Bıçaqlı şəxs metroda insanlara hücum etdi: ÖLƏN VƏ YARALANANLAR VAR

Fransada bıçaqlı şəxs metroda insanlara hücum edib.
 
Hadisə Marsel şəhərində baş verib.
Həmin şəxs qarşısına çıxan insanlara bıçaqla zərbə endirib. Bir neçə nəfər bıçaq yarası alıb, 2 nəfər isə bıçaq yarasından ölüb. Polis atəş açaraq cinayətkarı öldürüb.
Fransa daxili işlər naziri Jerar Kollon hadisə ilə əlaqədar Marselə yollanıb./apa