Putini yalnız öz ətrafı devirə bilər - Parxomenko

Rusiya Prezidenti Vladimir Putini yalnız onun yaxın ətrafı devirə bilər.
 
Bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı məşhur jurnalist Sergey Parxomenko söyləyib.
“Rusiyada yaxın on ildə demokratik yolla Putini hakimiyyətdən yola salacaq xalq qüvvəsi formalaşa bilməyəcək. Putin təkcə Rusiyaya yox, daha çox şeyə hökm etmək istəyir. Rusiyada SSRİ-dəki hökumət daxilində ölkənin dəyişməsinin vacib olacağını görən qrup peyda ola bilər. Bu, xalq hərəkatından daha real ssenaridir. Putin heç vaxt hakimiyyətini qoyub getməyəcək”, – deyə o bildirib.