Fransa prezidenti Bərzani ilə İbadini görüşüdürəcək
1-10-2017 19:17

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və İraq baş naziri Heydər İbadi Parisdə görüşəcək.
Görüşün təşəbbüskarı Fransa prezidenti Emmanuel Makrondur.
İddiaya görə, 25 sentyabr referendumundan sonra yaşanan gərginliyi aradan qaldırmaq üçün prezident Makron vasitəçilik təşəbbüsündə bulunub. Məsud Bərzani və Heydər İbadi isə bu təşəbbüsə müsbət cavab verib.
Məlumata görə, Makronun vasitəçilik təşəbbüsünü Məsud Bərzaniyə fransız filosof və yazıçı Henry Levy çatdırıb./teleqraf.com