Prezident İlham Əliyev Lütfi Zadə ilə vida mərasiminə qatıldı

Prezident İlham Əliyev görkəmli alim Lütfi Zadə ilə vida mərasiminə gəlib. 
Mərasimə dövlət və hökumət üzvləri, elm adamları, ictimaiyyət nümayəndələri də qatılıb.  
Mərasim AMEA-nın əsas binasında keçirilir. 
Dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. Onun cənazəsi sentyabrın 29-da gecə Bakıya gətirilib.