Axtarış
The search found 105779 results in 0.032 seconds.
Search results
Rusiyada azərbaycanlı diaspor rəhbəri öldürüldü
Rusiyada azərbaycanlı diaspor rəhbərlərindən biri, Tailand boksu üzrə dünya çempionu Ramil Canıyev güllələnib.
Znak.com saytı xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsinin Kurçatov rayonu üzrə şöbə rəisi Yevgeni Mitroxin məlumat verib.
Onun sözlərinə görə, Canıyev evinin qarşısında güllələnib. Xəstəxanaya çatdırılsa da, diaspor rəhbərinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Cinayətin Ramilin yaxını Eldəniz Bağırov tərəfindən törədildiyi iddia edilir.Muxalifet - 11-09-2017
ADP Elman Rüstəmovdan hesabat tələb etdi – 700 MİLYONLUQ KREDİTLƏ BAĞLI
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Muxalifet2 - 11-09-2017
"Saakaşvili III Maydana hazırlaşır" - VASADZE
Mixail Saakaşvili Ukrayna siyasətinin artıq aparıcı üzvünə çevrilib.
Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze söyləyib.
“Dünənki hadisə ilə bağlı yalnız onu demək olar ki, Saakaşvili artıq Ukraynanın əsas siyasi oyunçusuna, daha doğrusu, Ukrayna müxalifətinin aparıcı üzvünə və hazırkı hakimiyyətdən narazı olan qüvvələrin liderinə çevrildi. Ukraynada Üçüncü Maydanın olacağını söyləmək çətindir. Ancaq Ukrayna hər şeyin mümkün ola biləcəyi ölkədir”, – deyə o bildirib.Muxalifet - 11-09-2017
"Lapşin bu gün İsrailə deportasiya edilə bilər" – Vəkil
Vəkil açıqlama verib
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv edilən bloqqer Aleksandr Lapşin bu gün İsrailə deportasiya edilə bilər.
Bu barədə "Report"a onun vəkili Eduard Çernin məlumat verib.
Vəkilin sözlərinə görə, günün sonuna qədər, yaxud sentyabrın 12-də müvəkkili İsrailə yola salınacaq.Muxalifet - 11-09-2017
Azərbaycanlı OMON-çu çempion oldu — FOTO
Rusiyada yaşayan həmyerlimiz Azər Məmmədov bu ölkədə təşkil olunan ciu-citsu idman növü üzrə yarışda çempion olub.
“Ölkə.Az”-ın məlumatına görə, həmyerlimiz yarışda qızıl medal qazanaraq rəqiblərini arxada qoyub.
Qeyd edək ki, Azər Məmmədov Rusiyanın OMON xüsusi təyinatlı polis qüvvələrinin əməkdaşıdır.Muxalifet - 11-09-2017
Daha bir direktor jurnalisti təhqir etdi: “Qələt edib mənə zəng vurmusunuz!”
Yeni tədris ili başlayar-başlamaz müəyyən problemlər artıq baş qaldırır.
Sumqayıtda valideynlər tərəfindən Xeberle.com saytının elektron ünvanına və sosial şəbəkələrdəki səhifələrinə orta məktəblərdə yığılan təmirpulu ilə bağlı şikayətlər daxil olub.
Muxalifet.az xəbər verir ki, valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün saytın əməkdaşı Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva ilə əlaqə saxlayıb. R.Tağıyeva jurnalistə kobud şəkildə cavab verib:Muxalifet - 11-09-2017
"Turan" agentliyinin sonrakı fəaliyyətinə aydınlıq gətirilib
"Birinci növbədə azadlığa çıxdığım üçün Azərbaycan ictimaiyyətinə minnətdaram, o cümlədən beynəlxalq təşkilatlara təşşəkkürümü bildirirəm. Bütövlikdə isə öz ailəmə minnətdaram ki, onlar özlərini kifayət qədər güclü apardılar. Bu da mənim üçün çox vacib idi".
Azxeber.com xəbər verir ki, bu fikirləri jurnalsitlərə həbsdən buraxılmış "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.Muxalifet - 11-09-2017
Poroşenkoya qarşı öldürücü DƏLİLLƏR - PUTİNİN KÖMƏKÇİSİ İLƏ...
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynaya qayıtması ölkənin siyasi gündəmini zəbt edib. Bəzi ekspertlərin fikrincə, ABŞ prezidenti Petro Poroşenkonu yola salmağa hazırlaşır. Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Valentin Nalivayçenkonun bu yaxınlarda verdiyi açıqlama da bunu deməyə əsas verir.
Ukrayna KİV-i xəbər verir ki, Təhlükəsizlik Xidmətinin sabiq sədri “NewsOne” telekanalında açıqlamasında Kiyevdəki hazırkı hakimiyyət üçün başağrısı olacaq bəzi məqamları açıqlayıb.Muxalifet - 11-09-2017
"Akif Əlinin Lütfi Zadə haqqında qeyri-etik ifadələr işlətməsi yolverilməzdir" – Əli Həsənov
"Dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları işlədikləri qurumların kütləvi informasiya vasitələri ilə əlaqələrinin tənzimlənməsinə, həmin təşkilatların fəaliyyəti haqqında ictimai rəyin formalaşmasına bilavasitə məsul olan şəxsdirlər. Onlar təmsil etdikləri qurumların media ilə münasibətlərini sağlam zəmində, işgüzarlıq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurmalı, öz statuslarına uyğun davranmalı, açıqlamaları və öz fikirlərində etik çərçivəni daim gözləməlidirlər.
Muxalifet - 11-09-2017
“Teleqraf” “Qarabağ”dan yazdı: Erməni işğalı…
Böyük Britaniyanın məşhur "Teleqraf" nəşri bu mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ" futbol klubu haqqında yazı hazırlayıb.
Yazıda Azərbaycanın işğal olunmuş ərazilərindən və klubun "qaçqın" statusu daşımasından bəhs edilib.
“Bu klub işğal edilmiş əraziləri təmsil edir. “Qarabağ” komandasının tarixi stadionu "İmarət" olub. Amma illərdir onlar Bakıda oynayırlar. Erməni işğalı nəticəsində bu klub didərgin düşüb. Komanda Azərbaycan çempionatında mübarizə aparır. Onlar son 4 mövsümü qalib kimi başa vurublar", - məqalədə bildirilir.Muxalifet - 11-09-2017
Leyla Şıxlinskayanın Klinikasında ana doğuş zamanı öldü
Sentyabrın 10-da Bakıda, Leyla Şıxlinskayanın Klinikasında ana ölümü baş verib. 32 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Nazirliyin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova faktı təsdiqləyib.Muxalifet - 11-09-2017
İcra Hakimiyyətinin vəzifəli şəxsi bıçaqlandı
Quba Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlanıb.
"Report" xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyinin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.Muxalifet - 11-09-2017
Prezident yeni rektor təyin etdi
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısı İlham İsa oğlu Mədətovu Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edib.Muxalifet - 11-09-2017
Ramil “Qarabağ”a inamından danışdı – Türk mediası
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması barədə türk mediasına danışıb.
"Anadolu" agentliyinə açıqlama verən 27 yaşlı atlet “Qarabağ”ın tarixi uğur qazandığını vurğulayıb:
"Qarabağ"ın Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil etməsi məni çox sevindirdi. Bu, Azərbaycan futbolunun uğurudur. "Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir. Ümid edirəm, sabah və daha sonra yaxşı nəticələr qazanaraq bizi daha da qürurlandıracaqlar".Muxalifet - 11-09-2017
Saakaşvili Lvovu yeni inqilabın qərargahına çevirir
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Lvov şəhərini siyasi mübarizənin mərkəzinə çevirir.
“Obozrevatel” nəşri xəbər verir ki, “Yeni güclərin hərəkatı” partiyasının lideri, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko və başqa Ukrayna siyasətçiləri ilə birlikdə “Leopolis” mehmanxanasında müşavirə keçirir.
Bu haqda Ali Radanın “Qarşılıqlı yardım” fraksiyasından xalq deputatı Yeqor Sobolev bildirib.Muxalifet - 11-09-2017
Nazarbayev əlifbanı dəyişir: 17 hərf ixtisar olunur
Qazaxıstan parlamentinə ölkənin latın qrafikalı əlifbası təqdim edilib.
Bunu jurnalistlərə açıqlamasında Dilçilik İnstitutunun direktoru Erden Kajıbek söyləyib. Onun sözlərinə görə, yeni əlifba 25 hərfdən ibarət olacaq.
O bildirib ki, əlifba qazax və əcnəbi ziyalıların iştirakı ilə hazırlanıb. İnstitut direktoru işçi qrupun təklif etdiyi yeni əlifbanın ictimai müzakirələrdən keçəcəyini vurğulayıb.Muxalifet - 11-09-2017
ATƏT nümayəndəsi Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir azərbaycanlı jurnalist və media eksperti Mehman Əliyevin həbsdən azad olunmasına dair bəyanat yayıb.
ATƏT-in saytının verdiyi məlumata görə, o bu müsbət addımı alqışladığını bildirib və səlahiyyətli şəxsləri Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb: “Media azadlığı ofisi məsələni yaxından izləməyə davam edəcək. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq”.Muxalifet - 11-09-2017
Операция российских спецслужб: "Азербайджанский ландромат"
Ландромат: Журналистское расследование или «дубинка» спецслужб?
Muxalifet2 - 11-09-2017
Как Саакашвили навязал себя Украине
В воскресенье бывшему президенту Грузии удалось добраться из Польши до территории Украины, а украинские власти пытались этому помешать.
Muxalifet2 - 11-09-2017
“Myanmada etnik təmizləmə aparılır” - BMT
Myanmada rohinca müsəlmanlarına qarşı zorakılıq etnik təmizləmə hesab oluna bilər.
Bunu BMT-nin insan hüquqları üzrə komissarı Zeid Raad əl-Hüseyn bu gün Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında deyib.
O bildirib ki, Myanmada hökumət insan haqları üzrə müşahidəçiləri ölkəyə daxil buraxmadığına görə hadisələr barədə müfəssəl məlumat almaq mümkün deyil. Lakin vəziyyət barədə əldə edilmiş bütün məlumatlar baş verənlərin əsl etnik təmizləmənin nümunəsi olduğunu göstərir: “Vəziyyət sanki etnik təmizləmələr haqqında dərslikdəki təsvirlərdən götürülüb”.Muxalifet2 - 11-09-2017