Əfqanıstanda polis məntəqəsinə hücum - 12 ölü
28-09-2017 12:07

Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində partlayış törədilib.
Partlayışın törədilməsi üçün hərbi maşından istifadə edildiyi bildirilir. Məlumata görə, maşın polis məntəqəsinə sürülüb. İnsident nəticəsində 12 polis əməkdaşı həlak olub, 4 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı məsuliyyəti “Taliban” qruplaşması üzərinə götürüb.