​ABŞ bombardmançıları Şimali Koreyaya YAXINLAŞDI

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələr Şimali Koreya sahillərinin şərqində uçuşlar həyata keçiriblər.
“RİA Novosti” xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında bildirilir.
Məlumata görə, uçuşlar ABŞ-ın hərbi potensialının nümayiş etdirilməsi məqsədilə keçirilib.
Uçuşlar beynəlxalq hava məkanında həyata keçirilib.