Trampa “Kürdüstanı tanı” deyən Senator kimdir?

 Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, AMERİKALI senator ABŞ prezidenti Trampa müraciət edərək, "Kürdüstanı tanıyın" deyib.
 
 Bəs kimdir bu adam?
Adı Chuck Schumer, Demokratların senatdakı lideri və bir Yəhudidir.
Bu adam İsrailin Qəzzada törətdiyi qırğınlarda "Fələstini iqtisadi olaraq boğmaq lazımdır" deyən şəxsdir.
  Yəhudi bir amerikalı senator olaraq İsrail-Fələstin məsələsində Fələstinə düşmənçilik etməsi təbii qarşılanmalıdır (belə bir ritorika insanı olaraq, əlbəttə, təbii deyil amma təəssüf ki, o mentalitetin dünyagörüşü belə). Ancaq təbii sayıla biləcək arqumentləri bir-bir ələ alıb, yan-yana qoyanda ortaya daha fərqli bir mənzərə çıxacaq.
  Çünki ABŞ-lı Yəhudi senator, Fələstin düşməni olmaqla yanaşı bir də Türkiyə düşmənidir.
Bu, o şəxsdir ki, 2010-dakı Mavi Mərmərə qətliamında şəhidlərimiz üçün "terrorçu" demişdi.
  ABŞ-dakı Yəhudi lobbisi olaraq Mavi Mərmərə davranışı da təəccübləndirmədi.
 Amma bir xüsusiyyəti də var ki, o daha diqqətçəkicidir.
 Bu adam eyni zamanda ABŞ-dakı FETÖ şəbəkəsinə də çox yaxın biridir. Və bu qədər təsadüflər ola bilməz.
Müxalifət.az