ABŞ diplomatı Donbasda sülhməramlıların yerləşdirilməsinə etiraz etdi

Donbasa sülhməramlılar yeridilərsə Rusiyanın Ukraynaya təsir imkanları daha da güclənəcək.
 
Bu barədə ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton danışıb.
“Sülhməramlı yeritmək fikri pis ideyadır. Niyə Rusiyanın Ukrayanın işlərinə daha çox qarışmasını istəyirsiniz? Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və onun razılığı olmadığı halda sülhməramlılar ətrafında heç nə baş verə bilməz. Rusiya onlara təsir göstərəcək. Sülhməramlılar münaqişələri həll etmir, sadəcə olaraq onu dondurur. Əgər siz Donbasın onu idarə edənlərin əlində həmişəlik qalmasını istəyirsinizsə, onda ora sülhməramlı göndərin”, - Bolton bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də Donbasa sülhməramlı göndərilməsi fikrini dəstəklədiyini açıqlamışdı.