Axtarış
The search found 105785 results in 0.03 seconds.
Search results
"Müxalifət xarici havadarlarından pul alıb Azərbaycana gətirmək istəyir" – Baş prokuror
Zakir Qaralov: Biz də bunun qarşısını alırıq
"Qarşıda məhkəmə prosesləri var. Ona görə bunu şərh etmək istəməzdim".
Bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.Muxalifet - 30-09-2017
İngilis dili qəbul imtahanlarından çıxarıldı
Ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə qəbul imtahanlarında tətbiq ediləcək yeniliklər açıqlanıb.
Təhsil eksperti Kamran Əsədov yeni model barədə açıqlama verib.Muxalifet - 30-09-2017
ABŞ diplomatlarını geri çağırdı: SƏFİRLİK BOŞALDILIR
ABŞ hökuməti Havanadakı səfirliyinin diplomatlarını ölkəyə geri çağırıb.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb diplomatların kubalılar tərəfindən səs aparatları ilə hücumlara məruz qalmaları olub.
Kubalılar Amerika diplomatlarına səs aparatları ilə hücum edib və bunun nəticəsində onların səhhətində müxtəlif problemlər yaranıb.Muxalifet2 - 30-09-2017
Gənc futbolçu millimizdən imtina etdi
Futbol üzrə Azərbaycanın U21 mili komandasının üzvü Ozan Can Kökcü millidən ayrıldığını açıqlayıb.
19 yaşlı futbolçu bu barədə İnstaqramda məlumat paylaşıb.
Ozan Canın açıqlamasını təqdim edirik:
“Bildiyiniz kimi, bir türk olaraq irqimiz və qanımızdan olan Azərbaycan milli komandasının formasını geyindim. Buna görə qürur duydum. Lakin, son zamanlarda bəzi hadisələr məni düşündürdü və bu qərarı aldım.Muxalifet - 30-09-2017
Qərbin qorxduğu baş verdi: Rusiya ordusunu...
Rusiya “Qərb-2017” təlimlərindən sonra hərbi qüvvələrinin bir hissəsini Belarusda saxlayıb.
Bu barədə Ukraynanın Baş Qərargah rəisi Viktor Mujenko danışıb. Generalın sözlərinə görə, Rusiya Belarusdan yalnız bir qrup əsgər və zabitlərini çıxarıb.
“Bizdə olan məlumata görə, ordunun yalnız bir hissəsi Belarusdan çıxarılıb. Hərçənd təkcə 3000 nəfərini rusların təşkil etdiyi 12.500 məfərlik şəxsi heyətin təlimlərə cəlb olunduğu bildirilirdi”, - Mujenko deyib.
Mujenko həmçinin təlimlərə elan ediləndən daha çox şəxsi heyətin cəlb olunduğunu vurğulayıb.Muxalifet2 - 30-09-2017
Sarkisyan öldürüldü, İrəvan QARIŞDI: “Azərbaycan Qarabağa gəlir...”
Dünən təmas xəttinin cənub-şərq istiqamətində atəşkəsi pozan erməni hərbi birləşmələrinin hərbi qulluqçusu Seyran Sarkisyan məhv edilib.
Muxalifet.az xəbər verir ki, Sarkisyanın ölməsi erməni cəmiyyətində müharibə qorxularını artırıb.Muxalifet2 - 30-09-2017
Mossad agentindən şok: BƏRZANİNİ BİZ YARATDIQ
İsrailli general, keçmiş Mossad agenti Saqi Çori “kürd dövləti” layihəsini özlərinin hazırladığını deyib.
Axar.az xəbər verir ki, o, bu barədə 2010-cu ildə İsraildə dərc olunan dərgiyə müsahibəsində deyib. 1960-cı illərdən etibarən Mossadın Şimali İraqda Bərzaniyə dəstək verdiyini deyən israilli general Kürd Muxtariyyətinin lideri ilə görüşü haqda danışıb:Muxalifet2 - 30-09-2017
Siyasətçilər çıxış yolu axtarışında.. - SİYASİ BİRLİKLƏR DAĞILIR
Bir ay müddətinə xaricə getmişdim. Geri qaydanda bəlli oldu ki, Siyasi Partiyaların Məşvərət Məclisinin toplantıları keçirilmir. Belə başa düşdüm ki, bu qurumda təmsil olunan partiyalar bir araya gəlmək istəmirlər. Beləcə Siyasi Partiyaların Məşvərət Məclisi fəaliyyətini dayandırmış olub.
Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, əslində bu qurum ciddi siyasi birlik deyildi, daha çox funksional əməkdaşlığı nəzərdə tuturdu.Muxalifet - 30-09-2017
Hindistan ordusu dinc sakinlərə hücum etdi: ÖLƏNLƏR VAR
Hindistan ordusu Kəşmirin sərhəd xəttində atəşkəsi pozub.
Atışma nəticəsində Pakistan tərəfindən 3 nəfər həlak olub, 3-ü yaralanıb. Ölənlərdən 2-nin dinc sakin olduğu bildirilib.
Bu barədə Pakistan ordusundan rəsmi açıqlama verilib. Açıqlamada bildirilir ki, Pakistan əsgərləri dinc sakinləri təhlükəsiz yerə köçürərkən hind əsgərlər onlara atəş açıb.Muxalifet2 - 30-09-2017
Antarktidadan böyük AYSBERQ QOPDU – Alimlərdən HƏYƏCAN TƏBİLİ
Antarktidadan böyük ölçüdə aysberqlər qopmağa davam edir.
Aysberqin sahəsi 266 kv. kilometrdir. Hollandiyanın Delfta Texnologiya universitetindən olan peyk müşahidələri üzrə mütəxəssis Stef Lermittin qiymətləndirməsinə görə, qopan aysberq 2000-ci ildən bu yana Antarktidanın itirirdiyi Top-5 ən böyüklər siyahısına daxildir.Muxalifet - 30-09-2017
Göyçayda sərnişin avtobusu qəflətən alışıb
Göyçay rayonunda sərnişin avtobusu yanıb.
Hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçay-Bığır marşurutu üzrə hərəkət edən 90-FD-688 dövlət nömrə nişanlı "Otoyol" markalı avtobus sərnişinləri kənddən rayon mərkəzinə apararkən naməlum səbəbdən yolda yanmağa başlayıb. Avtobusun mühərrikində başlayan yanğın qısa müddətdə salona keçib.Muxalifet - 30-09-2017
ABŞ Qarabağdakı separatçı rejimə pul ayıracaq
ABŞ Senatının Təsisatlar Komitəsi 2018-ci il üzrə xarici yardım layihəsini təsdiq edib.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Amerika Erməni Assambleyası məlumat yayıb. Bildirilib ki, layihəyə əsasən, ABŞ Qarabağdakı qanunsuz quruma maliyyə yardımını davam etdirəcək.Muxalifet2 - 30-09-2017
Myanmanı 500 min nəfərdən çox müsəlman TƏRK ETDİ
Kütləvi toqquşmalar nəticəsində Myanmadan Banqladeşə qaçan Rohingya müsəlmanlarının sayı 500 min nəfəri ötüb.
"Associated Press" xəbər verir ki, bu barədə BMT-nin bəyanatında bildirilir.
"Myanmada başlayan kütləvi qarşıdurmalardan 5 həftə sonra BMT bəyan edir ki, Banqladeşə gələn qaçqınların ümumi sayı 500 min nəfəri ötüb", - deyə məlumatda qeyd olunur.Muxalifet2 - 30-09-2017
“BU ŞƏXSLƏR MÜSTƏQİL KÜRD DÖVLƏTİNİN YARADILMASINI TƏBLİĞ EDİB” – Zakir Qaralov
“Bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağa səfər edib. Bununla bağlı məlumat alan Baş Prokurorluq dərhal cinayət işi qaldırıb”.
APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.Muxalifet3 - 30-09-2017
"Günahkarı gizlətmək üçün bizə böhtan atılır" - NAZİRLİK
Ekologiya və Təbii Sərvətlər Nazirliyi küçə heyvanları ilə bağlı bəyanat yayıb.
Nazirlikdən verilən məlumata görə, ölkə ərazisində, küçələrdə sahibsiz ev heyvanları ilə rəhmsiz rəftar olunmasına görə mediada, sosial şəbəkədə xarici və yerli istifadəçilər ETSN-nin adını qınaq obyekti kimi çəkir.Muxalifet2 - 30-09-2017
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, təmsil etdiyi qurumun nümayəndələri sentyabr ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:Muxalifet2 - 30-09-2017
Daxili işlər naziri Lənkəranda vətəndaşları qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Muxalifet2 - 30-09-2017
İdlib bombalandı: 28 ölü - FOTO
Suriyanın İdlib şəhərində müxalifətçilərə qarşı hava hücumu təşkil edilib.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, bombalı hücumlar nəticəsində 28 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Ölən və yaralananların əksəriyyətini azyaşlılar təşkil edir. Yaralananlar ətraf ərazilərdəki xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, Türkiyə, Rusiya və İranın iştirakı ilə Qazaxıstanın paytaxtı Astanada təşkil edilən görüşlərdə İdlib şəhəri atəşkəs bölgəsi elan edilmişdi.Muxalifet2 - 30-09-2017
Arvadını qardaşına qısqanıb BAŞINI KƏSDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını baltalayıb sonra başını kəsərək öldürməkdə təqsirləndirilən 31 yaşlı Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Ənvər Seyidovun icraatında olan prosesdə baxış iclası baş tutub.
Belə ki, 2017-ci ilin mayında Quba rayonun Güləzi kəndində yaşayan M.Ələsgərov arvadı Ulduzu ögey qardaşına qısqanaraq 5 dəfə balta ilə vurub, sonra isə başını kəsib.Muxalifet2 - 30-09-2017
“Azəravtoyol” ittihamlara CAVAB VERDİ
“Azəravtoyol” Binəqədi şossesində aparılan təmir işləri ilə bağlı ASC-yə ünvanlanan tənqidlərə cavab verib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, qurumun ünvanına deyilənlərin heç biri həqiqəti əks etdirmir:Muxalifet2 - 30-09-2017