Axtarış
The search found 105779 results in 0.027 seconds.
Search results
Ukraynada daha bir azərbaycanlı iş adamının övladı oğurlandı
Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamı Elşən Bağırovun 21 yaşlı oğlu naməlum şəxslər tərəfindən oğurlanıb.
Report xəbər verir ki, Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində yaşayan azərbaycanlı iş adamının oğlu Xarkova dostları ilə gəzməyə gələrkən oğurlanıb.
İş adamından oğlunun azad olunması üçün külli miqdarda pul tələb olunur. E. Bağırov Donetsk və Xarkovda bir neçə restoranın sahibidir.Muxalifet - 15-09-2017
Azərbaycan iqtisadiyyatında geriləmə dərinləşib
Bu ilin yanvar-avqust aylarında ölkədə 43,713 mlrd. manatlıq ÜDM istehsal olunub
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 43 713,2 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azdır.
Xatırladaq ki, 2017-ci ilin yanvar-iyul aylarının yekununda iqtisadiyyatdakı geriləmə 1% təşkil edib. Başqa sözlə, ÜDM-də azalma səviyyəsi artıb.
Hesabat dövründə əhalinin adambaşına düşən ÜDM-in həcmi isə 2,1% azalaraq 4 498 manat təşkil edib.Muxalifet - 15-09-2017
Elçin İsmayıllı məhkəmədə son söz deyib
Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəmə prosesi keçirilib.
Vəkillər Elçin Sadıqov və İslam İsmayılov müdafiə çıxışında işin qurama və sifarişli olduğunu bildirərək bəraət hökmü çıxarılmasını istəyib.
Elçin İsmayıllı da məhkəmədə son söz deyib. O həbsinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu, yerli hakimiyyət orqanlarının qanunsuz fəaliyyətindən yazdığı məqalələri ilə bağlı olduğyunu deyib. Jurnalist cinayət işinə bəraətedici əsaslarla xitam verilməsini istəyib.Muxalifet - 15-09-2017
"Qarabağ"ı qrupda Kollina saxlayıb? — SENSASİON İDDİA
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna - Türkiyə (2:0) matçı ətrafındakı söz-söhbətlər səngimək bilmir.
Apasport.az xəbər verir ki, tanınmış idman yazarı Meriç Müldür həmin qarşılaşmadakı hakim səhvlərinin təsadüf olmadığını yazıb.
O, ukraynalıların vurduğu hər iki qoldakı kobud hakim səhvlərini FİFA Hakimlər Komitəsinin sədri və UEFA-da hakimlərin təyinatına məsul şəxs olan Pyerluici Kollina ilə əlaqələndirib. Müldür Ukrayna klublarının artıq neçə ildir, hakimlərin sayəsində uğur qazandıqlarını vurğulayıb.Muxalifet - 15-09-2017
Siyavuş Kərimi məşhur xanəndəni işdən çıxardı - Müəllimlər etiraz edir
Azərbaycan Milli Konservatoriyasında ixtisarlar başlayıb.
Ölkə.az-ın məlumatına görə, ötən gün keçirilən iclasda üç nəfər xanəndə-pedaqoq işdən azad edilib. Qeyd edilir ki, işdən azad olunan müəllimlər sırasında tanınmış xanəndə, əməkdar artist Cabir Abdullayevin də adı var.
Məlumata görə, ixtisara düşən bəzi müəllimlər qərara etiraz etsələr də, rektor Siyavuş Kərimi tələbələrin fikrini onlara çatdırıb:Muxalifet - 15-09-2017
Mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Əliyev Sabir Məhərrəm oğlu
“Əməkdar artist”
Əliyeva Tamilla Əliyevna
İbrahimov Əliəhməd Mikayıl oğlu
Məhərrəmov Vasif Məmmədəli oğlu
Məlikov Nadir Adil oğlu
Məmmədov Rafiq Əsgər oğlu
Novruzov Əfsər Dilavər oğluMuxalifet - 15-09-2017
Советник Трампа: Путин сначала проиграет на Донбассе, а потом и в Крыму
Россия будет вынуждена уйти из Украины, считает спикер Палаты представителей Конгресса США
Изоляция России будет только нарастать, после чего Москва не выдержит и через 3-5 лет российские военные выйдут из Украины. Об этом заявил во время выступления на ежегодной конференции Ялтинская европейская стратегия (YES) в Киеве 50-й спикер Палаты представителей Конгресса США, внештатный советник американского президента Ньют Гингрич, сообщает пресс-служба форума.
По его мнению, дальнейшие перспективы России выглядят весьма мрачными.Muxalifet - 15-09-2017
AŞPA həmməruzəçiləri Turan agentliyində olub
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şenak və Florin Preda sentyabrın 14-də Turan İnformasiya Agentliyinin ofisində olub, qurumun rəhbəri, sentyabrın 11-də həbsdən azad edilmiş Mehman Əliyevlə görüşüb.
"Vergilər Nazirliyi tərəfindən Turan-a qarşı araşdırmanın başlanıldığı ilk günlərdən biz Azərbaycanda müstəqil və səhih informasiya mənbəyi hesab olunan agentliyə dəstəyimizi ifadə etmişik", Stefan Şenak bildirib.Muxalifet - 15-09-2017
Məsud Bərzani referendumun keçirilməsində israrlıdır
İraq Kürdistanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani heç nəyə baxmayaraq, sentyabrın 25-də referendumun baş tutacağını açıqlayıb.
“Rudaw” xəbər verir ki, Duhok bölgəsinin Amedi qəsəbəsində referendumla bağlı dəstək tədbiri keçirilib.
M.Bərzani kürd xalqını heç kəsi dinləməməyə çağırıb: “Kənardakılar deyil, yalnız Kürdüstan xalqı referenduma qanunilik qazandıracaq, Bu səbəbdən heç kəsin sözünü dinləməyin, referenduma gedirik”.Muxalifet - 15-09-2017
Ermənistan ordusunun polkovniki 3.5 milyon dollara ev alıb
Ermənistan Müdafiə Nazirliyinin polkovniki Norayr Yolçyanın adı korrupsiya qalmaqalında hallanır.
Teleqraf.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, Norayr Yolçyan Yerevanın mərkəzində 3.5 milyon dollara mənzil alıb. Bu isə ölkənin ordusunda korrupsiyanın səviyyəsinin göstəricisi kimi qəbul edilir.
Prezident Serj Sarqsyanın yaxın adamı sayılan polkovnik Norayr Yolçyan yazılanları böhtan adlandırsa da, jurnalistlər ortaya təkzibedilməz faktlar qoyublar.Muxalifet - 15-09-2017
“Toyota” səkiyə çırpıldı: 4 və 6 yaşlı iki qardaş öldü - KÜRDƏMİRDƏ
Kürdəmirdə 2 qardaşın ölümü, 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar-Kürdəmir sərhədində qeydə alınıb.Muxalifet - 15-09-2017
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür etdilər
Hüquq müdafiəçiləri bir qrup şəxsin azad olunması ilə əlaqədar bəyanat yayıblar.
Muxalifet2 - 15-09-2017
"Real"ın builki qazancı açıqlandı
İspaniyanın “Real” futbol klubunun 2016/2017 mövsümü üçün qazancı açıqlanıb.
Muxalifet.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmi saytında yer alan maliyyə hesabatında “Kral klubu”nun 674,6 milyon avro əldə etdiyi bildirilir. Bu isə 2015/2016 mövsümü ilə müqayisədə 8,8 faiz çoxdur (620,1 milyon).
Bütün vergi öhdəlikləri yerinə yetirildikdən və digər xərcləri çıxdıqdan sonra klubun xalis mənfəəti 21,4 milyon avro təşkil edib. “Real”ın ümumi borcu isə 10,3 milyon avrodur.Muxalifet2 - 15-09-2017
4 milyard xərclənən kosmik gəmi yerə çırpıldı
NASA Saturnu araşdıran kosmik gəmi "Cassini-Huygens"in planetin atmosferi ilə toqquşması və məhv olması barədə məlumat yayıb.
Qaynarinfo xəbər verir ki, 13 ildir Saturnun ətrafında fırlanan və məlumatlar ötürən kosmik gəmi 120 km sürətlə atmosferə çırpılıb və son anda əldə etdiyi məlumatları yerə göndərib.
1997-ci ildə kosmosa göndərilən gəmi 2004-cü ildə Saturna çatmış, Saturn və Yupiteri araşdırmaq məqsədilə istifadə edilmişdi. "Cassini-Huygens" hər gün fotolar çəkir və məlumatlar göndərirdi.
Qeyd edək ki, kosmik gəmiyə bu günə qədər 4 milyard dollar xərclənib.Muxalifet2 - 15-09-2017
"ABŞ-ın ən güclü silahları Rusiyaya görə dəyərini itirib" – RUSİYA MEDİASI
ABŞ-ın ən güclü silahları Rusiya və Çinə görə dəyərini itirib.
Bu barədə Rusiyanın hərbi televiziyası "Zvezda" məlumat yayıb.
"Zvezda" qeyd edir ki, ABŞ-ın güclü və bahalı silahları Rusiya və Çinin istehsal etdiyi ucuz silahlara görə dəyərini itirib.
Məlumatda qeyd edilir ki, 3,9 milyard dollar olan İngiltərənin təyyarə gəmisinin məhv edilməsi üçün 650 min dollar dəyərində olan cəmi 10 ədəd raket yetərlidir(apa).Muxalifet2 - 15-09-2017
Aşıq Ədalətin dəfnində molladan əvvəl Saz… - VİDEO
Dünən dünyasını dəyişən Aşıq Ədalətin dəfn mərasimində maraqlı anlar yaşanıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Mədəniyyət Evində keçirilən vida mərasimindən sonra aşığın cənazəsi Ağköynək kənd qəbiristanlığına gətirilib və ustad aşıq saz sədaları altında torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, görkəmli aşığın ailə üzvləri iştirak edib.Muxalifet2 - 15-09-2017
Azərbaycanlı oliqarxın oğlu birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb - SENSASİON KADRLAR
Bir vaxtlar milyardların və fantasitk dəbdəbənin içərsində üzən azərbaycanlı oliqarx Telman İsmayılovla bağlı qalmaqallar bitmək bilmir. Virtualaz.org xəbər verir ki, ötən gün Moskvada Telman İsmayılova məxsus 12 obyektdə axtarışın aparılmasından və onun adının qardaşının sifariş etdiyi deyilən qətllərdə hallandırılmasından sonra bu dəfə biznesmenin oğlu ilə bağlı sensasion fakt üzə çıxıb. “360” telekanalı xəbər verir ki, Telman İsmayılovun oğlu Sərxan neçə ildir vətəndaş nigahında birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb, onlara sahib durmur.
Muxalifet2 - 15-09-2017
Azarkeşlər Azərbaycan – Çexiya matçının biletlərini yarı qiymətə ala bilərlər
Bakı Olimpiya Stadionunda senytabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Roma” və oktyabrın 5-də dünya çempionatının seçmə qrup mərhələsinin Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və “Qarabağ” Futbol Klubu birgə layihə həyata keçirəcək.
Muxalifet2 - 15-09-2017
Azərbaycan nazirinin oğlu Türkiyədə dünyasını dəyişdi
Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib. Bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib.
Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.
Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.
Muxalifet2 - 15-09-2017
41 yaşlı qadını avtomobil vurub - BAKIDA
Bakıda qadını avtomobil vurub.
Hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Sadıqova Lamiyə İdeal qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.
Həkimlər L.Sadıqovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 16-09-2017