Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı MƏHV EDİB
22-09-2017 16:09

Bu gün Rusiyanın Qara dəniz donanmasına məxsus "Velikiy Novqorod" sualtı gəmisi "Kalibr" qanadlı raketlərlə terrorçuların Suriyada yerləşən obyektlərini atəşə tutub.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Atəş saat 10:11-də Aralıq dənizi akvatoriyasından açılıb. Hədəf sualtı gəmidən, təxminən, 300 kilometrədək aralıda yerləşən İdlib vilayətində "Cəbhət-ən-Nüsrə" yaraqlılarının obyektləri olub.
Məlumata görə, bütün hədəflər vurulub.