ABŞ Talibanın nümayəndəliyini bağlayır

ABŞ Prezidenti Donald Tramp Talibanın Qətərdəki rəsmi nümayəndəliyini bağlamağa hazırlaşır.
Bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet Trampın ideyasının Dövlət Departamentində etirazlara səbəb olduğunu bildirib. ABŞ diplomatlarının fikrincə, bu addım ABŞ-ın Əfqanıstandakı maraqlarına ziyan vuracaq. 
Qeyd edək ki, Taliban bir neçə il öncə Qətərdə öz rəsmi nümayəndəliyini açıb. Bu ofisin açılmasında əsas fəallığı Pakistan, Qətər və ABŞ göstərib. Əfqanıstan hökuməti məhz bu ofis sayəsində Talibanla danışıqlar aparır.