Axtarış
The search found 105779 results in 0.038 seconds.
Search results
Bakı tıxacda “boğulur”: “Sabahdan problem qismən aradan qalxacaq” - REPORTAJ, FOTOLAR
Son günlər paytaxt Bakının tıxac problemi ciddi problemə çevrilib. Daha çox axşam saatlarında dəhşətli tıxaclar yaranır və dəqiqələrlə, bəzən yarım saatdan çox yolların açılmasını gözləyirik. Özü də bu cür vəziyyət dərs ili başlamamış baş verir. Görünür bizi qabaqda daha dəhşətli tıxaclar gözləyir.
Muxalifet2 - 14-09-2017
Военные новости: к чему приведет объявление независимости Курдистаном?
До проведения референдума о независимости Курдистана в Ираке осталось менее двух недель. Бюллетени напечатаны, и все готово к эпохальному событию 25 сентября. Вопрос будет звучать так: «Вы хотите, чтобы Иракский Курдистан и курдские территории вне Иракского Курдистана стали независимым государством?» В январе 2005 года в ходе неофициального референдума о независимости 98% населения Иракского Курдистана высказалось за независимость. Итоги голосования в этот раз тоже не вызывают никакого сомнения.
Внутренние разногласия
Muxalifet2 - 14-09-2017
Dünyanın ən gənc naziri - REKORD
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gənclərin işləri üzrə naziri Şamma bint Süheyl Faris Al Mazruinin adı dünyada ən gənc nazir kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. BƏƏ KİV-lərinin verdiyi məlumata görə, 22 yaşlı Şamma bint Süheyl Faris Al Mazrui bu vəzifəyə 2016-cı ilin fevral ayında BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay hökmdarı şeyx Məhəmməd bin Rəşid Al Maktum tərəfindən təyin edilib.
Muxalifet2 - 14-09-2017
Bu gün Bilik günüdür - 46 MİNDƏN ÇOX UŞAQ MƏKTƏBLİ OLUR
Bu gün Azərbaycanda yeni tədris ili başlanır.
Muxalifet.az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, bu il “Ümumi təhsildə keyfiyyət ili” elan edilib.
Respublika məktəblərində bütün siniflər üzrə şagirdlərin sayı 1.445.049 nəfərdir. Yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 395 773 şagird təhsil alacaq.
Ölkə üzrə 164 945 nəfər şagird I sinfə gedəcək. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinifdə 46 000-dən çox uşağın təhsil alacağı gözlənilir.Muxalifet2 - 15-09-2017
17 yaşlı yeniyetmə bıçaqlandı - XIRDALANDA
Xırdalanda bıçaqlanma hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, insident “Səmayə” şadlıq sarayı qarşısında baş verib. 1999 təvəllüdlü Köçərli Elnur Emin oğlu bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alaraq, 1 saylı xəstəxanaya yerləşdirilib.
Abşeron polisi faktla bağlı araşdırma aparır.Muxalifet2 - 15-09-2017
Xızıda 5 365 ədəd hərbi sursat aşkarlandı – PARTLAYIŞ SONRASI
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
Muxalifet2 - 15-09-2017
“Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edirəm” - TİLLERSON
ABŞ dövlət katibi Reks Tillerson Rusiya ilə münasibətlərin yaxşılaşacağına, Suriya böhranının nizamlanacağına və Koreya yarımadasında sülhün bərqərar olacağına ümid etdiyini bəyan edib.
Muxalifet2 - 15-09-2017
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq etdi
ABŞ İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
“Bu tədbirlər kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş hökumətin 13382 saylı sərəncamına uyğun olaraq görülüb”, - deyə sənəddə bildirilir.
Sanksiya siyahısına daxil edilən fiziki şəxslər və şirkətlər İranın ballistik proqramına maliyyə, texnoloji və digər dəstək göstərməkdə, habelə kibercinayətlərdə ittiham olunurlar.Muxalifet2 - 15-09-2017
Özünü 9-cu mərtəbədən yerə atdı – BAKIDA DƏHŞƏTLİ İNTİHAR
Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.
Belə ki, Yeni Yasamal yaşayış massivinin ərazisində 1973-cü il təvəllüdlü Ağayev Sübhi Adil oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. O, hadisə yerində keçinib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb(report).Muxalifet2 - 15-09-2017
"Financial Times"ın əməkdaşını timsah parçaladı
Şri-Lanka cəngəlliklərində "Financial Times"ın jurnalisti Pol Makkleynin axtarışları gedir.
"Report" xəbər verir ki, bu barədə "The Daily Mail" nəşrinin məlumatında bildirilir.
İnsident Timsah dağı körfəzi ərazisində baş verib. İlkin məlumatlara görə, Amerika nəşrinin sörfinqlə ciddi maraqlanan müxbiri əllərini yumaq üçün tualetə gedən zaman itkin düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, onu timsah aparıb. Onlar müxbirin kömək çağırdığını eşidiblər.Muxalifet2 - 15-09-2017
Əlyar Ağayev Avropa Liqasının oyununu idarə etdi
Ötən gün 2017/2018-ci illər mövsümündə futbol üzrə Avropa Liqası oyunlarına start verilib.
Baş tutan 24 matçdan birini azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.
Onun "İ" qrupu çərçivəsində fit sahibi olduğu "Viktoriya Gimaraeş" (Portuqaliya) - "Zalsburq" (Avstriya) matçı 1:1 hesabı ilə başa çatıb.
Gimaraeş şəhərinin "Dom Afonso Enrikes" stadionunda keçirilən qarşılaşmada Ə.Ağayev 84-cü dəqiqədə meydana daxil olan "Zalsburq"un futbolçusu Lyaytqebə 90+4-cü dəqiqədə sarı vərəqə göstərib.Muxalifet2 - 15-09-2017
Bakıda 40 yaşlı kişini maşın vurdu
Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, minik avtomobili 40 yaşlı Qədirov Qədir Mehbalı oğlunu Ramana qəsəbəsində piyadalar üçün müəyyən edilməmiş yerdən keçəndə vurub.
Xəsarət alan şəxs "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır(report).Muxalifet2 - 15-09-2017
Ər və arvadı sakitləşdirmək istəyən qonşu öldürüldü
Sentyabrın 14-də axşam saatlarında Astara rayonunun Ərçivan kəndində qətl törədilib.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
Yerli sakinlərin bildirdiklərinə görə, 1969-cu il təvəllüdlü Rəhimov Əfqan Tariel oğlu ailə münaqişəsi zəminində 1968-ci il təvəllüdlü həyat yoldaşı Rəhimova Xanım Yədullah qızı ilə mübahisə edib. Bu zaman səsə qonşuluqda yaşayan 1985-ci il təvəllüdlü Kərimov Ağarəhim Əbdülrəhim oğlu gəlib. Oğlan ər və arvadı sakitləşdirmək istəyərkən kişi əvvəlcə qadını, daha sonra Ə.Rəhimovu bıçaqlayıb.Muxalifet2 - 15-09-2017
Bakı metrosunda pulsuz konsert veriləcək
Bakı Metropoliteni QSC Üzeyir Hacıbəyovun doğum günü şərəfinə növbəti maraqlı addım atıb.
QSC-dən Kult.az-a verilən məlumata görə, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günü münasibətilə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.Muxalifet2 - 15-09-2017
Sevgilisi ilə barışmaq üçün furqonu 3-cü mərtəbəyə qaldırdı
Sibirin Biysk şəhər sakini, Aleksandr adlı cavan oğlan, sevgilisi ilə barışmaq üçün qeyri-adi bir üsula əl atıb. Bunun üçün, o, qaldırıcı kran vasitəsilə furqonunu qızın yaşadığı üçüncü mərtəbədəki mənzilin balkonu səviyyəsinə qaldırıb və sevgilisinin xoşladığı havanı çaldırıb.
Binadakı qonşular hadisə barədə Vkontakte sosial şəbəkəsi vasitəsilə xəbər yayıblar.
Qonşulardan bəziləri ümid edib ki, polis gəlib bu hoqqanı təşkil edənlərin "dərsini" verəcək.
Lakin polis əməkdaşları vəziyyətlə tanış olduqdan sonra, heç bir pozuntu qeydə almadan çıxıb gediblər.Muxalifet2 - 15-09-2017
BMT TŞ KXDR-in növbəti raket buraxılışı ilə bağlı TƏCİLİ TOPLANIR
İclasa, xüsusilə, ABŞ və Yaponiya təşəbbüs göstərib
BMT Təhlükəsizlik Şurası cümə günü Bakı vaxtı ilə axşam saatlarında KXDR-in növbəti raket buraxılışı fonunda təcili iclas üçün toplaşacaq.
Bu barədə BMT-dəki diplomatik mənbəyə istinadəb TASS məlumat yayıb.
"Reuters" yazır ki, çağırış, xüsusilə, ABŞ və Yaponiyanın təşəbbüsü ilə olub.Muxalifet - 15-09-2017
32 yaşlı qadın dərman içərək özünü öldürmək istəyib – BİLƏSUVARDA
Şəhər sakini qəbul etdiyi dərmandan zəhərlənib
Biləsuvar şəhər sakini qəbul etdiyi dərmandan zəhərlənib.
Hadisə şəhərin M.Ə.Sabir küçəsində baş verib.
Həmin küçədə yaşayan 1985-ci il təvəllüdlü Orucova Xəyalə Mehman qızı qəbul etdiyi dərmandan zəhərlənib. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və qadına ilkin tibbi yardım göstərilib.
Yaxınlarının dediyinə görə, 32 yaşlı qadın artıq dozada qəbul etdiyi dərmandan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 15-09-2017
ABŞ prezidenti irqçiliyi pisləyən qətnamə imzalayıb
Sənəd ağ irqin üstünlüyü tərəfdarlarının hərəkətləri rədd edir
ABŞ prezidenti Donald Tramp irqçiliyi pisləyən qanun imzalayıb.
Bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.
O, bu ilin avqustunda Virciniya ştatının Şarlottsvill şəhərində baş verən hadisələrdən sonra zorakılıq nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, zərər çəkənlərə dəstəyini bildirib.
Sənəd, ağ irqdən olan neonasistlər, ağ irqin üstünlüyü tərəfdarları, ku-kluks-klan, neonasist və nifrət oyadan digər qruplaşmaların hərəkətlərini rədd edir.Muxalifet - 15-09-2017
Şahmatçılarımız Avropa çempionatında 5 medal qazandılar - İKİSİ QIZILDIR
Ayan Allahverdiyeva və Read Səmədov son turda qızıl medalı əldən veriblər
Rumıniyanın Qara dəniz sahilində yerləşən Mamaya kurortunda uşaqlar və yeniyetmələr arasında keçirilən Avropa çempionatı başa çatıb.
Son turda şahmatçılarımız Aydın Süleymanlı 7,5 (12 yaş) və Gövhər Beydullayeva isə 8,5 xalla (14 yaş) öz yaşıdları arasında turnir cədvəlini 1-ci pillədə başa vuraraq qitə birinciliyinin qızıl medallarını qazanıblar.Muxalifet - 15-09-2017
Bakının erməni-bolşevik işğalından azad olunmasından 99 il ötür
Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad edib
Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.
Bakının azad olunmasından 99 il ötür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.Muxalifet - 15-09-2017