Axtarış

The search found 105779 results in 0.02 seconds.

Search results

  1. Ermənilərdən Azərbaycan ordusu ilə bağlı təxribat - FOTO

    Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) sədrinin birinci müavini Murad Cəfərov erməni təxribatı ilə üzləşib.
     
    AzVision.az-ın məlumatına görə, Murad Cəfərovun adından "Facebook" sosial şəbəkəsində guya Azərbaycana məxsus hərbi maşının minaya düşməsi, hərbçilərimizin şəhid olması haqda paylaşım edilib.
    Murad Cəfərov sosial şəbəkədəki hesabında açıqlama yayaraq, bu məlumatları birmənalı şəkildə təkzib edib:

    Muxalifet - 15-09-2017

  2. Türkiyə, Rusiya və İran razılaşdı: 25 min əsgər…

    Uzun müddətdir müzakirə mövzusu olan Suriyanın İdlib şəhərinin taleyinə aydınlıq gətirilib.
     
    Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Astanada İdlib razılaşması imzalayıblar.
    Razılaşmaya əsasən, ABŞ-ın Əl-Qaidə adı ilə bombalamaq istədiyi İdlib şəhəri Rusiya, Türkiyə və İranın əsgərləri tərəfindən mühafizə olunacaq.
    Eni 35 kilometr, uzunluğu 130 kilometr olan bölgə isə təhlükəsizlik zonası elan olunacaq. Burada 2 milyon suriyalı təhlükəsizlik şəraitdə yaşayacaq.

    Muxalifet - 15-09-2017

  3. Erməni mahnısı çalındığı deyilən Masazır məktəbindən CAVAB - VİDEOFAKT

    Masazırda yerləşən 3 saylı məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar. Valideynlərdən birinin sosisal şəbəkədə yazdığına görə rəqs üçün seçilən musiqi erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyası olub.
     
    Valideyn iddia edir ki, bununla bağlı məktəb rəhbərliyinə etiraz etsə də, bunu nəzərə almayıblar.
    Valideynin bu iddiası ilə bağlı məktəbin direktoru Fəxrinisə Əhmədova ilə əlaqə saxladıq. Direktor bu iddianın böhtan olduğunu bildirdi:

    Muxalifet - 15-09-2017

  4. Növbəti erməni təxribatının qarşısı alındı

    Sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.
     
    İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

    Muxalifet - 15-09-2017

  5. "Qərb-2017" təlimində qəza: Rusiyanın nəhəng təyyarəsi...

    Rusiyanın Tu-22M3 səsdənsürətli raketdaşıyan bombardmançı təyyarəsi qəzaya uğrayıb.
     
    Təyyarə eniş zamanı uçuş zolağından çıxıb və ciddi zədə alıb. Belarus mətbuatı təyyarənin yenidən təmir edilib, istifadəyə verilməsi üçün yararlı olmadığını bildirib.
    Qeyd edək ki, qəzaya düşən təyyarə dünən start götürən “Qərb-2017” hərbi təlimində iştirak edirdi./axar.az

    Muxalifet - 15-09-2017

  6. "Nuru Paşa, Allah buna görə bizi bağışlasın" - Deputat

    Bu gün Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun indi içində rahat dolaşdığımız, paytaxtımız kimi təbliğ etdiyimiz, haqqında şeirlər yazıb, mahnılar oxuduğumuz bu şəhəri erməni-bolşevik qatillərindən azad etdiyi gündür.
     
    Bu sözləri millət vəkili Fazil Mustafa Feysbuk hesabında Bakının erməni-bolşevik qatillərindən azad olunması haqda yazıb. O bildirib ki, Qafqaz İslam Ordusu Bakının Azərbaycan şəhəri kimi qalmasını təmin edib:

    Muxalifet - 15-09-2017

  7. İraqın kürd muxtariyyəti Kərkük şəhərinə hərbi texnika cəmləyir

    İraqın kürd muxtariyyəti Kərkük şəhərinə hərbi texnika cəmləyir.
     
    İraq mətbuatı yazır ki, bu qərar Kərkük şəhərinin kürd muxtariyyətinin müstəqilliyi haqqında referendumda administrasiyanın tərkibində iştirakını dəstəkləyən Kərkük vilayət şurası rəhbərinin mərkəzi hakimiyyət tərəfindən vəzifəsindən azad edilməsindən sonra qəbul edilib.
    Kərkükə gətirilən hərbi texnikanın sayı barədə məlumat verilmir.
    Qeyd edək ki, kürd muxtariyyəti sentyabrın 25-də referendum keçirməyi planlaşdırır.

    Muxalifet - 15-09-2017

  8. İranda SEPAH-ın korrupsioner generallarının həbsi başladı

    İranın ən qüdrətli və ən nüfuzlu seçmə hərbi qüvvəsi - İnqilab Keşikçiləri Korpusu (İKK) səlahiyyətində olan bəzi şirkətləri yenidən qurmağa, bəzilərini isə ümumiyyətlə dövlətin ixtiyarına verməyə məcbur edilib. Bu barədə “Financial Times” yazır.
     
    Məqalədə deyilir ki, prezident Ruhani bu elit qüvvənin İran iqtisadiyyatındakı rolunun zəiflədilməsi yolunda hətta onun bəzi komandanlarını həbs etdirməli olub.

    Muxalifet - 15-09-2017

  9. Karapetyan, yoxsa Sarkisyan? - Kimin baş nazir olacağı dəqiqləşdi

    2018-ci ildə Ermənistanda baş nazirin kim olacağı haqda müzakirələrə son qoyulub. Hakim Respublikaçılar partiyasında hazırki baş nazir Karen Karapetyanın vəzifəsində qalmasına dair razılıq əldə olunub.
     
    AzVision.az “İrates”-ə istinadən xəbər verir ki, Karapetyan vəzifəsində qalacaq. Bu xəbər Respublikaçılar partiyasına hakimiyyətin ən yuxarı təbəqəsindən daxil olub.
    Bu müddət ərzində kimin özünü necə aparacağını öyrənmək məqsədilə Ermənistanın Prezident Aparatı bu barədə məlumat yaymağa tələsmir.

    Muxalifet - 15-09-2017

  10. İşdən çıxarılan Xəqani Abdullayev ölkədən gedib

     
    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayevin vəzifəsindən azad olunması məsələsinə baxılıb.
     
    Komitə sədri Ziyad Səmədzadə Xəqani Abdullayevin xaricə getdiyini deyib:
    “Xəqani Abdullayev çox savadlı iqtisadçı alimdir. Rəyimiz var ki, artıq işdən azad olunsun".
    Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

    Muxalifet - 15-09-2017

  11. Sarkisyanın generalı işdən qovulur

    Ermənistanın müdafiə naziri Vigen Sarkisyan prezident Serj Sarkisyanın kadrlarını nazirlikdən təmizləməyə başlayıb.
     
    AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Çİ” qəzeti məlumat yayıb.
    Nəşrin əldə etdiyi məlumata görə, ilk hədəf general Haykaz Bağmanyandır. Belə ki, o, tezliklə Müdafiə Nazirliyinin təqaüddə olan generalları sırasına qoşulacaq.
    Nəşr iddia edir ki, Vigen Sarkisyan Bağmanyan kimi “döyüşçüləri” həzm edə bilmir və onlardan azad olmağa cəhd edir.

    Muxalifet - 15-09-2017

  12. Siyavuş Novruzovdan Milli Şuraya ittiham: "Ermənilərin pulu ilə fəaliyyət göstərirlər"

    “Əli Kərimli və onun ətrafında olan şəxslərin toplaşdıqları Milli Şura anti-milli bir qurumdur. Onlar Azərbaycan əleyhinə iş aparırlar və bir mərkəzdən idarə olunurlar. Erməni lobbilərinin, Soros Fondunun qaldırdığı məsələlər bunların gündəliyindədir. Bütün bunlar Azərbaycan xalqına bəllidir”.
     
    Bunu “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

    Muxalifet - 15-09-2017

  13. ​Kremlin ideoloqu Qarabağın qaytarılmasına mane olan QARANLIQ GÜCLƏRİ AÇIQLADI - ONLAR KİMDİR?

    Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan rusiyalı filosof Aleksandr Duqin yenə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri şərh edib.
    Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, “moscow-baku” portalına danışan Duqin həmişəki kimi Rusiyanın münaqişənin həllində maraqlı olduğunu diqqətə çatdırıb.

    Muxalifet2 - 15-09-2017

  14. ​Əhəd Abıyev orta məktəbdə RƏQS ETDİ - FOTO

    Daşkəsən rayonunda 15 sentyabr yeni dərs ilinin başlanması – “Bilik günü” münasibəti ilə rayon ərazisində yerləşən 42 nömrəli ümumtəhsil məktəbində tədbirlər keçirilib.
    Həmin tədbirlərdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, rayonun Təhsil Şöbəsinin işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri valideynlərlə birgə yaxından iştirak ediblər.
    Yeni dərs ilinin ilk günü Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə də təntənəli şəkildə qeyd olunub. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev də iştirak edib.

    Muxalifet2 - 15-09-2017

  15. “Dövlət Təhlükəsizlik Xidməti Elman Rüstəmovu məsuliyyətə cəlb etməlidir...”

    Sərdar Cəlaloğlu: “Mehman Əliyevin buraxılması müqablində Azərbaycan iqtidarının ifşası dayandırılacaq”

    “Mehriban Əliyevanın prezident gəlməsi Rusiyanın və İranın maraqlarına uyğun olmadığına görə, onlar hakimiyyətdə lider dəyişikliyinə çox da yaxşı baxmırlar”

    Muxalifet2 - 15-09-2017

  16. ​TÜRKİYƏ SURİYAYA GİRİR – 25 MİN HƏRBÇİ İLƏ

    Türkiyə hərbçilərinin mülki şəxsləri qorumaq üçün Suriyanın İdlib şəhərində hansı ərazilərə yerləşəcəyi Astanada keçirilən görüşdə dəqiqləşib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Suriya böhranı üzrə görüşlərin 6-cı turunda İdlib şəhərinin aqibəti ilə bağlı önəmli qərar qəbul edilib.
    Türkiyə mətbuatı yazır ki, ABŞ-ın “əl-Qaidə”yə qarşı mübarizə” adı altında hücuma hazırlaşdığı şəhərdə təhlükəsizliyi Türkiyə, Rusiya, həmçinin İrandan dəstək alan Suriya hökuməti silahlı birləşmələri təmin edəcək.

    Muxalifet2 - 15-09-2017

  17. 50 yaşlı qadını maşın vurub - BAKIDA

    Bakıda avtomobil qadını vuraraq ona ağır xəsarət yetirib.
     
    Yol-nəqliyyat hadisəsi Xəzər rayonunda qeydə alınıb.
    Mərdəkan qəsəbəsində yolu keçmək istəyən 1967-ci il təvəllüdlüRəna Rəfi qızı Həsənovanı minik avtomobili vurub. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini son dərəcə ağır kimi qiymətləndirir.
    Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.
    Araşdırma aparılır.

    Muxalifet - 15-09-2017

  18. ​Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbərinin oğlu həbs edildi

    Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu həbs edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə apa-ya Səbail Rayon Məhkəməsindən bildirilib.
    Məlumata görə, sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə “Subaru” markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Muxalifet2 - 15-09-2017

  19. ​Aşıq Ədalət dəfn olundu - Ağköynək qəbristanlığında

    Aşıq Ədalət Nəsibov dəfn olunub.
    Qazaxda yaşayan gənc şair Taleh Mansurun apa-ya verdiyi məlumata görə, Mədəniyyət Evində keçirilən vida mərasimindən sonra aşığın cənazəsi Ağköynək kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.
    Dəfn mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, görkəmli aşığın ailə üzvləri iştirak edib.

    Muxalifet2 - 15-09-2017

  20. ​Женщинам Туниса разрешили выходить замуж за иностранцев

    Правительство Туниса отменило принятое в 1973 году постановление, согласно которому гражданки мусульманского вероисповедания могли вступать в брак только с мусульманами. Иноверцам, желавшим жениться, приходилось сначала принимать ислам.
    "Поздравления женщинам Туниса, получившим свободу выбирать супруга", - заявила пресс-секретарь президента Саида Гараш.
    В августе нынешнего года глава государства Беиджи Каиб аль-Сабси обратился к министрам с призывом аннулировать постановление. Президент подчеркнул, что оно противоречит принятой в 2014 году конституции.

    Muxalifet2 - 15-09-2017

Pages