Pxenyan Trampı hidrogen bombasıyla hədələdi

Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edən Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər.
Bu barədə “Renhap” agentliyi məlumat yayıb.
Şimali Koreyanın lideri Kim Çen In bundan əvvəl Trampın çıxışını “ağılsız”, onun özünü isə “alovla oynayan xuliqan və quldur” adlandırıb və nitqinə cavab olaraq sərt tədbirlər görəcəyini vəd edib.
Qeyd edək ki, Donald Tramp çıxışında KXDR-in ABŞ-ın təhlükəsizliyinə təhdid yaradacağı təqdirdə bu ölkə yerlə yeksan edəcəyini deyib.
***
KXDR Sakit okeanda hidrogen bombasının yeni sınağını keçirə bilər
KXDR Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər.
Bunu ölkənin xarici işlər naziri Li Yon Xo bəyan edib.
"Ola bilsin ki, Sakit okeanda hidrogen bombasının güclü partlayışı baş versin", - deyə "Ryonxap" agentliyi diplomatın sözlərini sitat gətirib.
O qeyd edib ki, hansı addımların atıla biləcəyi məlum deyil, çünki göstəriş ölkə lideri Kim Çen Indan gələcək.