50 yaşlı qadını maşın vurub - BAKIDA

Bakıda avtomobil qadını vuraraq ona ağır xəsarət yetirib.
 
Yol-nəqliyyat hadisəsi Xəzər rayonunda qeydə alınıb.
Mərdəkan qəsəbəsində yolu keçmək istəyən 1967-ci il təvəllüdlüRəna Rəfi qızı Həsənovanı minik avtomobili vurub. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini son dərəcə ağır kimi qiymətləndirir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.
Araşdırma aparılır.