Şahmatçılarımız Avropa çempionatında 5 medal qazandılar - İKİSİ QIZILDIR

Ayan Allahverdiyeva və Read Səmədov son turda qızıl medalı əldən veriblər
 
Rumıniyanın Qara dəniz sahilində yerləşən Mamaya kurortunda uşaqlar və yeniyetmələr arasında keçirilən Avropa çempionatı başa çatıb.
Son turda şahmatçılarımız Aydın Süleymanlı 7,5 (12 yaş) və Gövhər Beydullayeva isə 8,5 xalla (14 yaş) öz yaşıdları arasında turnir cədvəlini 1-ci pillədə başa vuraraq qitə birinciliyinin qızıl medallarını qazanıblar.
Digər zəka sahiblərimiz Səmra Qasımova (10 yaş) və Read Səmədov çempionatın gümüş medallarına yiyələniblər. Azərbaycan millisinin hesabına sonuncu medal isə Ayan Allahverdiyevadan (12 yaş) gəlib. Son turadək qrup lideri olan A.Allahverdiyeva 9-cu turda rusiyalı şahmatçı Yeva Stepanyana məğlub olub və qitə birinciliyini 3-cü pillədə yekunlaşdırmaqla bürünc medalı özünə təmin edib.
Sentyabrıın 4-dən 15-dək davam edən Avropa çempionatında ölkəmizi 28 şahmatçı təmsil edib.