Axtarış

The search found 105783 results in 0.03 seconds.

Search results

  1. Ordumuz döyüş atışlarına başladı

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.
    Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumaat görə, plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

    Muxalifet2 - 21-09-2017

  2. ABŞ Türkiyəni PKK-ya satdı: Əməliyyat planı terrorçulara sızdırıldı

    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ PKK lideri olan Cəmil Bayıkı həbs etmək üçün İraqa gedən Türk kəşfiyyatçılarını KYB üzərindən PKK-ya bildirib. Əməliyyatçılar pusquya düşürülüb və əsir götürülərək Qəndilə aparılıb.
     
    Bu barədə BMT Baş Assambleyası işləri çərçivəsində Nyu-yorkda olan Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ərəb mediasına danışıb.

    Muxalifet - 21-09-2017

  3. 200 və 43 saylı Məktəb Lisey Kompleksi​nin direktoru ilə bağlı QALMAQAL BÖYÜYÜR

    Son günlər 200 və 43 saylı Məktəb Lisey Kompleksi​nin direktoru Qafar Hüseynovun işdən azad olunduğunu əsas gətirərək, məktəbin qarşısında etiraz aksiyası keçirirlər. Onlar direktorun məktəbdə vəzifəsinə bərpa edilməsini tələb edirlər.
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Publika.az-a açıqlamasında direktorun işdən azad olunmadığını deyib:

    Muxalifet2 - 21-09-2017

  4. ​Deputat Hacı Qalibin həbsini TƏLƏB EDİR

    Milli Məclisin üzvü Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Hacı Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.
    Bu barədə Modern.az-a açıqlama verən deputat bildirib ki, artıq vəkilləri ilə müqavilə bağlayıb, Qalib Salahzadəni məhkəməyə verərək həbsini tələb edəcək.
    Onun sözlərinə görə, Hacı Qalib mətbuata müsahibəsində şərəf və ləyaqətini təhqir edib, ona qarşı böhtan atıb:

    Muxalifet2 - 21-09-2017

  5. ​Taksi sürücüsünü boğaraq pulunu götürən şəxslərə HÖKM OXUNDU

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və soyğunçuluqda təqsirləndirilən Hüseyn Səfərzadə və Elməddin Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror H. Səfərzadənin 10 il, E. Rəhimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Muxalifet2 - 21-09-2017

  6. Kürd referendumu üzərindən ÇİRKLİ BAZARLIQ

     Yaxın şərqdə xaosun fitilini alovlandıracaq referendum ərəfəsində çirkli bir xəritə bazarlığı aparılır.
     

    Muxalifet - 21-09-2017

  7. ​İrəvan Türkiyəyə qarşı bu addıma hazırlaşır

    İrəvan Kürdüstanın müstəqilliyini referendumdan dərhal sonra tanımalıdır.
    Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində erməni ekspert Karen Ovanesyan söyləyib.
    “Kürdüstanın müstəqilliyini elan etməsi kürd hərəkatlarının oyanışında əsas ola bilər. Bu, Türkiyənin mövqeyini zəiflədəcək. Bu həmçinin Ermənistana regionda yaxşı mövqe yaradacaq”, – deyə o bildirib

    Muxalifet2 - 21-09-2017

  8. ATV-nin aparıcısı Şeyxin qudasını təhqir etdi

    "ATV səhər" proqramının aparıcısı Turan İbrahimov son dövrlər gündəmdə olan Allahşükür Paşazadə və Hacı Qalib Salahzadə haqqında yazılanlara münasibət bildirib.
     
    A24.az xəbər verir ki, canlı yayımlanan verilişində Turan İbrahimov Hacı Qalib Salahzadənin məsələlərə münasibət bildirməsini "danışdıqca batır və batırır" deyə şərh edib.

    Muxalifet - 21-09-2017

  9. MTN-in həbs etdiyi şəxsin oğlundan 50 min alan şəxs azadlığa çıxdı

    MTN-in həbs etdiyi şəxsin yaxınlarına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1966-cı il təvəllüdlü Abbasov İlham Cabir oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Hökmə əsasən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 70-ci (şərti) maddə tətbiq edilməklə 3 il sınaq müddətinə cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

    Muxalifet2 - 21-09-2017

  10. ​Jurnalist Azər Hüseynbala infarkt keçirib

    Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib.
    Bu barədə jurnalistin oğlu Turqut məlumat verib. Onun sözlərinə görə, A. Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
    Jurnalist bu gün əməliyyat olunacaq(apa).

    Muxalifet2 - 21-09-2017

  11. Azərbaycan təhsilində yeni dövr: Bu məktəb binalarını istənilən formaya salmaq olur - FOTOLAR

    Təhsil Nazirliyi tərəfindən sentyabr ayının 20-si Qəbələ və Oğuz rayonlarına mediatur təşkil edilib. Mediaturda 25 nəfərdən çox media nümayəndəsi iştirak edib. Jurnalistlər bölgədə inşa edilən yeni modul tipli məktəblərlə tanış olub.

    Muxalifet2 - 21-09-2017

  12. ADU-da köklü islahat: 18 kafedra müdiri və 2 dekan…

    Azərbaycan Dillər Universiteti boş qalan 18 kafedra müdiri və 2 dekan vəzifəsini icra etmək istəyən şəxslər üçün müsabiqə elan edib.
    Bu barədə məlumatı Axar.az-a universitetin mətbuat katibi Ağa Cəfərli verib. O bildirib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər sənədlərini Təhsil Nazirliyinin 400 nömrəli əmri ilə təsdiq edilən “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan, dekan müavini vəzifələrinin tutulması qaydaları haqqında sənəd”in tələblərinə uyğun olaraq oktyabrın 17-dək Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi, 134-ə göndərə bilərlər.

    Muxalifet2 - 21-09-2017

  13. Əli Həsənov: “Serj Sarkisyanın BMT-dəki çıxışı həyasızlıq, tərbiyəsizlikdir”

    Serj Sarkisyanın BMT-dəki çıxışı onun həyasızlığını, abırsızlığını göstərdi. Belə fikirləşirəm ki, o çıxış onun öz beyninin məhsulu deyil”.
    Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayııdın başlanğıcı-Cocuq Mərcanlı” filminin təqdimat mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışına münasibət bildirərkən deyib.

    Muxalifet2 - 21-09-2017

  14. ​“Regionda yeni münaqişələr başlana bilər” - Üç nazirdən XƏBƏRDARLIQ

    İraq, İran və Türkiyənin Xarici İşlər Nazirliyinin başçıları Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində üçtərəfli görüş keçiriblər.
    “Anadalu” agentliyi xəbər verir ki, nazirlər İbrahim əl-Cəfəri, Cavad Zərif və Mövlud Çavuşoğlu Şimali İraq kürd muxtariyyətində keçirilməsi planlaşdırılan müstəqillik referendumu ilə bağlı birgə bəyanat qəbul ediblər.

    Muxalifet2 - 21-09-2017

  15. Demokratiyanın düşməni olan ölkələr – ABŞ dövlət katibi açıqladı

    “Dünyada demokratik dövlətlər və xalqlar təhlükə altındadır”.
     
     Bu barədə ABŞ dövlət katibi Reks Tillerson Demokratiyalar İcmasının İdarəetmə Şurasının 9-cu Nazirlər İclasında bildirib.
    Amerikanın Səsi xəbər verir ki, onun fikrincə, Şərqi Asiyada Şimali Koreyanın getdikcə daha çox aqressivləşən və təcrid olunan rejimi Cənubi Koreya və Yaponiyadakı demokratik cəmiyyətləri təhdid edir və ən əsası, son zamanlarda bu təhdidləri ABŞ-a doğru genişləndirmişdir və bununla bütün dünyanı təhlükə altında qoyur.

    Muxalifet - 21-09-2017

  16. Azər Hüseynbala ürəyindən əməliyyat olundu - YENİLƏNİB

    Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib.
    Bu barədə APA-ya jurnalistin oğlu Turqut məlumat verib.
    Onun sözlərinə görə, Azər Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
    Jurnalist bu gün əməliyyat olunacaq.
    ***
    Azər Hüseynbalanın ürəyində əməliyyat artıq başa çatıb.
    Bu barədə Teleqraf.com-a jurnalistin oğlu Turqut məlumat verib.

    Muxalifet - 21-09-2017

  17. Ziya Məmmədovun məktəb direktoru olan bacısı ilə bağlı ƏSL HƏQİQƏT üzə çıxdı - VİDEO

    Keçmiş məqliyyat naziri Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın vəzifəsindən çıxarılmasının əsl səbəbi üzə çıxıb.
     
    Bununla bağlı Bilik Günündə Lider TV-də xüsusi sujet də hazırlanıb. Belə ki, Nərimanov rayonunda yerləşən “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlər daxil olub.

    Muxalifet - 21-09-2017

  18. Nalbəndyandan çarəsiz etiraf: “Bakının pulu var…”

    Azərbaycanın pulu var, ona görə də Rusiyadan silah alır.
    Axar.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan Ermənistan-Diapor Ümumerməni Forumunda çıxışı zamanı söyləyib.
    “Bu gün silah bazarı o dərəcədə qəddar bazara çevrilib ki, silah satıcıları özlərinə alıcı tapmaq üçün mübarizə aparırlar. Azərbaycanın isə pulu var”, – deyə o bildirib.

    Muxalifet2 - 21-09-2017

  19. Məhərrəmliklə bağlı tövsiyə: Mərsiyələr ucadan səsləndirilməsin

    Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır.
     
    Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası artıq Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır. Yeni Hicri 1439-cu ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabrın 22-nə təsadüf edir.
    Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

    Muxalifet - 21-09-2017

  20. Generalın məhkəməsində daha bir FAKT ÜZƏ ÇIXDI

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
    Publika.az-ın xəbərinə görə, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baş tutan prosesdə intihar edən MTN polkovniki Malik Mustafayevin epizodu üzrə Ədalət Məmmədov ifadə verib.

    Muxalifet2 - 21-09-2017

Pages