Axtarış

The search found 105779 results in 0.028 seconds.

Search results

  1. ABŞ İrana qarşı sanksiyaların ləğvi müddətini üç ay uzadıb

    Vaşinqton nüvə sazişinə riayət etməklə bağlı hələ qəti qərar qəbul etməyib
     
    Vaşinqton nüvə proqramı üzrə razılaşmaya müvafiq olaraq İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması rejiminin müddətini üç ay uzatmaq barədə qərar qəbul edib.
    Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert məlumat verib.
    "Administrasiya qərarların qəbul edilməsində müəyyən çevikliyi qorumaq üçün sanksiyaların aradan qaldırılması rejimini təsdiq edib", - deyə Noyert bildirib.

    Muxalifet - 15-09-2017

  2. «Советская система все еще живет» - Игорь Чубайс

    «Никакого либерализма в России не было и нет, а была просто имитация каких-то либеральных движений», - считает историк и философ Игорь Чубайс, брат небезызвестного Анатолия Чубайса, российского политического и хозяйственного деятеля.
    В беседе с haqqin.az Чубайс-старший весьма скептически отзывался о нынешнем общественно-политическом укладе постсоветских республик.

    Muxalifet2 - 15-09-2017

  3. Hacıqabulda avtomobil ər və arvadı vurub öldürüb

    Hacıqabulda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə baş verib. Ağcabədi sakini Məmmədov Əhədin idarə etdiyi  99 XA 337 dövlət nömrə nişanlı "İnfiniti" markalı avtomobil yolu keçən iki piyadanı vurub.
    Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Hacıqabul sakinləri 1961-ci il təvəllüdlü Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Əliyeva Rəqiyyə Əziz qızı hadisə yerində keçiniblər.

    Muxalifet - 15-09-2017

  4. ​Milli Şura sentyabrın 23-də mitinq keçirəcək

    Milli Şura sentyabrın 23-də saat 15-dən 17-dək İnaşaatçılar metrosunun yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.
    AXCP sədri Əli Kərimli bildirib ki, mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.
    Milli Şura Baş Prokurorluqdankorrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını tələb edib.

    Muxalifet2 - 15-09-2017

  5. "Bakcell" bəzi tariflərə dəyişiklik edib

    "Bakcell" MMC abunəçilərinə müraciət edib.
     

    Muxalifet - 15-09-2017

  6. Rohinca qaçqınları acınacaqlı vəziyyətdədir – VİDEO

    Banqladeşin yardım agentliklərinin gücü tükənmək üzrədir. Lakin Raxin ştatında üç həftədir davam edən qanlı münaqişə və humanitar böhran isə vəziyyətin dəyişəcəyinə heç bir işarə olmadığını göstərir
     

    Muxalifet2 - 15-09-2017

  7. Türkiyə Avropa İttifaqı ilə sammit keçirmək niyyətindədir

    Ankara Avropa İttifaqına üzvlük məsələsində irəliləyişə nail olmaq və ikitərəfli münasibətlərin möhkəmləndirmək məqsədilə Aİ-yə sammit keçirməyi təklif edib.
     
    “Röyters”-in verdiyi xəbərə görə, bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik bildirib. 
     “Türkiyə Aİ-nin tamhüquqlu üzvü olmaq məqsədindən imtina etməyib, biz irəliləmək üçün addımlar atmağa hazırıq”, - deyə Çelik qeyd edib.

    Muxalifet - 15-09-2017

  8. Военные обратились к Микаилу Джаббарову: «Это вопрос нацбезопасности!»

    Азербайджанский эксперт, ветеран карабахской войны полковник-лейтенант Абузер Абилов направил обращение министру образования страны Микаилу Джаббарову, которое поддержали многие военные специалисты. Абузер Абилов указал на плачевное состояние такого предмета в школах, как начальная военная подготовка (НВП). И это при том, что Азербайджан находится фактически в состоянии войны.

    Muxalifet2 - 15-09-2017

  9. "Saakaşvili Ukraynanın prezidenti ola bilməz" - Zərdüşt Əlizadə

    Mixail Saakaşvilinin Ukrayndada hakimiyyətə gəlməsi ehtimalı yoxdur. Hər halda mən bunu yüksək ehtimal saymıram. Ukrayna Konstitusiyasına görə, Saakaşvilinin bu dövlətin prezidenti və ya deputatı olmaq hüququ yoxdur.
     
    Bu fikirləri Teleqraf.com-a Mixail Saakaşvilinin Ukraynada hakimiyyətə iddialı olmasını şərh edən politoloq Zərdüş Əlizadə deyib.

    Muxalifet - 15-09-2017

  10. Feysbuk yeni proqramın sınaqlarına başladı

    Feysbuk şirkəti videozənglər üçün “Bonfire” əlavəsinin sınaqlarına başlayıb.
     
     “ICTnews” xəbər verir ki, yeni servis istifadəçiləri video ünsiyyət qruplarında danışa, Snapçat üslubunda üzlərini maskalaya, eləcə də İnstaqram, Feysbuk və Messencer vasitəsilə ekrandan çəkilən şəkilləri (skrenşot) mübadilə edə bilərlər.

    Muxalifet - 15-09-2017

  11. Şehiçin cəzalandırılması ilə bağlı "Qarabağ"dan AÇIQLAMA - YENİLƏNDİ

    Bununla əlaqədar olaraq klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq.
    N.İbrahimovun verdiyi məlumata görə, cəzalandırma barədə yayılan informasiyalar tamamilə absurddur:
    “Komandanın heyəti hələ 3-cü gün ölkəyə ayaq basıb. Dünən isə yüngül məşqlərə başlayıb. Bizim Şehiçi cəzalandırmağa heç vaxtımız olmayıb. Şehiç əvvəlki kimi əsas heyətdə məşqlərinə davam edir”(Publika.az).

    *** 09:58
    Qurban Qurbanov qapıçı Şehiçi CƏZALANDIRDI

    Muxalifet - 15-09-2017

  12. İran və Türkiyə kürdlərə qarşı birləşir - GENERALLAR RAZILAŞDI

    Türkiyənin Baş Qərargah rəisi Hülusi Akar ilə İranın Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri arasında telefon danışığı olub.
     
    Hər iki general telefon danışığı zamanı İraq Kürd Muxtar Vilayətində müstəqillik referendumunun neqativ nəticələrə səbəb olacağını bildiriblər. Baqiri və Akara bu referendumun region əhalisinin maraqlarına da mənfi təsir edəcəyini vurğulayıblar. Hər iki ölkə referenduma qarşı müqavimət göstərmək üçün fəaliyyətlərin koordinasiyası haqqında razılaşıblar.

    Muxalifet - 15-09-2017

  13. “Ağrı dağını Ermənistana qaytaracağıq” - Jirinovski

    Rusiya Liberal Demokrat Partiyası Ağrı dağının Ermənistanın tərkibinə qayıtması üçün liderliyi öz əlinə alacaq.
     
    Bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Moskvada erməni malları yarmarkasının açılışı zamanı söyləyib. Onun sözlərinə görə, Liberal Demokrat Partiyası Rusiya və Ermənistan arasında dəmiryolu xəttinin bərpa etmək niyyətində olduğunu bildirib:

    Muxalifet - 15-09-2017

  14. “Ermənilər Avropada Azərbaycan adı ilə yaşayır” - Zoqrabyan

    Azərbaycan və Gürcüstandan fərqli olaraq Avropaya daha çox sayda erməni vətəndaşı gedir.
     
    Bunu Ermənistan mətbuatına açıqlamasında erməni deputat Naira Zoqrabyan söyləyib. Onun sözlərinə görə, ermənilər qaçqın statusu almaq üçün ölkəni tərk edirlər:

    Muxalifet - 15-09-2017

  15. AST Telmana daha bir şok: Maşını müsadirə edildi

    Borca görə maşını əlindən alındı
     
     “Mardan Palace”ın sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxanın lüks avtomobili bir şirkət tərəfindən müsadirə edilib.
    Türkiyə KİV xəbər verir ki, iş adamının oğlunun 465 min lirə borcu qarşılığında maşına müsadirə qərarı çıxarılıb. 
    Məşhur otelin baş direktoru Selçuk Şentepe də borcları ilə əlaqədar olaraq çətin günlər yaşadıqlarını etiraf edib. 

    Muxalifet - 15-09-2017

  16. ​60 yaşlı Mehmet Əli Ərbil qız üstündə işdən qovuldu

    Mehmet Əli Ərbil qız üstündə işdən qovulub.
    Türkiyə mətbuatı xəbər verir ki, məşhur şoumen Mehmet Əli Ərbil "Türk malı" serialının çəkilişlərində assistent qızdan xoşu gəlib və ona sevgi mesajları yazmağa başlayıb. Ancaq qız Ərbilin bu mesajlarına cavab verməyib. Mehmet Əli Ərbil serial rəhbərliyinə gedərək "Bu qızı işdən qovun" deyib. Ancaq film şirkəti assistenti işdən çıxarmayacaqlarını deyib.
    Film rəhbərləri vəziyyəti "Star Tv"də vəzifəli şəxslərə çatdırıb. Bundan sonra şirkət Mehmet Əli Ərbili işdən çıxartmağa qərar verib. Onun yerinə isə Hamdi Alkan keçib.

    Muxalifet2 - 15-09-2017

  17. "Kanal 13"ün direktorunun cinayət işi məhkəməyə göndərilib

    İşə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq
     
    "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib.
    Bu barədə "Report"a onun vəkili Cavad Cavadov məlumat verib.
    Onun sözlərinə görə, işə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

    Muxalifet - 15-09-2017

  18. “Ermənistan ordusu döyüş qabiliyyətini ancaq Rusiyanın hesabına saxlayır” - Erməni deputat

    Napoleon Əzizyan: “Bu cür məhdud büdcə şəraitində döyüş qabiliyyətli ordumuzun olmasında Rusiya faktoru əsas rol oynayır”
     
    “Ermənistan ordusu döyüş qabiliyyətini ancaq Rusiyanın hesabına saxlayır”.
    Bunu Ermənistanın "News.am" saytına müsahibəsində “Tsarukyan” blokundan deputat Napoleon Əzizyan bildirib.

    Muxalifet - 15-09-2017

  19. "Şimali Koreyanı məhv etməyə hazırıq" - Cənubi Koreya

    Cənubi Koreyanın prezidenti Çje İn Mun yeni açıqlama ilə çıxış edib.
     
    Prezidentin bəyanatına əsasən, rəsmi Pxenyanın təxribatlarına görə Şimali Koreya hökuməti ilə dialoq aparmaq mümkünsüzdür. Onun fikrinə əsasən vəziyyəti ancaq sanksiyalar dəyişə bilər.
     Mun eyni zamanda bildirib ki, aqressiyaya cavab olar Cənubi Koreya ordusu Şimali Koreyanı məhv etməyə hazırdır. Bununla yanaşı rəsmi Seul müdafiə gücünü artırmağa davam edir.

    Muxalifet - 15-09-2017

  20. Hollandiyada növbəti FETÖ-çu güllələndi

    Hollandiyada FETÖ terror təşkilatının iş adamlarına qarşı hücumlar davam edir.
     
    Hollandiyada fəaliyyət göstərən HFC-nin (Halal Fried Chicken) sahibi güllələnib. Hadisə 11 sentyabr axşam saatlarında baş verib. Bədənindən və başından güllə yarası ilə xəstəxanaya çatdırılan Ali Ekrem Kaynakın həyatını xilas etmək mümkün olmayıb. Onun HFC-nin sahibi olduğu bildirilib.

    Muxalifet - 15-09-2017

Pages