Axtarış

The search found 105779 results in 0.029 seconds.

Search results

  1. Bilet almaq üçün uşaqlara etibarnamə tələb olunur – YENİ QAYDA

    Qatarlarda uşaqların aparılması ilə bağlı yeni qaydalar təsdiqlənib.Yaxınlarının övladlarını bölgələrə qatarla aparmaq istəyən şəxslər mütləq şəkildə notariusda təsdiq olunmuş icazə sənədi təqdim etməlidir.Əks halda bu uşaqlara bilet satılmayacaq.
     
    Valideynlərin razılığını təsdiq edən rəsmi sənəd olmadan az yaşlı uşaqları qatarla bölgələrə aparmağa icazə verilmir.

    Muxalifet - 14-09-2017

  2. Tovuzda kütləvi dava: narkomanlar döyülüb

    Tovuz rayonunda yeniyetmələr arasında kütləvi dava düşüb.
     
    Hadisə rayonun Qovlar kəndində baş verib. Bir qrup yeniyetmə arasında hələki bilinməyən səbəbdən düşən dava zamanı, 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov və onun həmyaşıdı, Elşad Vaqif oğlu Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Muxalifet - 14-09-2017

  3. SOCAR AÇG-dəki payını 2 dəfə artırır

    Bu barədə şirkətin I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib
     
    Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə yeni müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı iki dəfədən çox artacaq.
    “Reuters” agentliyi xəbər verir ki, bu barədə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
    Onun sözlərinə görə, yeni müqavilədə şirkətin payının 11,6%-dən 25%-ə qədər artması gözlənilir.

    Muxalifet - 14-09-2017

  4. "Əminəm ki, yeni kontrakt Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirəcək" - Britaniyanın baş naziri

    Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün Bakıda Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar təbrik məktubu göndərib.

    Muxalifet - 14-09-2017

  5. "Onlar ölkəmizə 3,6 milyard bonus ödəyəcək" - Prezident

    “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarının işlənməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq saziş Azərbaycan üçün daha da əlverişlidir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış müqavilə də bizim maraqlarımızı tam təmin edirdi, bu dəfə isə daha da yaxşı şərtlərlə saziş imzalanır.
     
    Bu sözləri Prezident İlham Əliyev AÇG-nin işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə deyib. Prezident imzalanacaq müqavilənin bir neçə parametrini diqqətzə çatdırıb:

    Muxalifet - 14-09-2017

  6. “Kasperski” ABŞ-da qadağan olundu

    ABŞ-ın bütün dövlət müəssisələrində “Kasperski” şirkətinin məhsullarının istifadəsi minimum üç ay müddətinə qadağan olunub.
     
    Bu barədə informasiyanı ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yayıb.
    Qeyd edək ki, Rusiyanın məşhur “Kasperski” şirkəti bundan öncə ABŞ tərəfindən kibercasusluqda ittiham olunmuşdu.

    Muxalifet - 14-09-2017

  7. Bərzani Kərkükdən səsləndi: “Savaşacağıq”

    25 sentyabrda müstəqillik referendumunun keçirilməsinin qarşısını almaq istəyən qüvvələrə qarşı gücdən istifadə edəcəyik.
     
    Bunu Kərkük şəhərində çıxışı zamanı İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani söyləyib.
    “Kərkükün taleyini burda yaşayan xalqlar müəyyən etməlidir. Biz tez-tez təhdidlər eşidirik. Bizi müharibə ilə hədələyirlər. Biz bu hədələrə qarşı sakit oturmayacağıq”, – deyə o bildirib.

    Muxalifet - 14-09-2017

  8. ABŞ hökuməti Mehman Əliyevə qarşı bütün ittihamları götürməyə çağırdı

    ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Mehman Əliyevə qarşı ittihamları götürməyə və Turan İnformasiya Agentliyinin fəaliyyətini davam etdirməsinə imkan verməyə çağırıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Hether Noyertin (Heather Nauert) Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı açıqladığı bəyanatda deyilir.

    Muxalifet - 14-09-2017

  9. "Azadlıq" radiosu Azərbaycan hökumətini Avropa Məhkəməsinə verib

    Azadlıq Radiosu Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini az qala üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
     
    AzadlıqRadiosunun prezidenti Thomas Kent deyib: “Biz Azərbaycanın ədliyyə sistemi tərəfindən bizə qarşı irəli sürülmüş ittihamların ləğvi istiqamətində heç bir irəliləyişə nail ola bilməmişik. Bu ittihamlar əsassızdır və Azərbaycan AİHM-in yurisdiksiyasına daxil olduğundan biz bu məsələ ilə bağlı məhz bu məhkəməyə müraciət etmək qərarına gəlmişik”.

    Muxalifet - 14-09-2017

  10. Avropa Rusiyanın hərbi təlimlərindən narahatdır

    Rusiya bir neçə həftədir Belarusa əsgəri qüvvə və hərbi texnika göndərir. Kreml cümə axşamı günü hərbi təlimlər çərçivəsində qonşu NATO ölkələrinə “hücuma başlamaq” əmri verəcək.
     

    Muxalifet - 14-09-2017

  11. Azərbaycan Avropa Şurasından çıxarıla bilər?

    "The Guardian" yazır ki, Avropa Parlamenti, nüfuzlu Avropa siyasətçilərinin Azərbaycanın pozitiv imicini yaratmalarına təsir etmək üçün Bakının 2, 9 milyard dollarlıq çirkli pullar fondundan istifadəsinə dair "The Guardian" da daxil, media partnyorları tərəfindən açıqlanmış iddiaların araşdırılmasına çağırıb.
     
    Avropa millət vəkilləri "Azərbaycanın və başqa avtokratik rejimlərin Avropa siyasətçilərinin qərarlarını qanunsuz yollarla təsirləndirməsi cəhdlərinin hərtərəfli araşdırılmasını" tələb ediblər.

    Muxalifet - 14-09-2017

  12. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçiriləcək

    Təlimlərdə MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri də iştirak edəcək
     
    Azərbaycanla Türkiyə arasında imzalanan illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri keçiriləcək.
    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 14-09-2017

  13. Hava limanının rəisi prezidenti yola salarkən ölüb - TACİKİSTANDA

    Külək hava limanı rəisinin üstündə dayandığı xalçanı onunla birlikdə havaya qaldırıb və böyük daşa çırpıb
     
    Tacikistan prezidenti İmomali Rahmonun ölkənin Darvaz rayonundan paytaxt Düşənbəyə yola salınması zamanı Xoroq şəhər hava limanının rəisi, 69 yaşlı Dildor Maksudşoyev aldığı xəsarətdən ölüb.
    “Report” Tacikistan KİV-inə istinadən xəbər verir ki, o, dövlət başçısının helikopterinə yaxın yerdə durubmuş.

    Muxalifet - 14-09-2017

  14. Venesuela dollardan imtina edir - ABŞ-a ETİRAZ

    Venesuela hesablaşmaları valyuta səbəti ilə həyata keçirməyə hazırlaşır
     

    Muxalifet - 14-09-2017

  15. Bakıda iranlı tələbə özünü 4-cü mərtəbədən atdı - İNTİHAR

    Bakıda tələbə intihar edib.
     
    Hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb.
    Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb.
    O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
    Məlumata görə, Nəzəri Əmir Azərbaycan Tibb Universitetinin tələbəsidir. O, intihar etməzdən əvvəl sevdiyi qızla dalaşıb.
    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

    Muxalifet - 14-09-2017

  16. ​ Yanacaqdoldurma məntəqəsinə basqın olub - ASTARADA

    Astarada yanacaqdoldurma məntəqəsinə basqın edilib.
     
    Hadisə Astara şəhəri ərazisində qeydə alınıb. Astaranın Ərçivan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Pərvaz Eyvaz oğlu Əliyev  maska geyinərək yanacaqdoldurma məntəqəsinə basqın edib. Bıçaqla operatoru hədələyən şəxs ondan pul tələb edib. Pul tapa bilməyən P. Əliyev hadisə yerindən qaçıb. Polis isti izlərlə onu saxlayıb.
     Fakt araşdırılır./apa

    Muxalifet - 14-09-2017

  17. Kişi arvadını boğaraq öldürüb - DAŞKƏSƏNDƏ

    Daşkəsəndə qətl hadisəsi baş verib.
     
    Rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb.
    Ailənin bir övladı var.
     Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

    Muxalifet - 14-09-2017

  18. AÇG-də iştirak payları açıqlanıb

    Azərbaycan hökuməti və tərəfdaşlar Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzaladılar
     
    Azərbaycan hökuməti  və SOCAR,  BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh" şirkətləri ilə birlikdə bu gün "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş sazişi imzalayıblar.

    Muxalifet - 14-09-2017

  19. ​Александр Дугин: “Армения должна вернуть Азербайджану 5 районов” - ОНЛАЙН ОСЬ МОСКВА-БАКУ

    “Карабахский конфликт препятствует укреплению геополитической оси Москва-Баку. Но Россия выступает миротворцем в этом конфликте, и мы хотим всячески его избежать. Но нас сегодня не удовлетворяет статус-кво. И как мне кажется, нынешний статус-кво не удовлетворяет и стороны конфликта”, - заявил на полях конференции Москва-Баку российский идеолог Александр Дугин.

    Muxalifet2 - 14-09-2017

  20. Moskvada Azərbaycana qarşı erməni təxribatı

    Rusiya paytaxtında keçirilən “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində ermənilər təxribata əl atıblar.
     
    Belə ki, Azərbaycan stendindən aralıda quraşdırılan Ermənistan stendində Dağlıq Qarabağa aid şirkətlərin məhsulları nümayiş olunur.
    Ermənilər separatçıların məhsullarını stendin ən görünən hissəsində nümayiş etdirirlər. Onlar sərgi iştirakçılarına "Arsax-Eko" şirkətinin istehsal etdiyi meyvə və tərəvəz konservləri, kompotlar, duz və doşab təqdim edirlər.

    Muxalifet - 14-09-2017

Pages