Axtarış
The search found 105779 results in 0.17 seconds.
Search results
"Azərbaycan Dağlıq Qarabağ haqqında gücdən danışmaq hüququna malikdir" - Sergey Markov
Rusiya bu gün bütün səviyyələrdə - siyasət, mədəniyyət, vətəndaş cəmiyyəti, turizm və başqa sahələrdə yenilənən Azərbaycan görməlidir
"Bu gün Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur".
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" konfransında deyib.
"Azərbaycanın xüsusi iqtisadi və siyasi rolunu nəzərə alsaq, Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir", - S.Markov bildirib.Muxalifet - 14-09-2017
Kişi arvadını boğaraq öldürüb - TƏFƏRRÜAT
O, hadisədən sonra polisə təslim olub
Daşkəsən rayonunun Bayan kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Rayon sakini, 1984-cü il təvəllüdlü Ramil Rafiq oğlu Həsənov arvadı - 1990-cı il təvəllüdlü Könül Hafiz qızı Əzizovanı 8 yaşlı uşağının gözləri qarşısında öldürüb.Muxalifet - 14-09-2017
"General Novruzəli Orucovun oğlunun məhkəməsində zərərçəkmiş şikayətini geri götürüb" – Vəkil
Məhkəmə istintaqı davam etdirilib
Binəqədi Rayon Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucovun və onunla ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bu barədə "Report"a vəkil Kamandar Nəsibov məlumat verib.
Onun sözlərinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı davam etdirilib.Muxalifet - 14-09-2017
"Siz də "Çelsini" burda 6:0 hətta 7:0 udun" – Britaniyalı nazir
Britaniyalı nazir Qarabağın Çelsini udmalı olduğumu deyib
Futbol üzrə o qədər də yaxşı mütəxəssis deyiləm, amma "Çelsi" - "Qarabağ" oyunun nəticəsindən xəbərim var.
Bunu jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dankan deyib.
Britaniyalı nazir "Qarabağ"ın "Çelsi"ni udmalı olduğunu deyib:
"Necə ki, Bakıdayam, deyirəm ki, siz də "Çelsi"ni burda 6:0 hətta 7:0 udun".Muxalifet - 14-09-2017
"İnterfaks" agentliyinin redaktoru ölü tapılıb
Redaktor evin həyətində asılı vəziyyətdə aşkar edilib
"İnterfaks" informasiya agentliyinin redaktoru Yuri Nikiforov ölü tapılıb.
Rusiya KİV-i xəbər verir ki, redaktor Moskva ətrafındakı Odintsovo şəhərində, Marşal Krılova küçəsindəki evin həyətində asılmış vəziyyətdə aşkarlanıb.
Cəsədi onun həyat yoldaşı aşkar edib. 33 yaşlı kişinin ölüm səbəbləri müəyyən edilir. Məhkəmə-tibbi müayinə üçün cəsəd morqa göndərilib.Muxalifet - 14-09-2017
İspaniya hökuməti Kataloniya sərhədinə hərbçilər yerləşdirib
Mariano Rajoy: “Bu referndumun keçirilməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyəm”
İspaniya hökuməti sentyabrın 14-də Kataloniya əyaləti ilə sərhədə hərbçilər yerləşdirməyə başlayıb.
"Haber7" xəbər verir ki, rəsmi Madrid Kataloniya hökumətinə müstəqilliklə bağlı referendum keçirəcəkləri təqdirdə hərbi müdaxilə edəcəklərini də bildirmişdi.
Hərbçilərin sərhədin sıfır nöqtəsində yerləşdirilməsinə Kataloniya hökuməti hələlik açıqlama verməyib.Muxalifet - 14-09-2017
QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verdi
Allahşükür Paşazadə: İnşallah bu ayı dövlətimizin qanunları çərçivəsindən kənara çıxmadan, gözəl şəkildə başa vuracağıq
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması münasibəti ilə tədbir keçirilib.
Tədbirdə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İşüzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, axundlar, imamlar və digərləri iştirak edib.
Mərasimdə Məhərrəm ayının başlanması ilə bağlı fətva qəbul edilib.Muxalifet - 14-09-2017
Allahşükür Paşazadə: “Mənim heç nəyə ehtiyacım yoxdur”
“Mənim heç nəyə ehtiyacım yoxdur və heç kimlə nəyəsə ehtiyac görmürəm”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəmlik ayının başlanması ilə bağlı keçirilən toplantıda bildirib.
“Mənim yaxşı insanlara ehtiyacım var. Mən həmişə ulu öndər Heydər Əliyevin tövsiyələrini xatırlayıram. Biz həmişə dövlətə, dövlətçiliyə sadiq adamlar olmuşuq və həmişə də belə adamlara ehtiyacımız olub. Bu gün məni düşündürən budur. Başqa heç nəyə ehtiyacım yoxdur”.Muxalifet - 14-09-2017
“26” kafesinin icarədarı həbs olundu
Bir neçə gün əvvəl fəaliyyəti dayandırılmış “26” kafesinin icarədarı həbs olunub.
Səbail rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı Ramin Məmmədov 20, kafenin digər işçisi Həmid Əfəndiyev isə 25 sutka inzibati qaydada həbs ediliblər.
Qeyd edək ki, sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə bağlanıb.Muxalifet - 14-09-2017
"ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir" - Fərhad Bədəlbəyli
"ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli bildirib.Muxalifet - 14-09-2017
Nardaran hadisələrinə görə həbs edilmiş daha 4 nəfər azadlığa buraxılıb
Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin daha bir qrupu azadlığa buraxılıb.
Bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 4 nəfər - Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə və Vasif Əliyev Ədliyyə Nazirliyinin 16 və 17 saylı cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl azadlığa buraxılıblar.
Qeyd edək ki, Nardaran hadisəslərinə görə həbs olunmuş 14 nəfər bir neçə gün əvvəl azadlığa buraxılb.Muxalifet - 14-09-2017
Millət vəkilindən Bakcell-ə növbəti “oğurluq” ittihamı
Millət vəkili Fazil Mustafa ölkədə ilk mobil operator kimi fəaliyyətə başlayan “Bakcell”in vətəndaşları aldatdığını iddia edib.
Muxalifet - 14-09-2017
Qarabağda əsgər çatışmır, tələbələr də hərbi xidmətə aparılacaq
Azərbaycanla qoşunların təmas xətti boyu erməni mövqelərini möhkəmləndirmək üçün canlı qüvvənin çatışmaması Ermənistan Müdafiə Nazirliyini yeni qanun layihəsini parlamentə göndərməyə məcbur edib.
Qanun layihəsinə əsasən ali məktəblərə qəbul edilənlər üçün hərbi xidmətdən möhlət hüququ ləğv ediləcək. Bu haqda erməni KİV-ləri yazır.Muxalifet - 14-09-2017
Azərbaycan məscidlərində axund vəzifəsi LƏĞV EDİLİR
Azərbaycan məscidlərində axund vəzifəsi ləğv edilir.
Bu barədə qərar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının bu gün keçirilən iclasında qəbul edilib.
Qərara əsasən, məscidlərdə vahid idarəçilik sisteminə keçilir və bütün məscidləri idarə edənlər imam statusu alacaqlar.
QMİ sədri Allahşükür Paşazadə bildirib: “Axund vəzifəsi tədricən yığışdırılacaq və vahid idarəçilik sisteminə keçiləcək”. /TrendMuxalifet - 14-09-2017
Yuliya Timoşenkonun deputat toxunulmazlığı ləğv edilə bilər
Ukraynanın "Batkivşina" partiyasının lideri Yuliya Timoşenkonun deputat toxunulmazlığı ləğv edilə bilər.
Timoşenko bu barədə bəyanat yayıb. Bəyanata əsasən, Ukrayna hökuməti Timoşenkonu Mixeil Saakaşvili ilə birlikdə sərhədi qanunsuz keçdiyi üçün məsuliyyətə cəlb etmək niyyətindədir. Bu səbəbdən deputatın toxunulmazlığı ləğv edilə bilər.Muxalifet - 14-09-2017
Mübariz Qurbanlı ilə Allahşükür Paşazadə arasında fikir ayrılığı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib.
APA xəbər verir ki, M. Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.Muxalifet - 14-09-2017
İsmayıllıda meşə yanır — FHN əraziyə cəlb edildi
Bu gün saat 14:30 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal əraziyə ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri cəlb olunub.
Yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.Muxalifet - 14-09-2017
Timoşenko Poroşenkonu polisə verir: “Əlimdə sənədlər var”
“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Ukrayna Prezidenti Petro Poroşenkodan polisə və antikorrupsiya idarəsinə şikayət edəcək.
O, bununla bağlı “NyusVan” telekanalına müsahibəsində məlumat verib:
“Poroşenko Rusiyadan maye qaz alır və monopoliya vasitəsi ilə onu yüksək qiymətə Ukraynaya satır. Əlimdəki bütün sənədlərin sürətini polisə və antikorrupsiya idarəsinə təqdim edəcəyəm”.Muxalifet - 14-09-2017
Aşıq Ədalət vəfat etdi
Aşıq Ədalət (Ədalət Nəsibov) dünyasını dəyişib.
Muxalifet.az-ın Aşıq Birliyinə istinadən verdiyi məlumata görə o, bu gün günorta saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, aşıq xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!Muxalifet - 14-09-2017
Saatlıda 17 yaşlı nişanlı qızın şokedici İNTİHAR SƏBƏBİ
Saatlıdan intihar edən 17 yaşlı nişanlı qızla bağlı yeni təfərrüat hər kəsi sarsıdırb.
Axar.az-ın əldə etdiyi məlumata görə, rayonun Musalı kəndində yaşayan 17 yaşlı Minarə Səmədova 4 aylıq hamilə olub. Məlumata görə, qızın hamilə olduğunu bilən hər iki ailə uşağın götürülməsi üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 4 aylıq dölün götürülməsinə etiraz edən 17 yaşlı nişanlı qız intihar edib.
Məlumata görə, intihar edən Minarə öz istəyi ilə nişanlanıb. Bu yaxınlarda cütlüyün toyu olacaqmış.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 14-09-2017