​Əlyar Ağayev Avropa Liqasının oyununu idarə etdi

Ötən gün 2017/2018-ci illər mövsümündə futbol üzrə Avropa Liqası oyunlarına start verilib.
Baş tutan 24 matçdan birini azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.
Onun "İ" qrupu çərçivəsində fit sahibi olduğu "Viktoriya Gimaraeş" (Portuqaliya) - "Zalsburq" (Avstriya) matçı 1:1 hesabı ilə başa çatıb.
Gimaraeş şəhərinin "Dom Afonso Enrikes" stadionunda keçirilən qarşılaşmada Ə.Ağayev 84-cü dəqiqədə meydana daxil olan "Zalsburq"un futbolçusu Lyaytqebə 90+4-cü dəqiqədə sarı vərəqə göstərib.
Oyunda qolları Pedrau ("Viktoriya", 25-ci dəqiqə) və Berişa ("Zalsburq", 45) vurub.
Qrupun digər matçında "Marsel" (Fransa) "Konyaspor"u (Türkiyə) 1:0 hesabı ilə məğlub edib.