Axtarış
The search found 105779 results in 0.136 seconds.
Search results
ABŞ türk xəfiyyəni niyə oğurlamaq istədi? – Əməliyyat
ABŞ Türkiyə Milli İstehbarat Təşkilatının keçmiş əməkdaşını Nyu Yorkda həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrabın məhkəməsində şahidlik etməsi üçün qaçırmaq istəyib.
Bu iddia Türkiyənin “Hürriyyət” qəzetində yer alıb.Muxalifet - 14-09-2017
“Mehman Əliyevin azadlığa buraxılmasını pozitiv qiymətləndiririk” – ABŞ SƏFİRİ
Robert Sekuta: “İnanırıq ki, Mehman Əliyevin azadlığa buraxılması insan haqlarına müsbət yanaşmanın bir başlanğıcı olacaq”
Muxalifet2 - 14-09-2017
Türkiyədən Kürdüstan açıqlaması: Məmnunuq...
Türkiyə Xarici İşlər Nazirliyi İraq Məclisinin Kürd Muxtar Vilayətinin keçirmək istədiyi müstəqillik referendumunu rədd etməsinə münasibət bildirib.
Açıqlamada Türkiyənin İraq Məclisinin bu qərarından məmnunluq duyduğu bildirilib:
“Məclisin qərarından məmnunuq. İraq Kürd Muxtar Vilayəti referendum məsələsində israr etsə, bunun cavabı ağır olacaq. Rəhbərliyi bu yanlış referendum qərarından daşınmağa çağırırıq”.Muxalifet - 14-09-2017
Московский интриган - Дмитрий Гудков считается новой звездой российской оппозиции
Türkmənləri və ərəbləri Kərkükdən qovmaqla hədələyən vali işdən çıxarılıb
İraq parlamenti baş nazirin qərarını təsdiqləyib
İraqın Kərkük əyalətinin valisi Nəcməddin Kərim vəzifəsindən azad edilib.
"Anadolu" agentliyi xəbər verir ki, ölkənin baş naziri Heydər əl-İbadi bununla bağlı sərəncam imzalayıb.
İraq parlamenti baş nazirin qərarını təsdiqləyib.
Məlumata görə, N.Kərim İraqın şimalındakı yerli hökumətin rəmzinin Kərkükdə dövlətin inzibati binasının üzərindən asılmasında rol oynayıb. O, ərəbləri və yerli türkmənləri referendumdan sonra Kərkükdən qovmaqla hədləyib.Muxalifet - 14-09-2017
Евродиктат
Вперед, Евросоюз. Диктуй свою волю 28 странам-членам вопреки их интересам. Заставляй их делать то, чего они не хотят, наказывай тех, кто бросает тебе вызов, называй Брексит аномалией. В среду председатель Еврокомиссии именно так и поступит. И не ограничится этим.
Muxalifet2 - 14-09-2017
Saakaşvili Poroşenkoya hiddətləndi – Onu izlətdiyinə görə
Artıq bir neçə gündür Ukraynada olan Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin onu gizli dinləmək istədiyini iddia edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Saakaşvili öz feysbuk hesabında canlı yayım zamanı deyib. Siyasətçinin sözlərinə görə, dünən Çernovçı şəhərində qaldığı oteldə onun otağına təhlükəsizlik xidmətinin əməkdaşları gəliblər. Lakin mühafizəçilərin sorğu-sualı ilə üzləşdikdə səhv nömrəyə qalxdıqlarını deyərək aşağı mərtəbəyə düşüblər.Muxalifet - 14-09-2017
Moskvada erməniləri ifşa edən Oleq Kuznetsov istintaqa çağırıldı
Bu gün qafqazşünas alim Oleq Kuznetsovu Rusiya Federasiyasının İstintaq Komitəsi ilkin istintaqa çağırıb.
Modern.az xəbər verir ki, bir neçə saat ərzində istintaqçıların suallarını cavablandıran Oleq Kuznetsov onu İstintaq Komitəsinin qarşısında gözləyənlərə deyib:Muxalifet - 14-09-2017
39 saylı avtobusun vurduğu qadın öldü - Qaçan sürücü saxlanıldı
Bakının Yasamal rayonunda marşrut avtobusunun vurduğu qadın dünyasını dəyişib.
Hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Əsgərova Günel Adəm qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə nəticəsində qadının qucağında olan 1 yaşlı uşaq isə yüngül xəsarət alıb. Avtobusun sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.
39 saylı marşrut avtobusunun sahibkarı Araz Mirzəyev Trend-ə açıqlamasında bildirib ki, hadisəni törədən sürücü Saatov Hakim Aslan oğlu saxlanılıb.Muxalifet - 14-09-2017
Telman İsmayılovun obyektlərində axtarış aparılır
Məşhur azərbaycanlı iş adamı, Moskvadakı “Çerkizovo” bazarının keçmiş sahibi Telman İsmayılovun obyektlərində axtarış aparılır.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, istintaq tədbirləri 12 ünvanda həyata keçirilir. Bu barədə agentliyə sahibkarın vəkili Aleksandr Dobrovinski məlumat verib.Muxalifet - 14-09-2017
Türkiyə hərbçiləri Azərbaycana gəldilər
TurAz Qartalı – 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.
Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.Muxalifet - 14-09-2017
Ərzaq məhsullarında bahalaşmanın səbəbi nədir?
Bu ilin yanvar-avqust aylarında ərzaq məhsullarının qiymətləri 18, istehlak məhsullarının və xidmətlərin qiymətləri isə 14 faiz artıb, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitə onu da bildirir ki, keçən ilin analoji dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının qiymətləri 12, əhaliyə göstərilən ödənişli xidmətlər isə 10 faizə yaxın bahalaşıb.
Təhlilçilər isə son 8 ayda bahalaşma müşahidə edildiyini, amma bunun statistik rəqəmlərdən daha çox olduğunu deyirlər.Muxalifet - 14-09-2017
“Azərbaycan”ın Azərbaycan olmaq iddiası - TƏHLİL
Bu qəzetin adının “Azərbaycan” olması o demək deyil ki, dövlətimizin adından sağa-sola hədələyici mesajlar yağdıra bilər...
Muxalifet2 - 14-09-2017
Siyəzənli məhbuslar intihar anonsu verdilər
Siyəzənli məhbuslarının intihar anonsu verdikləri barədə məlumat yayıldı. Bu barədə hüquq müdafiəçisi Samir Kazımlı öz “Facebook” səhifəsində yazıb.
Bu gün, sentyabrın 14-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə Siyəzən hadisələrinə görə tutulan şəxslərin apellyasiya şikayətləri üzrə keçirilən növbəti məhkəmə prosesində iştirak etdik.
Məhkəmədə maraqlı məsələlər üzə çıxdı. Həbs olunan şəxslər onlara qarşı edilən ədalətsizliyə dözə bilmədiklərini və intihar həddinə çatdıqlarını bildirdilər.Muxalifet - 14-09-2017
Müsavatda siyasi məhbus müzakirələri: “Mehman Əliyevin azad olunması işin başlanğıcıdır”
“Mehman Əliyevin hüquqlarının müdafiəsi komitəsi 18 gün ərzində qarşısına qoyduğu məqsədə nail oldu”.
Bu sözləri Turan agentliyinin direktoru Mehman Əliyevin hüquqlarının müdafiəsi komitəsinin bu gün Müsavat Partiyasının qərargahında keçirilən iclasında, tədbirin aparıcısı Oqtay Gülalıyev deyib.Muxalifet - 14-09-2017
“Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq” – Səməd Seyidov
“Avropanın içərisində püxtələşmiş, formalaşmış, Azərbaycanı istəməyən qüvvələr fikirləşirlər ki, Azərbaycanı Avropa Şurasından çıxartsaq, bununla dünya dağılacaq. Vallah dünya da dağılmayacaq, problem də olmayacaq. Problem daha çox Azərbaycan üçün yox, Avropa Şurası üçün olacaq. Rusiya çıxdı Avropa Şurasından, nə oldu? Hər iclasda müzakirə olunur ki, Rusiyanı hansı yolla qaytaraq?”
Muxalifet - 14-09-2017
Nardaran məhbusu ona işgəncə verildiyini təsdiqlədi
Bu gün vəkil Nemət Kərimli Qobustan həbsxanasında “Nardaran işi” üzrə həbs olunmuş siyasi məhbus Abbas Hüseynovla görüşüb.
Bu haqda “Basta”ya məlumat verən Nemət Kərimli
“Abbas Hüseynov bir daha bildirdi ki, ona saxlandığı həbsxanada iyulun 22-də, 25-də, 26-da, avqustun 5-də ona verilmiş işgəncələrlə bağlı digər vəkili Yalçın İmanova verdiyi geniş izahatı təsdiqləyir. O, bu gün mənə bir daha yazılı izahat verdi. Abbas bildirir ki, həbsxana işçıləri onu təhdid etməkdə, hədə-qorxu gəlməkdə davam edirlər”, – Nemət Kərimli bildirib.Muxalifet - 14-09-2017
“Rohinçalılara olunanlar etnik təmizləmədir” – BMT baş katibi
BMT-nin baş katibi Antonio Quterres Myanmanın Rohinca müsəlmanları icmasının yüz minlərlə üzvünün yaşadıqları yerdən məcburi köçməsini etnik təmizləmə adlandırıb.
Quterres Myanma rəsmilərini rohincalılara qarşı zorakılıq və pis rəftara son qoymaq üçün daha aktiv səy göstərməyə çağırıb. Rohinca müsəlmanlarının çoxu bu zorakılıqlar nəticəsində Banqladeşə qaçıb.Muxalifet - 14-09-2017
Sabah son 20 ilin ən güclü maqnit qasırğası olacaq - SƏHHƏTİNİZİ QORUYUN!
Bu gün - sentyabrın 14-dən 15-nə keçən gecə daha bir güclü maqnit qasırğası baş verib. Bu, son 20 ildə baş verən ən güclü enerji partlayışı olub.
Sentyabrın 16-da fırtına 1-ci dərəcəli təhlükəli həddə çatacaq.
Alimlərin hesablamalarına görə, Yer kürəsinə elektronlardan bir milyon il üçün elektrik istehlakı ilə müqayisə edilə bilən, təxminən 10 milyard ton plazma çökəcək.
Mütəxəssislər hesab edir ki, ayın 13-dən 16-dək insanların əhval-ruhiyyəsi pisləşəcək. Baş ağrıları, ürək bulanma, qusma, orqanizm tonusunun enməsi, halsızlıq, apariya yaranacaq.Muxalifet2 - 15-09-2017
Qarabağda 8 düşmən hərbçisi öldü, 4-ü yaralandı
Dünən işğal altındakı Azərbaycan ərazilərində ermənilərin N saylı hərbi hissəsinə aparan yolda hərbi yük maşını uçuruma yuvarlanıb.
Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində hərbi qulluqçulardan biri yazıb. Məlumata görə içərisi hərbçilərlə dolu yük maşınının uçuruma yuvarlanması nəticəsində 8 hərbçi ölüb, 4-ü yaralanıb. Sürücü son anda maşından atılıb və sağ qalıb. Yaralılar Xankəndi hospitalına aparılıb.Muxalifet - 14-09-2017