verən son proseslərdən söz açıldığından İŞİD liderinin hələ də sağ olduğu şühəsi yaratmışdı.
Bundan öncə, dəfələrlə Bağdadinin koalisiyanın aviazərbələri nəticəsində öldürüldüyü bildirsə də, xəbər yalan çıxmışdı.