Voleybolçularımız Türkiyə millisinə uduzdu
1-10-2017 18:29

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulacaq.
Bürünc medal uğrunda matçda Azərbaycan və Türkiyə milliləri qarşılaşıb.
Final matçıisə Bakı vaxtı ilə 19:00-da Hollandiya və Serbiya arasında keçiriləcək.
İlk setdə Azərbaycan millisi 25:22 öndə bitirdi.
İkinci setdə təşəbbüsü ələ alan Türkiyə komandası seti 21:25 qazandı.
Üçüncü setdə Azərbaycan 14, Türkiyə 25 zərbə vurdu. Türkiyə 2:1 önə çıxdı.
Dördüncü setdə Türkiyə 25, millimiz 8 zərbə vurdu. Hesab 3:1 oldu. Beləliklə, bürünc medalı Türkiyə millisi qazandı.