Bakıda 40 yaşlı kişini maşın vurdu

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, minik avtomobili 40 yaşlı Qədirov Qədir Mehbalı oğlunu Ramana qəsəbəsində piyadalar üçün müəyyən edilməmiş yerdən keçəndə vurub.
Xəsarət alan şəxs "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır(report).