Axtarış
The search found 105779 results in 0.02 seconds.
Search results
Evində meyiti tapılan şəxs özünü asıbmış - YENİLƏNİB
Bakıda evində meyiti tapılan şəxsin intihar etdiyi məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Mövsüm Mustafayevin meyiti asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
***
14 sentyabr, saat 22.46
Muxalifet - 15-09-2017
17 yaşlı oğlan çoxlu dərman içərək intihara cəhd edib
Bakıda 17 yaşlı oğlan intihara cəhd edib.
Paytaxtın Yasamal rayonu, A. Ağayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Faiq İslam oğlu Hacıyev intihar etmək məqsədi ilə çoxlu sayda müxtəlif dərman preparatları qəbul edib. O, dərhal ailə üzvləri tərəfindən xəstəxanaya yerləşdirilib.
Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./apaMuxalifet - 15-09-2017
Məhkəmə müstəntiq barəsində xüsusi qərardad çıxardı
Hakim bildirib ki, cinayət işində ciddi pozuntular var
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və narkotikdə təqsirləndirilən Xəqani İsayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi ibtidai istintaqa qaytarılıb.
Məhkəmə işi aparan müstəntiqin barəsində xüsusi qərardad çıxarıb. Hakim bildirib ki, cinayət işində ciddi pozuntular var.Muxalifet - 15-09-2017
Daha bir Azərbaycan vətəndaşı İnterpolun axtarışında
İnterpol daha bir Azərbaycan vətəndaşı barədə axtarış elan edib.
Trend-in məlumatına görə, barəsində axtarış elan olunan şəxs 1959-cu il təvəllüdlü, Bakıda anadan olmuş İvan Smaqliy Nikolayeviçdir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda törədildikdə) maddəsi ilə ittiham olunub.Muxalifet - 15-09-2017
ABŞ ŞİMALİ KOREYAYA NÜVƏ ZƏRBƏSİ ENDİRƏRMİ?
Koreya yarımadasında müharibə başlarsa, Birləşmiş Ştatlar buna qarşı iri yaşayış məntəqələrinə zərbə vurmadan taktiki nüvə silahından istifadə etməkləmi cavab verəcək? Analitiklərin bu məsələdə yekdil fikirləri yoxdur, lakin onların əksəriyyəti belə hesab edir ki, əgər Şimali Koreya nüvə silahına əl atarsa, onda buna qarşı görüləcək yeganə cavab tədbiri nüvə silahından istifadə olacaq.
Muxalifet - 15-09-2017
İkinci neft kontraktı Azərbaycana nə vəd edir?
Kontraktının imzalanması hansı zərurətdən irəli gəldi?
Bu kontrakt üzrə nəzərdə tutulan 40 milyardlıq investisiya məbləğinin 25 faizini SOCAR yatıracaq
İqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu öz “facebook” səhifəsində Azəri-Çıraq-Günəşli(AÇG) yatağının istismarı üzrə ikinci neft müqaviləsinin imzalanması ilə bağlı fikirlərini paylaşıb. Onu şərhini təqdim edirik:Muxalifet - 15-09-2017
“Bizim baza olmasaydı Azərbaycan Qarabağı çoxdan yemişdi…” – Rus Polkovnik
ABŞ-ın Suriya müxalifətini silahlandırmaq üçün Almaniyadakı Ramşteyn hərbi bazası üzərindən keçmiş Varşava blokuna üzv ölkələrin anbarlarından 2 milyard dollarlıq silah-sursat göndərdiyi üzə çıxıb.
Virtualaz.org xəbər verir ki, silahlar Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzərindən daşınıb. Həmin silahlardan İŞİD və “Əl-Nüsra Cəbhəsi” kimi terrorçu birləşmələrə də çatdığı bildirilir. Bu haqda Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti bu ölkədə keçiriləcək seçkilər ərəfəsində yazıb.Muxalifet - 15-09-2017
Təhsin naziri futbol klubu yaratdı: Premyer Liqaya gətirir
Yeni yaradılan "Vətən" bu mövsüm I Divizionda mübarizə aparacaq.
Sportinfo.az xəbər verir ki, klubun himayədarı Mikayıl Cabbarovdur.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013) olduğu illərdə "Fortuna"nı yaradan, daha sonra "Zirə"nin təsis olunması fikrini irəli sürən indiki təhsil naziri "Vətən"ə artıq yeni sponsorlar tapıb.Muxalifet - 15-09-2017
Kamal Kılıcdaroğlunun vəkili FETÖ ittihamı ilə saxlanılıb
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun vəkili həbs olunub.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, vəkil Cəlal Çəlik İstanbul Baş Prokurorluğunun FETÖ terror təşkilatı ilə bağlı başladığı cinayət işində şübhəli şəxs kimi saxlanılıb.Muxalifet - 15-09-2017
Mehman Əliyev: "Dəyişikliklərə nail olmaq lazımdır"
"Siyasi Məhbuslarsız Azərbaycan" Alyansı və "Mehman Əliyevin Azadlığı uğrunda Mübarizə Komitəsi" sentyabrın 14-də Müsavat Partiyasının ofisində toplantı keçirib.
Komitənin sədri Əvəz Zeynallı M.Əliyevin azadlığa çıxmasında komitənin rolundan danışıb və M.Əliyev azadlığa çıxdığı üçün qurumun buraxıldığını elan edib. Həm də siyasi məhbus məsələsilə operativ olaraq yaradılacaq İşçi Qrupun məşğul olacağı deyilib.
M.Əliyev çıxış edərək, həbsi barədə danışıb və bildirib ki, həbsi sırf peşə fəaliyyəti, müstəqil media rəhbəri olması ilə bağlıdır.Muxalifet - 15-09-2017
Azərbaycandakı həbsxanalarda neçə qanuni oğru var?
Ötən il Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu azərbaycanlı qanuni oğrusu "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev İstanbulda Rusiyadan göndərilmiş 6 nəfərlik killer qrupu tərəfindən güllələndi.
O, Seymur Nardaranski (1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət (1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və Dadaş Novxaninskidən (1973-2016) sonra sui-qəsdlə öldürülən növbəti azərbaycanlı qanuni oğru oldu.Muxalifet2 - 15-09-2017
Hacıbala Abutalıbov: “İndi Lütfi Zadənin qohumu da yanımdadır”
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ABŞ-da vəfat edən görkəmli azərbaycanlı alim Lütfi Zadənin nəşinin Bakıya nə vaxt gətiriləcəyi ilə bağlı məsələyə münasibət bildirib.
H.Abutalıbov ölkə.az-a açıqlamasında deyib ki, hazırda bu istiqamətdə lazımı işlər görülür:
“Lütfi Zadənin nəşinin nə vaxt Azərbaycana gətiriləcəyi barədə hələlik məndə dəqiq məlumat yoxdur. Ancaq bu istiqamətdə lazımı işlər görülür. Lütfi Zadənin nəşi Azərbaycana gətirilən kimi hər şey ən yüksək yüksək səviyyədə həll olunacaq.Muxalifet - 15-09-2017
Эксперты: Насколько велик риск войны во время больших русских учений
London metrosunda PARTLAYIŞ - SON DƏQİQƏ
İngiltərənin paytaxtı Londonda metroda partlayış baş verib.
Bu haqda “The Sun” qəzeti yazıb.
Zərəçəkənlərin olduğu bildirilir. Hadisənin terror hücumu olub-olmadığı məlum deyil./publika.azMuxalifet - 15-09-2017
Rusiyanın sualtı qayıqlardan İŞİD-ə endirdiyi zərbələrin görüntüləri yayılıb - VİDEO
Rusiyanın Müdafiə Nazirliyi "Velikiy Novqorod" və "Kolpino" sualtı qayıqlarından "Kalibr" raketləri ilə İŞİD-in mövqelərinə endirdiyi zərbələrin videogörüntülərini yayıb.
"Report" xəbər verir ki, ümumilikdə yeddi qanadlı raket atılıb. Zərbələr Suriyanın hökumət qüvvələrinin Deyr-əz-Zor əyalətində daha sürətlə irəliləməsini təmin etmək olub. Raketlər eyniadlı şəhərin cənub-şərq ətraflarında rabitə məntəqələri və silah-sursat anbarlarını məhv edib.
Qeyd olunur ki, hədəflər sualtı qayıqlardan 500–670 km məsafədə olub.Muxalifet2 - 15-09-2017
Bakıda orta məktəbdə erməni havası — Şagirdlər “Artsax” kompozisiyasına oynadıldı
Bu gün Azərbaycanda yeni təhsil ilinə start verilib.
Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Amma bir məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub.
Oxu.az xəbər verir ki, övladı 1-ci sinifə gedən valideyinlərdən biri sosial şəbəkədə Masazırda yerləşən 3 saylı məktəbdə qəribə hadisə ilə rastlaşdığını yazıb. O bildirib ki, məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar.Muxalifet - 15-09-2017
Əli Kərimlinin köməkçisi azadlığa buraxıldı - FOTO
Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin köməkçisi, "Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Prosesdə qərar elan olunub.
Qərara əsasən, F.Əmirli azadlığa buraxılıb.Muxalifet - 15-09-2017
“Maliyyə Bazarlarına Nəzarət Palatası gözləntiləri doğrultmadı” – Millət vəkili
2017-ci ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən ilk iclasında millət vəkili Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini sərt tənqid edib.
Muxalifet - 15-09-2017
Xaçmazda 44 yaşlı kişi özünü asıb
Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.
Rayonun Köhnə Xaçmaz kəndində 1973-cü il təvəllüdlü Əsədov Eldar Şirəli oğlu özünü yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.Muxalifet - 15-09-2017
"Bank rəhbərliyi Xəqani Abdullayevin işdən çıxmaması üçün əlindən gələni etdi" – Komitə sədri
2017-ci ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən ilk iclasında Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsi müzakirə edilib.
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, Mərkəzi Bankın rəhbərliyi X. Abdullayevin işdən ayrılmaması üçün əlindən gələni edib: "Mərkəzi bankın rəhbərliyi çox çalışırdı ki, Xəqani müəllim işdən ayrılmasın. Xəqani Abdullayev çox savadlı və peşəkar kadrdır".Muxalifet - 15-09-2017