Axtarış

The search found 105779 results in 0.028 seconds.

Search results

  1. Müsavat AKM Nürnberqdə “Mehman Əliyevə azadlıq!” mitinqi keçirib

    Müsavat Avropa Koordinasiya Mərkəzi Turan Agentliyinin direktoru Mehman Əliyevin həbsinə etiraz olaraq Avropanın böyük şəhərlərində və beynəlxalq təşkilatların qərargahları önündə mitinqlərə başlayıb.
     
    İlk mitinq sentyabrın 8-də Almaniyanın Nürnberq şəhərində baş tutub. Güclü yağış yağmasına baxmayaraq Avropanın müxtəlif şəhərlərindən gələn onlarla mühacir "Mehman Əliyevə və digər siyasi məhbuslara azadlıq" şüarları qaldırıb.

    Muxalifet - 10-09-2017

  2. “Rusiya Ukraynada yeni məkrli plan qurur” - Qərb mətbuatı

    BMT Baş Assambleyasının sessiyası öncəsində Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı yeni planını açıqlayıb. O, bununla bağlı qətnamə layihəsini Baş Assambleyanın gündəliyinə təqdim edəcəyini bildirib.

    Muxalifet - 10-09-2017

  3. "Bizi öz ölkəmizdə təhqir edirlər" - Çingiz Abdullayev

    Bakı Şəhər İcra Hakimiyyəti və Yazıçılar Birliyi arasında "26" adlı kafe ətrafında münaqişə davam edir. Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev Feysbuk sosial şəbəkəsindəki səhifəsində növbəti dəfə Bakının icra başçısı Hacıbala Abutalıbova müraciət edib.
     
     Düzdür, yazıçı sonra bu postu silib, ancaq virtualaz.org-un redaksiyasında onun skrinşotu-ekran görüntüsü var.

    Muxalifet - 10-09-2017

  4. Saakaşvilidən Ukraynaya qayıtmağa daha bir cəhd - BU DƏFƏ MAŞINLA

    Qatarla Polşa-Ukrayna sərhədini keçə bilməyən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, ilkin planına qayıtmağa və "Krakovets" nəzarət-buraxılış məntəqəsini avtomobil vasitəsilə keçməyə qərar verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə o, Polşa şəhəri Pşemıslda düzənlədiyi konfransda bəyan edib.
    "Mən hamıya “Krakovets” buraxılış məntəqəsini mənimlə keçməyi təklif edirəm", — Saakaşvili vurğulayıb.
    "İnterfaks-Ukrayna" xəbər verir ki, baş verənlərə Mixail Saakaşvili özü də münasibət bildirib.

    Muxalifet - 10-09-2017

  5. Nazarbayevdən “ İƏT-15” təklifi

    Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İslam dövlətləri qrupuna maraqlı təkliflə çıxış edib.
     
    Nazarbayev İƏT-ə daxil olan qabaqcıl İslam ölkələrindən ibarət G-20 formatında yeni təşkilat yaratmaq təklifini irəli sürüb.

    Muxalifet - 10-09-2017

  6. Saatlıda “Mercedes” aşdı: sürücü öldü

    Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.
     
    Avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Hüseynov Zabit Eldar oğlu hadisə yerində həyatını itirib.
    Qəza nəticəsində xəsarət alan 3 sərnişin xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır. (apa)

    Muxalifet - 10-09-2017

  7. Saakaşvili tərəfdarları Polşa ilə sərhəddə mühasirəni yardı - CANLI YAYIN

    Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin Ukraynaya girmək istədiyi Şeqini buraxılış-nəzarət məntəqəsində güc strukturlarının mühasirəsini yarıblar.
     
    Muxalifet.az-ın məlumatına görə, xəbəri "RİA Novosti" yayıb.
    İnformasiyaya əsasən, məntəqədə toqquşmalar başlayıb.
    Saakaşvili Ukrayna sərhəddini keçib. Bu barədə sərhəddə olan Radanın deputatı İvan Krulko xəbər verib. O, bildirib ki, Saakaşvili sərhədi Radanın deputatlarının və çoxsaylı tərəfdarlarının əhatəsində keçib.

    Muxalifet - 10-09-2017

  8. Papa qəzaya düşdü - XƏSARƏT ALIB

    Roma Papası Fransisk Kolumbiyaya səfəri zamanı onu daşıyan papamobilin qəfil tormozlanması səbəbindən xəsarət alıb.
     
    Hadisə Kartaxena şəhərinin mərkəzində Papanın xalqı salamlama mərasimi zamanı baş verib.
    Qəza zamanı Papanın sol qaşı zədələnib.

    Muxalifet - 10-09-2017

  9. Ukraynada Saakaşvili barəsində cinayət işi açıldı - VİDEO

    Onu beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir
     
    Ukrayna polisi qanunsuz olaraq ölkə ərazisinə keçdiyinə görə Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili barəsində cinayət işi açıb.
    Bu barədə məlumat idarənin rəsmi saytında dərc olunub.

    Muxalifet - 11-09-2017

  10. Fars körfəzində İran və Amerika gəmiləri arasında insident baş verib

    ABŞ gəmisi xəbərdarlıqdan sonra ərazini tərk edib
     
    İran Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "Falaken" raket kateri İslam Respublikasına aid digər gəmiyə yaxınlaşan Amerika gəmisinə xəbərdarlıq edib.
    TASS xəbər verir ki, bu barədə bazar günü İran HDQ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən "Mehr" agentliyi məlumat yayıb.

    Muxalifet - 11-09-2017

  11. 8 nəfər kütləvi şəkildə güllələnərək öldürüldü

    Onların meyiti Texas ştatında aşkar edilib
     
    ABŞ-ın Texas ştatında 8 nəfərin meyiti tapılıb.
    Bu barədə "Breaking911" məlumat yayıb.
    Polisin məlumatına görə, onlar kütləvi şəkildə güllələnərək qətlə yetiriliblər.
    Cani polis əməkdaşları tərəfindən güllələnib. Atəş açan şəxsin kimliyi və hadisəni nə üçün törətdiyi məlum deyil.
    Daha ətraflı məlumat daxil olmayıb.

    Muxalifet - 11-09-2017

  12. 11 sentyabr terror aktlarından 16 il ötür

    Həmin terror aktları zamanı 2977 nəfər həyatını itirib
     
    2001-ci ildə ABŞ-da törədilmiş 11 sentyabr terror aktlarından 16 il ötür. Bazar ertəsi kişi, qadın və uşaqlar da daxil olmaqla 2977 nəfərin ölümü ilə nəticələnən faciə qurbanlarının xatirəsi anılacaq.
    Matəm mərasimi Manhettendə terror aktları qurbanlarının xatirəsinə ucaldılmış memorialın qarşısında başlayacaq.

    Muxalifet - 11-09-2017

  13. "ABŞ Suriyanı tərk etməsə düşmənə çevriləcək" – Suriya XİN

    ABŞ öz hərbçilərini ölkədən çıxarmalıdır
     
    Suriyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Amerikanın ölkə ərazisində hərbi iştirakı "qanunsuz və yolverilməz"dir, çünki o, Dəməşq tərəfindən qəbul edilməyib.
    İdarədən bildiriblər ki, ABŞ öz hərbçilərini çıxarmalıdır, əks halda Suriya ordusu onlara düşmən kimi baxacaq.

    Muxalifet - 11-09-2017

  14. Magistiral yolda avtomobil piyadanı vuraraq öldürüb - BAKIDA

    Qəza hava limanı yolunda baş verib
     
    Bakıda yerüstü piyada keçidindən istifadə etməyən şəxsi avtomobil vuraraq öldürüb.
    Yol-nəqliyyat hadisəsi aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində baş verib.
    Təxminən 40-45 yaşlı kişi magistral yolu yerüstü piyada keçidinin altından keçərkən onu minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb.
    Sürücü polis tərəfindən saxlanılıb.

    Muxalifet - 11-09-2017

  15. Bakıda zəncirvari qəza: 10 nəfər yaralanıb, 1 körpə ölüb - FOTO

    Yaralılar arasında da 3 uşaq var
     
    Bakının Xəzər rayonu ərazisində 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
    Qəza Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə qeudə alınıb.

    Muxalifet - 11-09-2017

  16. Saakaşvili Lvova gələrək tərəfdarları ilə görüşüb

    Onu qarşılayanlar arasında Lvov şəhərinin meri də olub
     
    Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili Lvova gəlib. Burada onu millət vəkilləri və tərəfdarları qarşılayıblar.
    UNN xəbər verir ki, M.Saakaşvili görüşün videosunu "Facebook" səhifəsində paylaşıb.
    O, görüş zamanı Ukraynaya qayıtmaqda ona köməklik etmiş hər kəsə təşəkkürünü bildirib.
    Saakaşvilini qarşılayanlar arasında Lvov şəhərinin meri Andrey Sadoviy da olub./report

    Muxalifet - 11-09-2017

  17. Lənkəranda avtomobil 55 yaşlı qadını vuraraq qaçıb

    Lənkəranda piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.
     
    Hadisə Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb.
     Sürücüsü məlum olmayan avtomobil adıçəkilən küçədə yaşayan, 1962-ci il təvəllüdlü Sevil Balakişi qızı Qasımovanı vuraraq hadisə yerindən qaçıb.  Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
     Faktla bağlı araşdırma aparılır./apa

    Muxalifet - 11-09-2017

  18. Azərbaycanın klubu dünya kubokunun qalibi oldu

    Ötən gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində təşkil edilən arena polo üzrə dünya kuboku yarışlarına yekun vurulub.
     
    Azərbaycanın “Elite Horse and Polo Klub” komandası Bakıda keçirilən arena polo üzrə dünya kuboku yarışlarının finalında İsveçrənin Evviva Polo Klub St.Moritz” klubunu 11,5:5 xal hesabı ilə məğlub edərək yarışın qalibi olub.

    Muxalifet - 11-09-2017

  19. Azərbaycanın müdafiə naziri İsrailə getdi

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.
     
    Müdafiə Nazirliyindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində Z. Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

    Muxalifet - 11-09-2017

  20. Putini yalnız öz ətrafı devirə bilər - Parxomenko

    Rusiya Prezidenti Vladimir Putini yalnız onun yaxın ətrafı devirə bilər.
     
    Bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı məşhur jurnalist Sergey Parxomenko söyləyib.
    “Rusiyada yaxın on ildə demokratik yolla Putini hakimiyyətdən yola salacaq xalq qüvvəsi formalaşa bilməyəcək. Putin təkcə Rusiyaya yox, daha çox şeyə hökm etmək istəyir. Rusiyada SSRİ-dəki hökumət daxilində ölkənin dəyişməsinin vacib olacağını görən qrup peyda ola bilər. Bu, xalq hərəkatından daha real ssenaridir. Putin heç vaxt hakimiyyətini qoyub getməyəcək”, – deyə o bildirib.

    Muxalifet - 11-09-2017

Pages