Rusiyaya həyəcan yaşadan "TELEFON TERRORÇUSU" TUTULDU
28-09-2017 11:56

Moskva vilayəti polisinin əməkdaşları Puşkino şəhərində yaşayış binasına bomba qoyulması barədə anonim zənglər etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Rusiya KİV-i bildirir ki, bu barədə RF-in Moskva vilayəti Polis İdarəsi xəbər yayıb.
Məlumatda deyilir: "112" xidmətinə zəng vurub bomba qoyulması barədə yalan informasiya verməkdə şübhəli bilinən şəxs saxlanılıb".