Tramp ona “psixi xəstə” deyən KXDR-in XİN rəhbərinə cavab verdi
24-09-2017 11:36

ABŞ prezidenti Donald Tramp KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assamleyasındakı çıxışını şərh edib.
“RİA Novosti” xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı "Twitter"də yazıb.
"KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assamleyasındakı çıxışını yenicə eşitdim. Əgər o kiçik "raket-adam"ın (KXDR lideri Kim Çen In nəzərdə tutulur-red.) fikirlərini təkrarlamaqda davam etsə, onlar çox davam gətirməyəcək", - deyə o yazıb.
Xatırladaq ki, Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo BMT-nin tribunasında çıxış edərkən ABŞ prezidenti Donald Trampı "böyüklük" iddiası olan psixi xəstə adlandırıb və ona "nüvə düyməsini" tapşırmağın təhlükəli olduğunu söyləyib(virtualaz.org).