Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
İŞİD-in azərbaycanlı üzvünə CƏZA VERİLDİ
Terrorçuluq və digər cinayətlərdə ittiham olunan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü Fərid Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet2 - 6-10-2017
"Azərbaycan xalqı azad olmaq istəyirsə, birinci növbədə oxumalıdır"
“Azərbaycan vətəndaşlarının kitab oxumaması xalqımızın nadanlığına, bu nadanlıq isə azadlığının əldən verilməsinə gətirib çıxarıb”
“Bu karikaturaya verdiyi qiymət İsa Həbibbəylinin akademikliyini şübhə altına alır... “Bu alim nə qədər avamdır ki, bir ədəbi-yaradıcı priyomu təhqir kimi dəyərləndirir”
Muxalifet3 - 6-10-2017
"Türk ordusu bizi bəlaya salar" – Kürd Muxtariyyəti
İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Türkiyə ilə İran arasında aparılan yaxın diplomatiyanı normal qarşılayırıq.
Bu barədə İraq Kürd Muxtariyyətinin sözcüsü Sefin Dizayi danışıb. Türkiyənin qayğılarını yaxşı anladıqlarını deyən Dizayi “dünənin dostları bu gün düşmən olmaz” - deyib.
“Hərbi cəhətdən qarşı-qarşıya gəlməyəcəyimizə əminik. Hər iki ölkə böyük orduya sahibdir. Biz də bəla axtarmırıq. Dostluq, davamlılıq və daha çox qarşılıqlı anlayış istəyirik”, - Dizayi deyib.Muxalifet2 - 6-10-2017
İŞİD Rusiya vertolyotunu vurdu
İŞİD terrorçuları Suriyada Rusiya vertolyotunu vurublar.
Bu haqda Almaniyanın “Bild” nəşrinin müxbiri Born Ştrisel Tvitter səhifəsində bildirib.
Onun sözlərinə görə, hadisə Xüms vilayətinin Şeyx Hilal şəhərinin yaxınlığında baş verib. Ştrisel hadisə yerindən fotonu dərc edib.
Öz növbəsində, Kremlin mətbuat katibi Dmitri Peskov “İnterfaks” agentliyinə informasiyanı şərh etməkdən imtina edib. O, Rusiya Müdafiə Nazirliyinə müraciət etməyi məsləhət görüb.Muxalifet2 - 6-10-2017
Qazaxıstan HHQ-nin komandanı Bakıda səfərdədir
Bu gün Azərbaycan Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işçi səfərdə olan Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı aviasiya general-mayoru Nurlan Karbenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.Muxalifet2 - 6-10-2017
Niyazovun iki məmuru HƏBSXANADA ÖLDÜ
Türkmənistanın eks-prezidenti Saparmurad Niyazovun dövründə yüksək vəzifədə olmuş iki məmur həbsxanada vəfat edib.
Bu barədə informasiyanı “Azadlıq” radiosunun Türkmənistan bölməsi yayıb. Ölənlər Türkmənneft Dövlət Korporasiyasının eks-sədri Saparmamed Vəliyev və keçmiş milli təhlükəsizlik naziri Poran Berdıyevdir.
Qeyd edək ki, Vəliyev 24 il həbs cəzasına məhkum edilmişdi. Onun yaxınları ilə görüşməsinə tam qadağa qoyulmuşdu. Vəliyev eks-prezident Saparmurad Niyazov tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı.Muxalifet2 - 6-10-2017
Abşeronda EV YANDI
Abşeronda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunda ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və 10 kv.m olan köməkçi tikili yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet2 - 6-10-2017
İlham Əliyev 2 sərəncam imzaladı
Prezident İlham Əliyev Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Muxalifet2 - 6-10-2017
Moskvada hava limanı təxliyə edildi - BOMBA HƏYƏCANI
Moskvada “Jukovski” hava limanı anonim zəngdən sonra təxliyə olunub.
Trend-in məlumatına görə, aeroporta bomba qoyulması barədə zəng daxil olduqdan sonra əməkdaşlar oradan çıxarılıb.
Həmin müddət ərzində uçuşlar həyata keçirilməyib. Axtarış aparıldıqdan sonra heç bir şübhəli maddə aşkar edilməyib.Muxalifet2 - 6-10-2017
Həmsədrlər Sarkisyanla prezidentlərin görüşünü müzakirə ediblər
Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin irəli aparılması, o cümlədən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili imkanlarını müzakirə edib, münaqişə zonasındakı vəziyyətə toxunublar.Muxalifet - 6-10-2017
Prezidentlərin görüşündə 5 rayonun qaytarılması məsələsi qaldırılacaq - Duqin
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Rusiyanın “Lavrov planı” adlandırılan təklifi əsasında həll oluna bilər”.
Bunu “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri Aleksandr Duqin deyib.Muxalifet - 6-10-2017
Elektrik təyyarəsi hazırlanacaq - YENİLİK
ABŞ-ın “Boeing Co” (BA.N) və “JetBlue Airways Corp” (JBLU.O) aviaşirkətləri şəxsi elektrik təyyarəsinin yaradılması ilə məşğul olan startaplardan birini dəstəkləyiblər.
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, 2022-ci ilədək 1600 km-dək məsafə üçün uçuş vaxtını azalda və uçuş xərclərinə qənaət edə bilən avialayner prototipinin sınaqlarının keçirilməsi planlaşdırılır:
“Zunum Aero” şirkəti bu məqsədlə 12 sərnişin üçün nəzərdə tutulan və iki elektrik mühərriki ilə işləyən sınaq modelini düzəltməyə hazırlaşır.Muxalifet2 - 6-10-2017
Anar Məmmədovun Federasiyası dağıldı
Anar Məmmədovun yaratdığı Qolf Federasiyasının baş katibi vəzifəsindən istefa verib, başqa gedənlər də var; sabiq nazirin oğlu haradadır?
Sabiq nəqliyyat naziri Ziya Məmmədov və klanı ətrafında gedən "sökülmə” prosesi ilə bağlı xəbərlər son günlər intensivləşib. Z.Məmmədovun əmlakının əlindən alınması xəbərlərinin ardından sabiq nazirin oğlunun bir vaxtlar rəhbərlik etdiyi Qolf Federasiyasının da dağılması barədə məlumatlar yayılıb. Unikal.org saytı xəbər verib ki, Qolf Federasiyasının baş katibi Nigar Süleymanova vəzifəsindən istefa verib.Muxalifet - 6-10-2017
AŞ PA-nın müvəqqəti sədri məlum oldu
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) sədr Pedro Aqramuntun istefasını təsdiq edib.
Trend-in məlumatına görə, AŞ PA-nın sədr müavini Rocer Qeyl müvəqqəti olaraq sədr vəzifəsini icra edəcək.
Qeyd edək ki, P.Aqramunt bu gün istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, P.Aqramunt ətrafında qalmaqal Avropa Şurası Parlament Assambleyasının aprel sessiyası zamanı parlamentarilərin onu mart ayında Suriyaya səfərinə görə tənqid etməsi ilə başlayıb.Muxalifet2 - 6-10-2017
ABŞ-da “Tufandan öncəki sakitlik”...
ABŞ Prezidenti Donald Tramp yüksək rütbəli hərbi liderlərlə görüşür.
ABŞ hərbi liderləri ilə İran və Şimali Koreyanı müzakirə etdikdən sonra Prezident Donald Tramp onlarla birlikdə şəkil çəkdirmiş və həmin anı “tufandan öncəki sakitlik” adlandırmışdır.
“Siz bilirsiz ki, bu nəyin göstəricisidir?” Tramp Ağ Evdə toplaşmış jurnalistlərdən soruşub. Nahardan qabaq otaqda Trampla bərabər birinci xanım Melania və uniformalı hərbi zabitlər və onların xanımları olub.Muxalifet - 6-10-2017
İŞİD-in yerinə bu qruplaşma keçəcək - Rusiya
Fəth əl-Şam qruplaşması İŞİD-in yerinə keçə bilər.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vladimir Andreyev deyib.
“Təəssüflər olsun ki, bəzi ölkələr daha dəqiq desək Qərb dövlətləri öz maraqlarını təmin etmək üçün Yaxın Şərqdə fərqli macəraların arxasınca gedir. Terror qruplaşmaları nə olursa-olsun Əl-Qaidə qollarının qorunması üçün çalışır. Yəni, İŞİD markası yox olduğu zaman, Fəth əl-Şam kim qruplaşmalar onu əvəz etməyə başlayacaq”, - deyə XİN rəsmisi bildirib.Muxalifet2 - 6-10-2017
Suriya ordusu Mayadinə girdi
Suriya ordusu İŞİD-lə uzun müddətli silahlı atışmalardan sonra Deyr əz-Zorun şərqində yerləşən Mayadin bölgəsinə daxil olmağı bacarıb.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, hökumət qüvvələri İŞİD-çilərə aid silah anbarlarını və dislokasiya mərkəzlərini partladıb.
Qeyd edək ki, terrorçular uzun müddət İraqla sərhəddə yerləşən Əbu Kamal şəhərindən Mayadinə silah-sursat idxal edirdi.
Mayadin 2014-cü ildən bəri İŞİD-in nəzarətində idi.Muxalifet2 - 6-10-2017
Yəhudilər nə üçün ağıllı və UZUNÖMÜRLÜ OLURLAR? - İNANMAYACAQSINIZ
Balıq yəhudi mətbəxi, dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da səmavi bayram simvollarından biri sayılır. Balıq bürcü isə yəhudilərdə həmişə ən xeyirxah zodiak işarəsi kimi qəbul olunub. Bu, bəlkə də onunla bağlıdır ki, iudaizm dinində balığın pis gözlərdən qoruduğuna inanılır. Bundan başqa, yəhudilərin fikrincə, göz qapaqları olmayan balıq Allahın ayıq gözüdür.Muxalifet2 - 6-10-2017
Bir neçə sığorta şirkətinin lisenziyası ləğv edildi
Daha bir neçə sığorta şirkətinin lisenziyası ləğv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.Muxalifet2 - 6-10-2017
Özündən 20 yaş kiçik xanımla evlənən Özcan Dəniz XƏSTƏXANALIQ OLDU
Məşhur türkiyəli müğənni Özcan Deniz xəstəxanaya aparılıb.
Muxalifet.az xəbər verir ki, sənətçinin “İstanbullu gelin” serialının çəkilişləri zamanı halı pisləşib.
Müğənninin qardaşının verdiyi açıqlamaya görə, Ö.Dəniz son 15 gündə bir neçə dəfə xəstələnib. İlkin səbəb kimi, onun istirahət etmədən işləməsi olub.
Hazırda müğənninin vəziyyəti normallaşıb, ancaq o, çəkilişlərə qatılmayıb, evə istirahət edir.Muxalifet2 - 6-10-2017