Kreml Dağıstanda ənənəni dəyişir: Avar əvəzinə vəzifəyə ləzgi gəlir

Sergey Melikov Dağıstana rəhbər təyin edilsə, o zaman bu, yeni mərhələnin başlanğıcı olacaq.
 
Bunu “Sobesednik” saytına açıqlamasında rusiyalı politoloq Konstantin Kalaçev söyləyib.
“General Sergey Melikov bütün filtrlərdən keçib və lazım olan bütün tələblərə cavab verir. Bu dəqiqə ən çox müzakirə olunan məsələ Melikovun ləzgi olmasıdır. Dağıstanda artıq çoxdan mövcud olan praktika prezident vəzifəsinə avarın gətirilməsidir. Bu təyinat yeni mərhələnin başlanğıcı olacaq.
Dağıstanda nizam-intizam yaradan insana ehtiyac var. Ona korrupsiya ilə mübarizəni təşkil etmək, inkişaf üçün şərait yaratmaq asan olacaq. Ölkənin əsas problemi hələ də gənclər arasında işsizlikdir. Digər tərəfdən xüsusi xidmət orqanlarından çıxan şəxs regionu anarxizmə itələməyəcək. Din bu respublikada hələ də böyük rol oynayır, amma görünür, yuxarılar onun ikinci Çeçenistana çevrilməsinə izn vermək niyyətində deyillər”, – deyə o bildirib.
Qeyd edək ki, Dağıstan lideri Ramazan Abdulatipov istefaya göndərilib. Onun yerinə Rusiya Milli Qvardiyasının rəhbərinin müavini Sergey Melikovun gətiriləcəyi gözlənilir./axar.az