Axtarış

The search found 105785 results in 0.068 seconds.

Search results

  1. ​Bakıya qarşı çirkin kampaniyanın fəsadları…

    Avropa Birliyinə daxil olan ölkələrin bir qrup səfirinin Azərbaycana gəlişi ümumilikdə ölkəmizə verilən böyük əhəmiyyətdən irəli gəlir.
    Bunu  Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşləri şərh edən millət vəkili Aydın Mirzəzadə deyib. O vurğulayıb ki, Azərbaycan özünün müstəqil daxili, xarici siyasəti ilə həm iqtisadiyyatının güclənməsini, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olub:

    Muxalifet2 - 6-10-2017

  2. Madaqaskarda taundan ölənlərin sayı 33-ə çatdı

    Son məlumata görə, Madaqaskarda taundan dünyasını dəyişənlərin sayı 33 nəfərə çatıb. 
    Adada tauna yoluxma faktı avqust ayında ilk dəfə qeydə alınıb. Son məlumata görə, ölkədə bu dəhşətli xəsətliyə yoluxanların sayı 130-u keçib. 
    Ölkə səhiyyə idarəsindən verilən məlumata görə, xəstələnən 73 nəfər taunun ən ağır formasına – ağciyər taununa yoluxub.

    Muxalifet2 - 6-10-2017

  3. ​Təlabaninin cənazəsi ölkəsinə gətirildi

    İraqın keçmiş prezidenti Cəlal Təlabaninin cənazəsi Almaniyadan ölkəsinə gətirilib.
    Cənazəni daşıyan təyyarə Süleymaniyə hava limanına eniş edib.
    Hava limanındakı qarşılama mərasimində İraq Prezidenti Fuad Məsum, İraq parlamentinin spikeri Səlim əl-Cuburi, İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani, muxtariyyətin Baş naziri Nəçirvan Bərzani, İran Xarici İşlər naziri Cavad Zərif və xarici ölkə səfirləri iştirak edib.
    Cəlal Təlabaninin cənazəsi Süleymaniyə məscidində qılınacaq cənazə namazından sonra Debaşan bölgəsinə aparılaraq torpağa tapşırılacaq.

    Muxalifet2 - 6-10-2017

  4. ​Kataloniyanın Avropa və Ermənistan üçün dərsləri

    Elxan Ələsgərov, "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru
    Bütün dünyada Kataloniyadakı referenduma göstərilən reaksiya ermənilərin Qarabağda “öz müqəddəratını təyin etmə” arzusunun üzərindən xətt çəkdi. Əgər Qərb milyonlarla insanın iştirak etdiyi səsverməni tanımırsa, niyə işğal olunmuş Qarabağda 30-40 min adamın iştirak etdiyi “referendumu” diqqətə almalıdır?
    Məlum olduğu kimi, Kataloniyada İspaniya hökumətinin qanunsuz hesab etdiyi referendum keçirildi. Bu zaman böyük əksəriyyət İspaniyadan ayrılmağa səs verdi.

    Muxalifet2 - 6-10-2017

  5. “Bakı bizi diz çökdürəcək, Qarabağı...” – Sarkisyan ORDUNU SATDI

    Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması ilə bağlı razılaşmanın parlamentdə müzakirəsi zamanı vitse-spiker Eduard Şarmanazovun və müdafiə nazirinin müavini Artak Zaxaryanın etirafları işğalçı dövlətin düşdüyü vəziyyəti açıq şəkildə göstərdi. 

    Muxalifet2 - 6-10-2017

  6. Fərhad Əliyevin texnoparkın rəhbəri təyin edilməsi barədə məlumat həqiqətəuyğun deyil

    Keçmiş iqtisadiyyat naziri Fərhad Əliyevin "Sumqayıt Texnologiyalar Parkı" MMC -yə rəhbər təyin olunması ilə bağlı bəzi mətbuatda yayılan informasiya həqiqətəuyğun deyil.
    MMC-nin mətbuat xidməti məlumatı təkzib edərək bildirib ki, bu ilin mart ayında Emin Məmmədov "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin baş direktoru təyin olunub.
    Xatırladaq ki, keçmiş iqtisadiyyat naziri Fərhad Əliyev 2005-ci ilin payızında həbs olunub. Öncə onu hakimiyyəti ələ keçirmək məqsədilə əlbirlikdə ittiham ediblər, sonra iqtisadi cinayətlər ittihamı ilə 10 il azadlıqdan məhrum ediblər.

    Muxalifet2 - 6-10-2017

  7. Ukrayna ABŞ-dan bu silahlari istədi - SİYAHI

    Ukraynanın ABŞ-dan istədiyi silahlarla bağlı siyahı artıq Vaşinqtona təqdim olunub. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Qərargah rəisi Viktor Mujenko danışıb. 
    Mujenkonun sözlərinə görə, siyahıda əsas üstünlük hava kəşfiyyat vasitələri, tank əleyhinə və radioelektron mübarizə sistemlərinə verilib. 
    “Zəruri danışıqlar artıq həyata keçirilib. Yalnız siyasi qərarın verilməsini gözləmək qalıb”, - Mujenko bildirib. 

    Muxalifet2 - 6-10-2017

  8. “Çudo Peçka”nın sahibi: “TƏQSİRİM YOXDUR”

    Bu gün Binəqədi Rayon Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
    Bu barədə onun vəkili Janna Bağırova məlumat verib.
    Onun sözlərinə görə, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib və Ç.Cəlilovun həbs müddəti 3 ay artırılıb.

    Muxalifet2 - 6-10-2017

  9. ​“Barselona” Neymardan qisasını aldı

    Fransanın “PSJ” futbol klubunun 222 milyona “Barselona”dan transfer etdiyi ulduz futbolçu Neymar zədələnib.
    Braziliya milli komandasının kapitanı elə yığmanın məşqində zədə alıb.
    Maraqlısı odur ki, Neymar "Barselona"nın bu yay Çindən transfer etdiyi futbolçu Paulinyo ilə toqquşub və bu zaman zədələnib. Ulduz futbolçu aldığı zədə səbəbilə uzun müddət yerdə qalıb.

    Muxalifet2 - 6-10-2017

  10. ​AŞPA prezidenti Pedro Aqramunt İSTEFA VERDİ

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib.
    APA-nın məlumatına görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
    “Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarı verdim”,- deyə P. Aqramunt bildirib.

    Muxalifet2 - 6-10-2017

  11. Zərif İraq Kürdüstanına gedib - Ərdoğanın sözünü çatdıracaq

    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqın keçmiş Prezidenti Cəlal Təlabaninin dəfn mərasimində iştirak etmək üçün İraq Kürdüstanının Süleymaniyə şəhərinə gedib.
    Zərif Süleymaniyə şəhərinə geniş tərkibli nümayəndə heyəti ilə gedib. 
    Ehtimal edilir ki, nazir İraq Kürdüstanının rəsmi şəxsləri ilə qeyri-rəsmi görüşlər keçirərək. Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinin yekunları haqqında qarşı tərəfə məlumat verəcək və Məsud Bərzani administrasiyasını müstəqillik fikrindən daşındırmağa çalışacaq.

    Muxalifet2 - 6-10-2017

  12. İsgəndər Cavadovun oğlu "avtoş"luğa görə saxlanıldı - FOTO

    Sabiq futbolçu İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.

    Muxalifet2 - 6-10-2017

  13. ​Putin Qorodetskini də İŞDƏN ÇIXARTDI

    Vladimir Putin Novosibirsk qubernatoru Vladimir Qorodetskini vəzifəsindən azad edib.
    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qubernator öz istəyi ilə vəzifəsindən kənarlaşdırılıb. Onun səlahiyyətləri isə müvəqqəti olaraq Andrey Travnikova tapşırıb.
    Qeyd edək ki, son günlər Rusiyada qubernatorların yeni kütləvi istefa dalğası başlayıb. Qorodetski son 2 həftə ərzində istefaya göndərilən 5-ci qubernatordur.

    Muxalifet2 - 6-10-2017

  14. Almaniyada qasırğa nəticəsində 7 NƏFƏR ÖLDÜ

    Berlindən ölkənin şimal, cənub və şərq istiqamətində sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb
    Almaniyada “Xavier” qasırğası nəticəsində 7 nəfər ölüb.
    "Haberturk" xəbər verir ki, bu barədə Almaniyanın Meteoroloji Xidməti məlumat yayıb.
    Berlindən ölkənin şimal, cənub və şərq istiqamətində sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.
    Qasırğa Berlin və Brandenburq əyalətlərində daha güclü olub.
    Polis Brandenburqda 4, Hamburqda 1, Berlində 1, Mecklenburg-Vorpommerndə 1 nəfərin öldüyünü bildirib.

    Muxalifet2 - 6-10-2017

  15. Evdən 3 min manatdan çox oğurluq oldu - CƏLİLABADDA

    Cəlilabad rayonunda yaşayış olmayan evdən oğurluq edilib.
    “Report”un Aran bürosuna məlumatına görə, hadisə rayonun Vuqar Niftullayev küçəsində Alxas Məmmədova məxsus evdə baş verib.
    Belə ki, uzun müddətdir Bakıda yaşayan ev sahibi rayona gələrkən şəxsi mənzilinin qapısının üzərindəki kilidin sındırıldığını görüb. Məlum olub ki, naməlum şəxs və ya şəxslər evdən bahalı məişət və cehizlik əşyalarını oğurlamaqla A.Məmmədova ümumilikdə 3 min manatdan çox zərər vurublar.

    Muxalifet2 - 6-10-2017

  16. Azərbaycan Avropanı xilas edir: Brüssel üçün Bakının əhəmiyyəti

    Azərbaycan-Avropa İttifaqı münasibətləri inkişaf edir. Avropada AŞPA başda olmaqla bəzi strukturlar anti-Azərbaycan şəbəkəsi və erməni lobbisinin platformasına çevrilsə də, Bakı və Brüssel qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir. 

    Muxalifet2 - 6-10-2017

  17. Dünya çempionatı QƏTƏRİN ƏLİNDƏN ALINA BİLƏR

    Futbol üzrə 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatı qonşu dövlətlərlə yaşanan konfliktlər səbəbindən rəsmi Dohadan alına bilər.
    Bu barədə BBC informasiya yayıb.
    Məlumata görə, belə bir qərarın qəbul edilməsinə Səudiyyə Ərəbistanı, Yəmən, BƏƏ, Misir, Bəhreyn və Mavritaniyanın FİFA-ya göndərdiyi məktub səbəb ola bilər.
    Sənəddə Qətərdə Dünya çempionatı üçün 200 milyard dollar dəyərində infrastruktur formalaşdırılması sahəsində fəaliyyət göstərən tikinti şirkətlərinin fəaliyyətinə böyük risk yarandığı barədə xəbərdarlıq da yer alıb.

    Muxalifet2 - 6-10-2017

  18. Qəbul və buraxılış imtahanları belə olacaq - ŞƏRTLƏR AÇIQLANDI

    Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:

    Muxalifet2 - 6-10-2017

  19. Lamiyə Ələkbərqızı vitse-prezident təyin edilib? - ATV-dən AÇIQLAMA

    Bu gün mətbuatda teleaparıcı Lamiyə Ələkbərqızının ATV-nin yeni vitse-prezidenti təyin edilməsilə bağlı xəbər yayılıb.
    Publika.az məsələ ilə bağlı hazırda telekanalda vitse-prezident vəzifəsini icra edən Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb. O, suala cavab verməkdən boyun qaçıraraq bunları deyib:
    “Belə bir şeydən xəbərim yoxdur. Bununla bağlı suallarınızı Azər bəyə ünvanlayın”.

    Muxalifet2 - 6-10-2017

  20. Şəmkirdə quldurluq edənlər TUTULDU

    Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində oktyabrın 4-də quldurluq hadisəsi baş verib. 
    Həmin gün saat 23 radələrində Yeganə Məmmədovanın evinə qapını gərib açmaq yolu ilə girən 2 maskalı şəxs ona xəsarət yetirib, qızı Səkinəni və oğlu Əlini öldürəcəkləri ilə hədələyərək oradan 140 manat və 10000 rubl (295 manat) pul aparıblar. 

    Muxalifet2 - 6-10-2017

Pages