Pxenyan raket sistemləri ilə əhatə olunur

Bu ilin sonuna qədər ABŞ Koreya yarımadasına daimi əsaslarla strateji silahlar yerləşdirəcək. 
Bu barədə “Renxap” informasiya yayıb.
“Həmin silahların yerləşdirilməsi müdafiə potensialımızı artırmağa kömək olacaq”, - Cənubi Koreya prezidentinin köməkçisi deyib.
Qeyd edək ki, Cənubi Koreya rəhbərliyi ölkədə THAADraket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinin vacibliyini dəfələrlə bildirib. Seulda bu tədbirlər Pxenyanın apardığı nüvə sınaqlarından sonra "qaçılmaz" olaraq qiymətləndirilib.