Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. ​MTRŞ sədrindən sərt tənqid: Bu aparıcılar…

    Ədəbi dil normaları hansısa bölgənin ləhcəsi əsasında qurulmayıb. Təəssüflər olsun ki, bəzi televiziya kanallarında ədəbi dil normaları pozulur. Telekanallar bu məsələyə diqqət etməli, nöqsanları aradan qaldırmalıdır.
    Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda bu gün keçirilən tədbirdə deyib.
    Nuşirəvan Məhərrəmli xarici dillərdən Azərbaycan dilinə xeyli sözlərin keçdiyini bildirib:

    Muxalifet2 - 6-10-2017

  2. İraq və İspaniyadan sonra Almaniya – BAVARİYA DA AYRILMAQ İSTƏYİR

    Almaniyanın ən zəngin vilayətlərindən olan Bavariyada fəaliyyət göstərən “Bavariya Partiyası” Katalonlardan təsirlənərək Almaniyadan ayrılmaq üçün hərəkətə keçdi.
     
    Müxalifət.az bildirir ki, bu barərdə Türkiyə KİV-i xəbər verib
     
    Bavariya Partiyası, Almaniyadan ayrılmaq üçün müstəqillik işlərinə başlayıb. İraq və İspaniyadan sonra Almaniya da yaxın günlərdə referendum mübahisələrinin mərkəzində olacaq.
     
     BİZİM QANUNİ HAQQIMIZDIR!
     

    Muxalifet - 6-10-2017

  3. Bakıda qız öz anasının evini QARƏT ETDİ

    Bakıda 1000 manat dəyərində qızıl əşyalarının ev sahibəsinin qızı tərəfindən oğurlanması müəyyən edilib. 
    Muxalifet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən sentyabrın 20-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalarının ev sahibəsinin qızı tərəfindən oğurlanması müəyyən edilib.

    Muxalifet2 - 6-10-2017

  4. İspaniya Kataloniyanı çökdürür: Böyük banklar...

    Kataloniyanın ən böyük banklarından biri “Sabadel” baş ofisini İspaniyanın Alikante şəhərinə köçürmək haqqında qərar verib.
    Axar.az xəbər verir ki, artıq “Sabadel”in rəqibi “Caixabank”ın (Kixabank) da eyni addımı atmağı planlaşdırdığını bildirib. Belə ki, bank bu gün məsələ ilə bağlı xüsusi iclas keçirəcək.
    Madrid həmçinin bankın Kataloniyadan çıxması üçün xüsusi imtiyazlar verməyə hazırlaşır. “Röyter” bu bankların öz baş qərargahlarını başqa ərazilərə köçürməsinin Kataloniyanın iqtisadiyyatına böyük zərbə vuracağını bildirib.
     

    Muxalifet2 - 6-10-2017

  5. ​Bakıda 30-a yaxın məktəbin direktoru dəyişdirilib

    "Yeni tədris ilində Bakıda 30-a yaxın məktəbə direktor təyin olunub".
    Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
    Onun sözlərinə görə, həmin məktəblərin rəhbərləri ilə ya yaş həddinə çatması səbəbindən əmək müqavilələri ləğv olunub, yaxud da fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozublar.

    Muxalifet2 - 6-10-2017

  6. ​Gürcü qadınlar azərbaycanlı kişini soydu

    İki gürcü qadın bazarda Bakı sakininin içində 86 manatı və bankomat kartı olan pulqabısını oğurlayıb.

    Muxalifet2 - 6-10-2017

  7. "2015-ci ildə 10 dövlətlə idxaldan 1,3 milyard manat itirilib" - EKSPERT

    İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində Azərbaycanın 10 ticarət tərəfdaşı olan dövlətlə ticarət dövriyyəsinin güzgü statistikası əsasında fərqini dərc edib. Alimin araşdırmasına görə, 2015-ci ildə bu dövlətlərlə idxalda dövlət büdcəsinə daxil olmalı olan 1,3 milyard manat vəsait itirilib.

    Muxalifet - 6-10-2017

  8. ADP sədrinin müavini işdən çıxarıldı - MİTİNQƏ GETDİYİ ÜÇÜN

    Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Həsrət Rüstəmov çalışdığı Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarılıb.
     
    Muxalifet.az xəbər verir ki, bu haqda H.Rüstəmov özü məlumat verib.
    Onun sözlərinə görə, beş il işlədiyi və kiçik bir nöqsana belə, yol vermədiyi Bakı şəhər təcili yardım stansiyasında həkim işindən sifarişlə azad edilib:

    Muxalifet - 6-10-2017

  9. Dilqəm Əsgərovun oğlunu “Qırmızı Xaç”a çağırdılar

     “Atamla bağlı bəzi qaranlıq məqamlara cavab tapmışıq. Kimin kim olduğunu indi daha yaxşı bilirəm”.
     
    Bu sözləri Modern.az-a 4 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
     K.Əsgərov detalları açıqlamaq istəməyib:
    “Müəyyən məsələlər var, onların dəqiqləşməsini gözləyirik. İnşallah Dilqəm və Şahbaz özü girovluqdan qayıtdıqdan sonra həqiqəti hər kəs öyrənəcək”.
     O, ATƏT-in Varşava sammitindəki çıxışından da bəhs edib:

    Muxalifet - 6-10-2017

  10. "TANAP kəməri planlaşdırılan vaxtdan əvvəl tamamlanacaq" - Türkiyəli nazir

    Boru kəmərinin 1 261 borusu artıq yerləşdirilib
     
    "Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) nəzərdə tutulan vaxtdan öncə tamamlanacaq."
    Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak “Anadolu” agentliyinə bildirib: “Həqiqətən də boru kəməri üzrə işlər çox sürətlə davam edir. İnşallah, bu planla davam edərsə, kəmər planlaşdırılandan daha tez tamamlanacaq”.

    Muxalifet - 6-10-2017

  11. Gözəl Bayramlının həbs müddəti uzadıldı

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbs müddəti uzadılıb.
     
    Vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsi həbs müddətinin dekabrın 25-nə qədər uzadılması haqda qərar çıxarıb.

    Muxalifet - 6-10-2017

  12. ​Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarındakı dəyişikliyə münasibət bildirdi

    “Buraxılış və qəbul imtahanlarının keçirilməsi qaydalarında edilən dəyişiklik yalnız format olaraq sadələşdirilməyə yönəlib. Bu imtahan fənlərinin sayının azalmasında özünü büruzə verir”.

    Muxalifet3 - 6-10-2017

  13. Əli Həsənovdan Mirşahin və Turan haqqında AÇIQLAMALAR

    Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azad Azərbaycan” telekanalının (ATV) aparıcısı Turan İbrahimovun efirdə millət vəkili Arif Rəhimzadəni və digər şəxsləri təhqir etməsi, o cümlədən tanınmış telejurnalist Mirşahin Ağayevin MTRŞ sədri Nuşirəvan Məhərrəmli haqqında söylədiyi fikirlərlə bağlı məsələlərə münasibət bildirib.

    Muxalifet - 6-10-2017

  14. Ukrayna Radasında qalmaqal — Deputat SALONA TÜSTÜ BOMBASI ATDI

    Ukrayna Radası növbəti qalmaqala şahid olub.
     
    "Samopomoş" müxalifət fraksiyasının deputatı Semyon Semençenko iclas gedən zala tüstü bombası atıb. Bu barədə isə məlumatı millət vəkili Vladimir Aryev bölüşüb.
    Aryev Tvitter səhifəsində yazıb: "Teteruka Andrey anında reaksiya verərək tüstü bombasını zaldan çıxardı".
    İnsident Donbass vilayətinin xüsusi statusunun bir il də uzadılmasına aid qanun layihəsinin müzakirəsi zamanı baş verib./olke.az

    Muxalifet - 6-10-2017

  15. ​Rusiya yenidən 30 obyekti təcili boşaltdı

    Moskvada yenidən 30 obyekt terror təhdidi ilə əlaqədar boşaldılıb.
    Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Obyektlərin boşaldılmasına səbəb naməlum zənglər olub.
    Qeyd edək ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov naməlum şəxslərin sayının 4 olduğunu və onların xarici ölkələrdən zəng etdiyini bildirib.

    Muxalifet2 - 6-10-2017

  16. ​Azər Xəlilov ATV-dəki kütləvi ixtisarlardan DANIŞDI

    “ATV-də kütləvi ixtisarların olması ilə bağlı məlumatların əsası yoxdur”.
    Bunu ATV-nin prezidenti Azər Xəlilov deyib.
    O qeyd edib ki, bunlar şaiyədir.
    A.Xəlilov bildirib ki, televiziyanın saytı fəaliyyətini bərpa edib: “Hər bir televiziyanın saytı olmalıdır. ATV-nin də belə bir saytı var”. (report)

    Muxalifet2 - 6-10-2017

  17. ​Lavrov bu türk ölkəsini dəstəkləyəcək – BMT-də

    Rusiya Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına sədrliyini dəstəkləyəcək.
    Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Əbdürrəhmanovla görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Rusiya Qazaxıstana Təhlükəsizlik Şurasında öz proqramını icra etməyə yardım edəcək.
    Lavrov Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının aktiv üzvü olduğunu bildirib.

    Muxalifet2 - 6-10-2017

  18. ​Avtomobili qaçırıb qəza törətdi, ƏLƏ KEÇDİ

    Oktyabrın 5-də saat 2 radələrində DİN-in “102 Zəng Xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən qaçırıldığı məlum olub.

    Muxalifet2 - 6-10-2017

  19. İraq səfirindən “TƏCİLİ” TÜRKİYƏ AÇIQLAMASI

     İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl Alovu Türkiyə ilə bağlı önəmli bəyanatlar verdi.
     
    Müxalifət.az  Türkiyə mediasına istinadən bildirir ki, İraqın Türkiyədəki səfiri Türkiyə ilə bağlı son dəqiqə açıqlaması ilə çox önəmli çıxış edib.
    Səfir Hişam Əli Əkbər İbrahim əl Alovu, "Baş nazir Binalı Yıldırım qısa müddət ərzində Bağdadı ziyarət edə bilər. Hər cür əməliyyat üçün öncə Başika məsələsinin həll edilməsi lazımdır" deyib.

    Muxalifet - 6-10-2017

  20. ​Anadan DƏHŞƏTLİ ƏMƏL: südə zəhər qatıb 5 yaşlı qızına içirdi

    Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan rayon sakini Gülnarə Saypullayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
    Bakı Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Hazırlıq iclası oktyabrın 11-ə təyin edilib.
    İttihama görə, 2017-ci il iyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib.

    Muxalifet2 - 6-10-2017

Pages