İraqda partlayış, 7 hərbçi öldü, 10-u yaralandı
2-10-2017 14:42

Silahlı münaqişə nəticəsində sentyabrda 10-u xarici ölkə vətəndaşı olmaqla 196 mülki şəxs öldürülüb
İraqın Mosul bölgəsinin qərbinda partlayış nəticəsində 7 hərbçi ölüb, 10-u müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə İraqın Xalq Qurtuluş Qüvvələrinin binaya qoyulan minanı zərərsizləşdirərkən olub.
Yaralılara tibbi yardım göstərilib. BMT-nin İraqdakı missiyasının aylıq hesabatına görə, silahlı münaqişə nəticəsində sentyabrda 10-u xarici ölkə vətəndaşı olmaqla 196 mülki şəxs öldürülüb, 381 nəfər isə yaralanıb.