8 nəfər kütləvi şəkildə güllələnərək öldürüldü

Onların meyiti Texas ştatında aşkar edilib
 
ABŞ-ın Texas ştatında 8 nəfərin meyiti tapılıb.
Bu barədə "Breaking911" məlumat yayıb.
Polisin məlumatına görə, onlar kütləvi şəkildə güllələnərək qətlə yetiriliblər.
Cani polis əməkdaşları tərəfindən güllələnib. Atəş açan şəxsin kimliyi və hadisəni nə üçün törətdiyi məlum deyil.
Daha ətraflı məlumat daxil olmayıb.