Navalnı Moskvada TUTULDU
29-09-2017 11:53

Rusiya müxalifətçisi Aleksey Navalnı Moskvada öz evinin bloku qarşısında polis tərəfindən saxlanılıb.
“İnterfaks” agentliyi xəbər verir ki, bu haqda siyasətçi öz İnstaqram səhifəsində yazıb.
Hüquq-mühafizə orqanları informasiyanı hələ təsdiq etməyiblər.
Qeyd edək ki, bu gün Navalnının tərəfdarları Nijni-Novqorodda hakimiyyətlə razılaşdırılmamış aksiya keçirməyi planlaşdırırlar.