Qazaxıstana böyük hücum: 50 ölkə eyni anda...

Qazaxıstan banklarının serverlərinə haker hücumu olub.
Bu barədə informasiyanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi yayıb. Komitə DdoS hücumların eyni anda 50 ölkə ərazisində gerçəkləşdiyini bildirib. Hücumlar 26-29 sentyabr tarixlərində baş verib.
Rəsmi Astana hazırda hücumların qarşısının alındığını və bankların informasiya resurslarının gücləndirildiyini bildirib. Hücum nəticəsində heç bir banka zərər dəyməyib.
Qeyd edək ki, DDoS (Paylanmış Xidmətdən İmtina) hücumu zamanı şəbəkə resurslarına bir deyil, çox sayda kompüterdən sorğular göndərilir. Yoluxdurulmuş kompüterlərdən biri "idarəetmə mərkəzi" kimi istifadə edilir, o "zombi" adlandırılan digər kompüterlərdən edilən hücumları idarə edir. Bu hücumlar istənilən sistemi sıradan çıxarmağa və özündən sonra hansısa iz buraxmamağa yardım edir.