Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB

Görüş zamanı Minsk Qrupu həmsədrlərinin oktyabrda Dağlıq Qarabağa səfəri barədə razılıq əldə edilib.
Habelə görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ilə bağlı məsələ müzakirə edilib(report). 
 
*** 21:15
​Nyu-Yorkda Məmmədyarovla Nalbandyan arasında QARABAĞ MÜZAKİRƏLƏRİ

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü başlayıb.
Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.
O bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilir.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edir.