Yük maşını mikroavtobusla toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol qəzası baş verib.
 
Yük maşını və meyvə-tərəvəz daşıyan “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yol qəzası zamanı yaralananların şəxsiyyəti müəyyənləşib.
Bunlar Göyçay rayon sakinləri, 45 yaşlı Şaiq Şahnəzər oğlu Nuriyev, 32 yaşlı Eyvaz Məhəmməd oğlu İbadov və onun qardaşı Etibar İbadovdur.
Faktla bağlı araşdırma aparılır./report