ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq etdi

ABŞ  İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
“Bu tədbirlər kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş hökumətin 13382 saylı sərəncamına uyğun olaraq görülüb”, - deyə sənəddə bildirilir.
Sanksiya siyahısına daxil edilən fiziki şəxslər və şirkətlər İranın ballistik proqramına maliyyə, texnoloji və digər dəstək göstərməkdə, habelə kibercinayətlərdə ittiham olunurlar.