Kilsədə atışma - 1 NƏFƏR ÖLÜB, 8 YARALI VAR
25-09-2017 07:26

ABŞ-ın Tennessi ştatında kilsədə silahlı insident baş verib.
Bu barədə NBC telekanalı məlumat yayıb.
Bildirilir ki, nsident yerli vaxtla səhər saat 11 radələrində, Neşvill şəhəri yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, baş verən atışma nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. İnsidentlə əlaqədar bir nəfərin saxlandığı bildirilir.
Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.