Strateji Yol Xəritələri üzrə FƏALİYYƏT GÖSTƏRMƏYƏN 3 QURUM

Onların ilin sonuna qədər vaxtı var
 
 "Azərbaycanda Strateji Yol Xəritələrinin həyata keçirilməsi üçün 47 dövlət qurumu cavabdehdir. Öhdəlikləri onlardan ikisi 100%, 16-sı 50%, 20-i isə 50%-dən aşağı yerinə yetirib".
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, 3 dövlət qurumu, ümumiyyətlə, bu istiqamətdə fəaliyyətə başlamayıb: "Bu ilin ilk yarısında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və "Azəravtoyol" ASC-lər, Fövqəladə Hallar Nazirliyi Strateji Yol Xəritələrinin icra edilməsi üçün fəaliyyət göstərməyib. İlin sonuna qədər onların vaxtı var və düşünürük ki, bu müddətdə hansısa işlər görəcəklər".