Axtarış
The search found 105779 results in 0.021 seconds.
Search results
Ərini bıçaqlayaraq öldürən qadının məhkəməsindən sonra dava düşüb
Mənim yeganə oğlumu öldürüblər...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərinin ölümünə görə təqsirləndirilən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.Muxalifet - 15-09-2017
REAL Hərəkatının qurultayı oktyabrda olacaq
Hərəkatın partiya sədrliyinə namizədi də müəyyənləşdirilib
Respublikaçı Alternativ (REAL) Hərəkatının qurultayının oktyabrın sonunda keçirilməsi planlaşdırır.
Bu barədə “Report”a hərəkatın icraçı katibi Natiq Cəfərli məlumat verib.Muxalifet - 15-09-2017
«Тельман, у тебя же были в прокуратуре свои люди» - ТЕЛЬМАН ИСМАИЛОВ СПАСАЕТ СВОЕГО БРАТА
Как сообщал ранее haqqin.az, российские следователи пришли с обысками в компанию экс-владельца Черкизовского рынка Тельмана Исмаилова. Об этом сообщил его адвокат Александр Добровинский.
Всего следственные мероприятия проводятся по 12 адресам. Повод визита силовиков — возможная причастность Тельмана Исмаилова к делу его брата — Рафика Исмаилова.Muxalifet2 - 15-09-2017
London metrosunda partlayışda 20 nəfər yaralanıb
London metrosunda baş verən partlayış zamanı çoxlu sayda insan müxtəlif yanıq xəsarətləri alıb.
APA-nın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı ən az 20 nəfərin yaralandığı deyilir.
Partlayışla əlaqədar əraziyə 58 yanğınsöndürən briqadası cəlb edilib.
Hadisənin terror olduğu ehtimal edilir.Muxalifet - 15-09-2017
ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər
ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 raketlərinə görə bu ölkəyə qarşı sanksiyalar tətbiq edə bilər.
Demokratlar partiyasının nüfuzlu senatoru Ben Kardin bununla bağlı təklif verib. Onun fikrincə, ABŞ-ın Kremlə qarşı sanksiyaları gücləndirdiyi məqamda Ankaranın bu ölkədən silah alması NATO-ya üzvlüklə doğru gəlmir.
Maliyyə naziri Stiven Mnuçin və Dövlət katibi Reks Tillersona məktub ünvanlayan senator Ankaraya silah satışının dayandırılması və NATO-ya üzvlüyü ilə bağlı müzakirələrə ehtiyac olduğunu vurğulayıb.Muxalifet - 15-09-2017
"Yol polisi dedi ki, axşam bazarıdır, hərəmizə 100 manat ver, çıx get” - ŞİKAYƏT
Ucar rayonu M.Ə.Rəsulzadə küçəsi döngə 1, mənzil 16-da yaşayan Nəsirov Rahim Ramiz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif bildirir ki, 15 sentyabr 2017-ci ildə gecə təxminən saat 01:00 radələrində Bakı-Qazax magistral yolunun Ucar rayon Bağırbəyli kənd əraisindən özünə məxsus Vaz-21011 markalı 21 BB 975 dövlət nömrə nişanlı avtomobili ilə hərəkət edən zaman yol polisləri qanunsuz olaraq onu saxlayıb: “Avtomobilimi əlimdən alıb naməlum istiqamətdə apardılar. Bu, açıq-aşkar quldurluq hərəkətləridir ki, Dövlət Yol Polisləri törədiblər.
Muxalifet2 - 15-09-2017
UEFA reytinqi: "Qarabağ" "Milan"dan öndə
UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Oxu.az xəbər verir ki, siyahıda Azərbaycanın da 7 klubu yer alıb. Bunlar “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran”dır.
Cədvəldə ən yaxşı göstərici “Qarabağ”dadır. Ağdam təmsilçisi 18,500 xalla 67-ci pillədə qərarlaşıb. “Qəbələ” 5,250 xalla 184-cü sıraya düşüb. Qalan 5 klubumuz isə 241-ci sıranı bölüşürlər. “Neftçi”nin hesabında 3,250, “İnter”in hesabında 2,500, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran”da isə 0,500 reytinq xalı var.Muxalifet - 15-09-2017
Bu gün Vasif Talıbovun oğlunun toyudur
Bu gün Bakıdakı “Buta Palace”da Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçiriləcək.
Bizimyol.info xəbər verir ki, V. Talıbov bir müddət əvvəl Nax MR-in daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək.Muxalifet - 15-09-2017
“Nar” yeni “HD-Voice” yüksəkkeyfiyyətli səs ötürmə texnologiyasını təqdim etdi
“Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etdi. Bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir və mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır.
Muxalifet2 - 15-09-2017
Faiq Əmirli gözlənilməz azadlıq qərarı barədə: "Qızlarım üçün darıxırdım"
"Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirli sentyabrın 15-də Bakı Apellyasiya məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.
O, verilmiş cəzanın 2 il 3 ayını şərti azadlıqda keçirəcək.
"Sevincimin həddi-hüdudu yoxdur", yenicə şərti azadlığa çıxmış Faiq Əmirli BBC Azərbaycancaya deyib.
Faiq Əmirli Səbail rayon məhkəməsinin qərarilə 3 il 3 ay müddətinə həbs edilmişdi. Əmirliyə "Gülençiliklə" bağlı ittihamla əlaqədar 3 il, "vergidən yayınma" ilə əlaqədar maddə görə isə 3 ay həbs cəzası verilmişdi. Faiq Əmirli bu ittihamları rədd edib.Muxalifet - 15-09-2017
В США методы «цветных революций» расценивают как терроризм
“İnsanlar çox biganələşib” – Elçin Şıxlı
“Ayna-Zerkalo” qəzetinin təsisçisi Elçin Şıxlı teleqraf.com-a müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Elçin bəy, Azərbaycan saz sənətinin dərin ozanlarından Aşıq Ədalət vəfat edib...Muxalifet - 15-09-2017
Masazır məktəbində səsləndirilən musiqi Fikrət Əmirovun deyilmiş – ERMƏNİ BƏSTƏSİYMİŞ
Məktəbin təşkilatçı müəllimi “Bilik Günü” tədbiri üçün rəqs nümünəsi hazırlayıb və ona yardımçı olan sinif rəhbərlərindən biri rəqs üçün Yutubda Fikrət Əmirovun “Qarabağ inciləri” adı ilə verilmiş musiqidən istifadə edib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Masazır qəsəbəsi 3 saylı tam orta məktəbin Uşaq birliyinin rəhbəri Elnarə İsmayılova bildirib.
Onun sözlərinə görə, musiqinin ermənilərin olduğunu bilməyib:
“Çünki mahnının adı Fikrət Əmirovun “Qarabağ inciləri” kimi qeyd olunmuşdu. Mətbuatda gedən xəbərlərdən də məlumatlıyıq”.Muxalifet - 15-09-2017
Ziyalılardan Fazil Mustafaya etiraz: Biz slavyan mədəniyyətinin daşıyıcısı deyilik
Bu ölkədə yaşayan azsaylı xalqlar da daxil olmaqla, bütün vətəndaşlarımız onlara doğma olan Azərbaycan mədəniyyətinin daşıyıcısıdır.
Bu sözləri xalq şairi, Azərbaycan Dil Qurumu İctimai Birliyinin rəhbəri Sabir Rüstəmxanlı millət vəkili Fazil Mustafanın “Biz həm də slavyan mədəniyyətinin daşıyıcısıyıq” sözləri haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, slavyanların, gürcülərin formalaşmasında türklərin böyük rolu olub:Muxalifet - 15-09-2017
ABŞ diplomatı Donbasda sülhməramlıların yerləşdirilməsinə etiraz etdi
Donbasa sülhməramlılar yeridilərsə Rusiyanın Ukraynaya təsir imkanları daha da güclənəcək.
Bu barədə ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton danışıb.Muxalifet - 15-09-2017
Türkman lider “kürd dövləti” oyununun sirrini açdı
Kürdlərin referendum tələbləri bundan sonra da davam etsə, Kərkükə müdaxilə qaçılmaz olacaq.
Bunu “Habertürk”ə açıqlamasında İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi söyləyib.
“Kərkük valisi Nəcməddin Kərimin vəzifəsindən azad edilməsinin referendumla əlaqəsi yoxdur. Bu, valinin korrupsiyaya bulaşması ilə əlaqədardır. Artıq peşmərgənin Kərkükdə sayı artırılır. Türkman və ərəblərə təzyiqlər artırılır. Bəzi silahlı PKK-çılar artıq hava limanına da yerləşdirilib.Muxalifet - 15-09-2017
Türkiyədən Bərzaniyə çağırış: Bu xətadan dönün...
Türkiyənin Baş naziri Binəli Yıldırım İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzanini gec olmadan referendum qərarını ləğv etməyə çağırıb.
Baş nazir müstəqillik barədə referendumun bölgədə yeni bir münaqişənin yaranmasına gətirib çıxaracağını bildirib.Muxalifet - 15-09-2017
Saakaşvili Xersona getdi
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Xersona gedib.
RİA Novost bildirir ki, bu barədə siyasətçinin lideri olduğu "Yeni Qüvvələr Hərəkatı" partiyasının mətbuat xidmətindən məlumat veriblər.
Ukrayna şəhərlərini gəzməkdə onun məqsədi özünə əlavə tərəfdarlar toplamaqdır.
Partiyadan onu da əlavə ediblər ki, Saakaşvili 19 sentyabrda Kiyevə baş çəkmək niyyətini bir daha təsdiq edib.Muxalifet - 15-09-2017
Türkiyə təyyarələri Azərbaycana gətirildi - VİDEO
“TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə hərbi aviasiyasının növbəti qrupu Azərbaycana gəlib.
Sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.
Aviasiya vasitələrinin gəlişi davam edir./teleqraf.comMuxalifet - 15-09-2017
"Rusiya Avropanı parçalamaq istəyir" - ABŞ generalı
Rusiya Qərb-2017 hərbi təlimini keçirməklə ABŞ və NATO-ya müharibəyə hazır olduğunu göstərməyə çalışır.
Bunu jurnalistlərə açıqlamasında amerikalı general Cek Kin söyləyib. O, Rusiyanın həm də ABŞ və NATO-nu zəiflətmək istədiyini bildirib:
“Bu təlim hər dörd ildən bir keçirilir. Son dəfə bu təlim olanda Rusiya Gürcüstan ərazisinə daxil oldu. 2014-cü ildə isə onlar Donbasa girdi, Krımı anneksiya etdi. Rusiya belə təlimlər vasitəsilə NATO-nu zəiflədib, Avropanı parçalamaq istəyir”./axar.azMuxalifet - 15-09-2017